Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-380/2020 05.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Rəşad Şahsevər oğlunun katibliyi, İddiaçı, Cavabdeh ASC-nin X4 İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-nin Yevlax X1rşı əsassız yazılmış borcun silinməsi tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m üəyyən etdi: İddiaçı Cavabdeh ASC-nin Yevlax X1rşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Yevlax rayonu Qaroğlan kəndində yerləşən ona məxsus fərdi yaşayış evində “xxxxxxxx” ASC-nin tərəfindən onun mülkiyyətində olan fərdi yaşayış evinin üzərinə yazılmış 1,866 manat 14 qəpik məbləğin silinməsi barədə qətnamə çıxarılmasın xahiş etmişdir. İddiaçı iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında “xxxxxxxx” ASC- nin nümayəndəsi X3 bildirmişdir ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli əmri ilə borclu İddiaçı 1,831.14 manat elektrik enerjisinin istehlakına görə borcun, habelə ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun, cəmi 1,851.14 manat məbləğində pulun alınaraq “xxxxxxxx” ASC-yə ödənilməsi barədə əmr verilmiş və əmr icraya yönəldilmişdir. Eyni tərəflər arasında, eyni predmet barəsində qüvvəsini almış məhkəmə əmri mövcud olduğundan hazırkı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli əmrinin surəti ilə müəyyən olunur ki, borclu İddiaçı 1,831.14 manat elektrik enerjisinin istehlakına görə borcun, habelə ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun, cəmi 1,851.14 manat məbləğində pulun alınaraq “xxxxxxxx” ASC-yə ödənilməsi barədə əmr verilmişdir. Mülki Prosessual Məcəllə: Maddə 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə, mövcud sübutları araşdıraraq belə qənaətə gəlir ki, hazırkı iddia ərizəsinin predmeti eyni müddət ərzində yaranmış borc olduğundan, bu mübahisə eyni tərəflər arasında və eyni əsaslar üzrə olduğundan, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli əmri hazırda qüvvədə olduğundan hazırkı iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.2, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı əsassız yazılmış borcun silinməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-380/2020
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-380/2020
05.03.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver