Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-415/2023 29.03.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi iddiaçı Mirzəyeva (Bey) Sevinc Yunis qızının iştirakı ilə İddiaçı Mirzəyeva (Bey) Sevinc Yunis qızının Cavabdeh və 3-cü şəxs Yevlax rayon 1 saylı notariat ofisinə qarşı vərəsəlik hüququndan məhrum edilmə tələbinə dair iddiası üzrə mülki iş üzrə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Mirzəyeva (Bey) Sevinc Yunis qızı Cavabdeh və 3-cü şəxs Yevlax rayon 1 saylı notariat ofisinə qarşı vərəsəlik hüququndan məhrum edilməsi tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin Yevlax rayon 1 saylı notariat ofisində xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş 2V-75 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyənləşdirilmiş vərəsəlik hüququndan mərhum edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Mirzəyeva (Bey) Sevinc Yunis qızı bildirdi ki, iddiasında mübahisələndirdiyi xx.xx.20218-ci il tarixdə təsdiq edilmiş 2V-75 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin nə əsli, nə də surəti onda yoxdur, Cavabdeh ilə 2005-ci ildən ayrı yaşamışlar, sonuncu övladının böyüdülməsində heç bir rola malik olmamış, habelə onun harada olması barədə heç bir məlumatı yoxdur. 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş oğlu İmran Mirzəyev üçün ödənilməli olan sığorta pulunu tam şəkildə ala bilmədiyi üçün belə bir iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh ünvanına göndərilən məhkəmə bildirişi “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Məhkəmə bildirişi cavabdehə çatdırılması üçün Yevlax şəhəri İcra Hakimiyyəti Başçısının Aran qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmiş, lakin sonuncunun məhkəməyə ünvanladığı arayışda Cavabdeh Yevlax rayonu Aran qəsəbəsində qeydiyyata olsa da, nümayəndəlikdə olan məlumata əsasən o, uzun müddətdir ki, həmin ünvanda yaşamır və hansı ünvanda yaşaması barədə nümayəndəlikdə heç bir məlumat yoxdur ona görə məhkəmə bildirişinin çatdırılması mümkün olmamışdır. Cavabdehin faktiki olduğu yer məlum olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddianın predmeti Yevlax rayon 1 saylı notariat ofisində xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş 2V-75 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Cavabdeh müəyyənləşdirilmiş vərəsəlik hüququndan mərhum edilməsi olduğundan, cavabdehin həqiqətən də belə bir hüququnun olub-olmamasını müəyyən etmək üçün müvafiq notariat ofisinə sorğu edilmiş və xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş 2V-75 nömrəli notariat işi tələb olunmuşdur. İddiaçı məhkəmə iclasında mübahisələndirdiyi şəhadətnamənin əslini və ya surətini təqdim edə bilmədiyini bildirmiş, habelə notariat ofisindən əldə edilmiş xx.xx.2018-ci il tarixli, 2V-75 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə İddiaçı Mirzəyeva (Bey) Sevinc Yunis qızının mirasdan ½ hissədə pay hüququ müəyyənləşdirilmiş, miras əmlakın qalan ½ hissəsi isə açıq saxlanılmışdır. Belə olan halda isə iddia ərizəsinə əlavə edilmiş sənədlər kifayət etmədiyindən və mübahisələndirilən şəhadətnamə iddia ərizəsinə əlavə olunmadığından işə mahiyyəti üzrə baxılması mümkün olmamışdır. Buna görə də iddia tələblərinə mahiyyəti üzrə hüquqi münasibət bildirmək mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsində göstərilir ki, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1 - 150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Mirzəyeva (Bey) Sevinc Yunis qızının Cavabdeh və 3-cü şəxs Yevlax rayon 1 saylı notariat ofisinə qarşı vərəsəlik hüququndan məhrum edilmə tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-415/2023
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-415/2023
29.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver