Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-401/2023 17.04.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ X6 Əliyar oğlunun sədrliyi , Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçılar İddiaçı1 və X1 Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs Mingəçevir Regional “Asan xidmət” mərkəzində Notariat ofisinə qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM : İddiaçılar İddiaçı1 və X4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs Mingəçevir Regional “Asan xidmət” mərkəzində Notariat ofisinə qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir Regional “Asan xidmət” mərkəzində Notariat ofisinin 11 may 2020-ci il tarixli 4Ə-661 reyestr nömrəli hədiyyə verənlər İddiaçı2 və İddiaçı1 ilə hədiyyə alan Cavabdeh2 arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi; hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Yevlax rayonu Yeni Çobankərə kəndində yerləşən fərdi yaşayış evi üçün nəzərdə tutulan, 13 may 2020-ci il tarixli çıxarışla Cavabdeh2 və Cavabdeh1 adına qeydə alınmış ********** qeydiyyat nömrəli, 0.43 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 102.80 kv.m olan daşınma əmlak üçün tərtib edilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddia tələbini müdafiə edərək izah etdi ki, Yevlax rayonu Yeni Çobankərə kəndində yerləşən fərdi yaşayış evində yaşayırdır. Hazırda yaşamağa evi yoxdur. Onu evə buraxmıllar. O evində yaşamaq istəyir. İddiaçı X4 iddia tələbini müdafiə edərək izah etdi ki, Elxan onları aldadaraq torpaqlarını və evi əllərindən almışdır. Bağışlama müqaviləsi bağlanarkən Elxan onu aldatmışdır. Hazırda həmin müqavilənin ləğv edilməsini istəyir. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, bağışlama müqaviləsi qanunla müəyyən edilmiş qaydada notariat ofisində rəsmiləşmişdir. Həmin vaxt notarius tərəfindən onlara müqavilənin mahiyyəti izah edilmişdir. Bu barərə Çingiz məhkəməyə müraciət etmişdir və iddiası rədd edilmişdir. Cavabdeh2 məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Mingəçevir Regional “Asan xidmət” mərkəzində Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxs Mingəçevir Regional “Asan xidmət” mərkəzində Notariat ofisinin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, X4 eyni tələblə bağlı məhkəmədə iddia qaldırmışdır. Yevlax Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli 2(039)-1634/2021 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı2 və X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin 02 fevral 2022-ci il tarixli 2(107)-233/2022 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı2 və X5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 avqust 2022-ci il tarixli 2(102)-3535/2022 saylı qərarı ilə İddiaçı2 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsində qeyd edilir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir veriir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263- 264 və 266-269cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİM: İddiaçılar İddiaçı1 və X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs Mingəçevir Regional “Asan xidmət” mərkəzində Notariat ofisinə qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair 2(039)- 401/2023 saylı mülki işin iddiaçı X3 münasibətdə icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada alındığı vaxtdan 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-401/2023
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-401/2023
17.04.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver