Məhkəmə qərarları › İş №2(039)-388/2024

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-388/2024

16.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-388/2024 16.01.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əli Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakları ilə , İddiaçı X3 Cavabdehnə (İB) qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizələri üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək əsassız olaraq üzərinə yazılmış 777.60 manat cərimənin silinməsi və yeni quraşdırılmış sayğacın dəyərinin cavabdehə aid ediləsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı X4 12 yanvar 2024cü il tarixdə ölmüşdür. Belə ki, təqdim edilmişXəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, 12 yanvar 2024cü il tarixdə İddiaçı adına çağırış olmuş, həkimə qədər ölüm halı müəyyən edilmişdir. Bununla da, iddiaçının məhkəməyə müraciət etdikdən sonra cavabdehin öldüyünü müəyyən olunur. Mülki Prosessual Məcəllə: Maddə 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə icraata xitam verilir. Məhkəmə hesab edir ki, cavabdeh öldüyündən mübahisə edilən hüquq münasibətinə hazırkı halda hüquq varisliyinə yol verilmir (cavabdehlə qaz istehlakına dair yeni müqavilə bağlayan şəxs müəyyən olunmur) və bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X3 Cavabdehnə (İB) qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Əli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar