Məhkəmə qərarları › İş №2(039)-371/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-371/2024

15.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-371/2024 15.03.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X19 Xidmət Mərkəzində Notariat ofisini qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə iddia ərizə ilə müraciət edərək, xx.xx.2016-cı ildə vəfat etmiş mərhum anası X2 miras qalmış ünvan 2 (vəsiyyətnamədə ünvan 1 ünvanında yerləşən mənzilin (miras əmlakın) onun tərəfindən qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, sonradan iddia tələbini dəqiqləşdirərək iddia ərizəsində qeyd olunan tələbi xx.xx.2016-cı ildə vəfat etmiş mərhum anası X2 miras qalmış ünvan 2 (vəsiyyətnamədə ünvan 1 ünvanında yerləşən mənzilin (miras əmlakın) onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni belə əsaslandırmışdır ki, o, 25 dekabr 1970-ci ildə Yevlax şəhərində anadan olmuş və ərizəsinə əlavə etdiyi 17 iyul 2002-ci il tarixli 958b №-li Qeydiyyat Vəsiqəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən 3 otaqlı ev onun mərhumə anası X3 xüsusi mülkiyyətindədir. Həmçinin bu barədə müvafiq texniki pasport da işlənmişdir. Tərtər Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05 iyul 2016-cı il tarixli «Ölüm haqqında şahadətnamə»dən görünür ki, anası X6 04 iyul 2016-cı il tarixdə Tərtər rayonunda vəfat etmişdir. Həmçinin 09 mart 2012-ci il tarixli «Ölüm haqqında şahadətnamə»dən görünür ki, atası X10 16 dekabr 2000-ci il tarixdə Moskva şəhərində vəfat etmişdir. X16 vəfat etməmişdən əvvəl özünə məxsus olan evini ona vəsiyyət etmişdir. 17 mart 2012-ci il tarixli vəsiyyətnamədən görünür ki, X6 özünə məxsus olan ünvan 3 ünvanda yerləşən yaşayış mənzilini oğlu İddiaçı vəsiyyət etmişdir. Lakin o, üzürlü səbəblərdən həmin miras əmlakı vaxtında qəbul edə bilməmişdir. O, Rusiya Federasiyasının vətəndaşıdır və uzun illərdir ki, Rusiyada yaşayır. Miras əmlak isə Yevlax şəhərində yerləşir. O, bununla bağlı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X19 Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etsə də, Notariat Ofisinin 26 yanvar 2023-cü il tarixli 227/2023 saylı məktubu ilə bundan imtina edilmiş və məhkəməyə müraciət etməyim tövsiyyə edilmişdir. İddiaçının nümayəndəsi (bacısı) Qanuni nümayəndə məhkəmə baxışı zamanı ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs, X19 Xidmət Mərkəzində Notariat ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, notariat kontorunun nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 və X7 ifadələrində İddiaçı onların bibisi oğlu olduğunu, Yevlax şəhəri, Nizami pr, ev 48 (40) mənzil 4 kimi göstərilmiş evin iddiaçının mərhum X16dan miras qaldığını, sonuncunun vəfatından sonra isə oğlu İddiaçı istifadəsində olduğunu bildirmişlər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Notariat kontorunun xüsusi notariusu E.Həsənov tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 227/2023 saylı məktubda qeyd edilir ki, iddiaçının xx.xx.2016-cı il tarixdə vəfat etmiş anası X2 qalmış miras Yevlax şəhərində yerləşən fərdi yaşayış evinə dair vərəsəlik vərəsəlik haqqında şəhadətnamə verməyi xahiş etməyi barədə ərizəsinə baxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Onların mirasın qəbulu üçün qanunla müəyyə edilmiş müddəti ötürmüşdür. Mirasın qəbul edilməsini təsdiq edən hər hansı fakt təqdim edilməmişdir. Mirasın qəbul müddətinin uzadılması üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. 17 iyul 2002-ci il tarixli 958b №-li Qeydiyyat Vəsiqəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən 3 otaqlı ev X3 xüsusi mülkiyyətindədir. xx.xx.2012-ci il tarixli vəsiyyətnamədən görünür ki, Yevlax şəhəri, Nizami küçəsi ev 36, mənzil 10-da qeydiyyatda olan X6 ölən günədək ona məxsus olan ünvan 4 ünvanda yerləşən yaşayış mənzilini oğlu Rusiya vətəndaşı İddiaçı vəsiyyət edir. Tərtər rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İ 813580 №-li, ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. xx.xx.2012-ci il tarixli Ölüm haqqında şahadətnamədən görünür ki, X10 16 dekabr 2000-ci il tarixdə Moskva şəhərində vəfat etmişdir Yevlax rayon Qeydiyyat Şöbəsinin 05/09/S/205025-24 №-li, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2016-cı ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti yoxlama aparılmış və müəyyən edilmişdir ki, xx.xx.1939-cü il təvəllüdlü X6 və ailə üzvləri barədə məlumatlar belə qeyd olunmuşdur; həyat yoldaşı 01.01. 1935-ci il təvəllüdlü X11, qızı xx.xx.1966-cı il təvəllüdlü Qanuni nümayəndə, oğlu xx.xx.1967-ci il təvəllüdlü X12 və oğlu xx.xx.1970-cı il təvəllüdlü İddiaçıdur. X8 xx.xx.2024-cü il tarixdə məhkəməyə ünvanladığı ərizədən görünür ki, o, İddiaçı qardaşıdır, mərhum anası X2 miras qalmış ünvan 2 (vəsiyyətnamədə ünvan 1 ünvanında yerləşən mənzildən (miras əmlakdan) ona çatası vərəsəlik payından iddiaçının xeyrinə imtina etmişdir. Qanuni nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə ünvanladığı ərizədən görünür ki, o, İddiaçı bacısıdır, mərhum anası X2 miras qalmış ünvan 2 (vəsiyyətnamədə ünvan 1 ünvanında yerləşən mənzildən (miras əmlakdan) ona çatası vərəsəlik payından iddiaçının xeyrinə imtina etmişdir. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı:

10. Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. 10.1.Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. Məhkəmənin hüquqi mövqeyi: Mövcud sübutlarla təsdiq olunur ki, iddiaçının atası Sabir Cəfərov xx.xx.2000-ci il, X16 xx.xx.2016-cı il tarixlərdə ölmüşlər. ünvan 2 ünvanında yerləşən 3 otaqlı ev X3 xüsusi mülkiyyətində dövlət qeydiyyatına alınmışdır. X9 vərəsələri olan Vüqar və İlhamə Cəfərovlar onlara çatan paydan qardaşları İddiaçı xeyrinə imtina etmiş, iddiaçı X16nın varisi olmuş və o, birinci növbə vərəsə kimi ünvan 2 (vəsiyyətnamədə ünvan 1 küçəsində yerləşən fərdi yaşayış evindən istifadə etməklə həmin miras əmlakı qəbul etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutları nəzərdən keçirərək belə qənaətə gəlir ki, şahidlərin ifadəsini və digər sübutları təkzib edən, onların mötəbərliyini sübut növü kimi şübhə altına alan hallar müəyyən edilmədiyindən həmin ifadələr mötəbər sübut kimi qəbul edilməlidir. Ərizədə qeyd edilən faktın təsdiq edilməsi ərizəçiyə vərəsəlik haqqında şəhadətnamənin alınması üçün gərəkdir, miras əmlakın qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət də keçdiyindən və bu müddətin uzadılması imkanı da itirildiyindən ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməz və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutara, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. X1 miras qalmış ünvan 2 (vəsiyyətnamədə ünvan 1 küçəsində yerləşən fərdi yaşayış evinin iddiaçı– İddiaçı tərəfindən qəbul edilməsi faktı təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar