Məhkəmə qərarları › İş №2(039)-387/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-387/2022

22.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-387/2022 22.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçıların nümayəndəsi və vəkili X5 Cavabdeh2 nümayəndəsi və vəkili X9 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vəsiyyətnamənin etibarsız hesab edilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vəsiyyətnamənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayon Ərəbbəsrə İcra nümayəndəliyinin 26 nömrə reyestr ilə qeydiyyata alınmış 11 dekabr 2007-ci il tarixli X13 adına tərtib edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia tələbini onunla əsaslandırmışdırlar ki, Yevlax rayonu Xanabad kəndində 0,06 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi JN-203F nömrəli torpağın mülkiyyətdə verilməsinə dair şəhadətnaməyə əsasən X3, İddiaçı1, İddiaçı2, İddiaçı3 İddiaçı4 mülkiyyətinə verilmiş, bundan sonra həmin hüquq 07 yanvar 2019-cu il tarixli ********** qeydiyyat nömrəsi ilə DƏDRX-də ümumi birgə mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Bu mülkiyyətçilərdən X3 07 iyun 2018-ci il tarixində “Hemorragik insult” xəstəliyindən vəfat etmişdir. İddiaçılar, mülkiyyətçi mərhum nənələri X1 Məmmədovun həyat yoldaşı və övladlarıdırlar. Cəmilə Allahverdiyeva onlarla birlikdə yaşamışdır. Cəmilə Allahverdiyeva vəfat edən zaman 98 yaşı vardır. Cəmilə Allahverdiyeva 85 yaşında yəni 2005-ci il tarixində insult olmuş uzun müddət hafizəsini, yaddaşını itirmişdir. Hazırki cavabdehlərdən biri Məmmədova X4 inzibati idarəsinə gedərək Cəmilə Allahverdiyevanın iştirakı və istəyi olmadan vəsiyyətnamə tərtib etdirmiş, guya Cəmilə Allahverdiyeva tərəfindən X17 həyatyanı torpaq sahəsi, çaydaşından tikilmiş iki otaqlı evin və üç tonluq metal su çəninin vəsiyyət edildiyi bildirilir. Maraqlı hallardan biri də vəsiyyətnamədə olan şahiddən biri bu vəsiyyətnaməni tərtib edən, imzalayan şəxsin həyat yoldaşıdır. Vəsiyyətnamə aşağıdakı əsaslarla etibarlı deyildir. Vəsiyyətnamə bağlandığı andan etibarsızdır. Çünki, bu X2nın iştirakı olmadan tərtib edilmiş və imzalanmamışdır. Vəsiyyətnamədə, imza yerində Cəmilə Allahverdiyevanın imzası vəsiyyətnaməni tərtib edən eyni şəxs tərəfindən imzalanmışdır. Cəmilə Allahverdiyeva insult xəstəsi ikən bu imzanı ata bilməzdi. Cəmilə Allahverdiyeva 1920-ci ildə anadan olduğundan Latın qrafiki ilə yaza bilərdi. Göründüyü kimi soyad özü belə Cəmilə Allahverdiyeva tərəfindən yazılmayıb. Bu da öz özlüyündə onun, vəsiyyətnamənin tərtibində iştirak etmədiyini ortaya qoyur. Vəsiyyətnamə tərtib edildiyi məqamda öz hərəkətlərini şuurlu idarə edə bilməyən, insulut xəstəliyi olan Cəmilə Allahverdiyeva adından, onun iştirakı olmadan yazılıb. Vəsiyyətnamədə AR MM-nin 1182-ci maddəsində qeyd edildiyi kimi başqa şəxs tərəfindən deyil məhz mərhum Cəmilə Allahverdiyeva tərəfindən imzalandığı qeyd edilib. Bu barədə vəsiyyətnamədə qeyd aparılıb. Vəsiyyətnamə AR MM–nin 1225-ci maddəsində qeyd edildiyi kimi, qanuna zidd olaraq, vəsiyyət edənin iştirakı olmadan, imzası saxtalaşdırılaraq çəkilməklə AR MM-1167, 1168, 1182 maddələrinə zidd olaraq tərtib edilmişdir. İddiaçılar məlum vəsiyyətnamə ilə bağlı məlumatı 2021-ci ilin sentyabr ayında bilmişlər. Barələrində çox saylı məhkəmə prosesləri olduğundan hazırda bu iddianı verməli olmuşlar. Vəsiyyətnamə verilən şəxs X18r. O, Türkiyəyə ərə getmiş soyadı dəyişilərək “Demirbay” olmuşdur. O, digər Cavabdeh1 Baxışalı qızının qızıdır. Bütün bunları, qanunsuz vəsiyyətnaməni məhz o, hazırlanmasını təşkil etmişdir. Vəsiyyətnaməni nə vəsiyyət edən imzalamış, nədə ki onun səhhəti və xəstəliyi buna yol verə bilməzdi. Ona görə də Yevlax rayon Ərəbbəsrə kənd İnzibati Dairəsinin 26 №-li reyestr qeydiyyatlı 11 dekabr 2007-ci il tarixli X13 adina verilmiş Vəsiyyətnamənin məhkəmə qaydasında etibarsızlığını istəyirlər. İddiaçıların nümayəndəsi və vəkili X10 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili X20 iddia tələbini qəbul etməyərək izah etdi ki, vəsiyyətnamə qanuna uyğun tərtib edilmiş və imzalanmışdir. X2 tərəfindən və şahidlər tərəfindən imzalanmşdır. İddia əsassızdır. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh1 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında şahid qismində dindirilən X19 ifadə verərək göstərdi ki, Cəmilə Allahverdiyeva onun qonşusu olmuş və 10-11 ildir ki vəfat edib. 2007-ci ildə Cəmilə onlara gəlmiş və onu kənd icra nümayəndəliyinə vəsiyyətnamədə şahid olmaq üçün dəvət etmişdir. İcra nümayəndəliyinə gələndə vəsiyyətnamə yazılı idi. Cəmilə o və Təranə vəsiyyətnaməni imzaladılar. Vəsiyyətnaməni imzalamadan əvvəl Akif həmin vəsiyyətnaməni oxudu. Hamısı da vəsiyyətnamədə nə yazıldığını bilib imzaladılar. Cəmilə özü dedi ki, əmlakını nəvəsinə bağışlayır. Həmin vaxt Cəmilə sərbəst özü hərəkət edirdi. Belə ki kəndin bir başında digər başına xeyir-şər məclislərində gedib iştirak edirdi. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 11 iyun 2018-ci il tarixli AZ-l 905550 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X3 07 iyun 2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 25 dekabr 2018-ci il tarixli AZ-l 968864 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X14 02 oktyabr 1993-cü il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 11 dekabr 2007-ci il tarixli vəsiyyətnamədən məlum olur ki, Cəmilə Allahverdiyeva tərəfindən X17 həyatyanı torpaq sahəsi, çaydaşından tikilmiş iki otaqlı evin və üç tonluq metal su çəninin vəsiyyət edildiyi bildirilir. İşdə olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2022-ci il tarixli 4/903 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 14 dekabr 2007-ci il tarixli 27 nömrəli vəsiyyətnamədə “Allahverdiyeva C.A” yazısının qarşısındakı imzanın X3 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmaması tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Beləliklə məhkəmədə müəyyən edildi ki, Cəmilə Allahverdiyeva 11 dekabr 2007-ci il tarixdə vəsiyyətnamə əsasında X17 həyatyanı torpaq sahəsi, çaydaşından tikilmiş iki otaqlı evin və üç tonluq metal su çəninin vəsiyyət edildiyi bildirilir. Vəsiyyətnamə Yevlax rayonu Ərəbbəsərə kənd İcra nümayəndəliyi tərəfindən şahidlərin iştirakı ilə təsdiq edilmiş, vəsiyyətnamənin mətninin vəsiyyət edən tərəfindən oxunması və onun tərəfindən imzalanması şahidin iştirakı ilə rəsmiləşdirilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vəsiyyətnamənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayon Ərəbbəsrə İcra nümayəndəliyinin 26 nömrə reyestr ilə qeydiyyata alınmış 11 dekabr 2007-ci il tarixli X13 adına tərtib edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehlər iddianı qəbul etmirlər. Ekspert rəyi ilə 14 dekabr 2007-ci il tarixli 27 nömrəli vəsiyyətnamədə “Allahverdiyeva C.A” yazısının qarşısındakı imzanın X3 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmaması tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmaması müəyyən edilmişdir. Ona görə də, iddiaçılar X7, X11 və X6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vəsiyyətnamənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsindən məlum olur ki, Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsindən məlum olur ki, Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası MM-nin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Azərbaycan Respublikası MM-nin 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Azərbaycan Respublikası MM-nin 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213, 216-220-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vəsiyyətnamənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar