Məhkəmə qərarları › İş №2(039)-407/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-407/2025

15.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-407/2025 15.05.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Yevlax rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə işə 15 may 2025-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Rəhimova Ərizəçi maraqlı orqan Yevlax rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək qardaşları Anar Balakişiyev dərin debillik dərəcəsində oliqofreniya, şəxsiyyətin psixopatizasiyası və nitqin yaxşı inkişaf etməməsi ilə, psixopatabənzər davranış xəsətliyi diaqnozu, Fərid Balakişiyev isə oliqofreniya, debillik dərəcəsində, nevrotik reaksiyalarla xəstəliyi diaqnozu ilə əlaqədar öz hərəkətlərinin mənasını anlaya bilməmələrini və özlərini idarə edə bilməmələrini nəzərə alaraq, onların fəaliyyət qabiliyyəi olmayan hesab edilmələrinə dair məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Ərizəçi Rəhimova Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, X3 və X2 onun qardaşlarıdır. Qardaşları xəstədir, öz hərəkətlərinin mənasını dərk etmir. Maraqlı şəxs Yevlax rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxs Yevlax rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ünvan 1 ünvanında yaşayan Ərizəçiə Xosrov qızına ünvanlanmış 02 dekabr 2024-cü il tarixli, 5-9/2-B-24- 607/2024 nömrəli məktubundan görünür ki, Anar Balakişiyevin və Fərid Balakişiyevin üzərində qəyyum təyin edilməsi üçün onların fəaliyyət qabiliyyəti olmayan hesab edilmələri ilə əlaqədar aidiyyəti məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 18 aprel 1984-cü il tarixli İХ-ЖГ 478468 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1984-cü il tarixdə anadan olmuş, atası X4, anası X1r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 18 fevral 1986-cı il tarixli Хİ-ЖГ 376400 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 16 yanvar 1986-cı il tarixdə anadan olmuş, atası X4, anası X1r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 12 yanvar 1994-cü il tarixli ХVİİ- ЖГ 453159 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 23 noyabr 1993-cüil tarixdə anadan olmuş, atası X4, anası X1r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüququ şəxsin sonuncu müayinəyə dair məlumatından görünür ki, X3 ORTA DƏRƏCƏLİ ƏQLİ GERİLİK XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F71.0 xəstəliyi keçirilməsi səbəbindən o, öz hərəkətlərinin mənasını başa düşmək və ya öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında deyildir.X3i hal-hazırda FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN şəxs hesab edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüququ şəxsin sonuncu müayinəyə dair məlumatından görünür ki, xx.xx.1993-cü il təvəllüdlü X2 YÜNGÜL DƏRƏCƏLİ KƏMAĞİLLİQ (İDADƏ OLUNMUŞ DEBİLLİK SƏVİYYƏSİNDƏ) DAVRANİŞ POZUNTUSU İLƏ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı - 10-cu baxış) F70.1 xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərinin mənasını başa düşmək və ya öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında deyildir. X2i hal-hazırda FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 320.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsində göstərilir ki, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 16 yanvar 1986-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 320, 321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 16 yanvar 1986-cı il tarixdə doğulmuş X3 və 23 noyabr 1993-cü il tarixdə doğulmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar