Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-422/2021 09.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X2 , ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, ilkin iddia üzrə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı təbii X3 üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş 928,80 manat zərərin əvəzin ödənilməsi barədə qarşılıqlı iddialarına dair mülki işə ünvan 3lax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 928,88 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (iddia tələbinin həcmi azaldılmışdır) İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evində cavabdeh təşkilat tərəfindən qaz sayğacı quraşdırılmışdır. O və ailəsi həmin sayğac vasitəsilə verilən təbii qazdan istifadə edir və qaz sərfiyyatı haqqını ödəyir. Tərtər rayon qaz istismar idarəsinin ünvan 3lax xidmət sahəsinin əməkdaşları yaşadığı ünvanda quraşdırılmış ******* nömrəli qaz sayğacını sökərək bildirmişlər ki, sayğacdan əlavə xətt aşkar olunmuş və guya əlavə xətt tərəflərindən ləğv edilmişdir. Evinin mətbəxində 1 qaz sobası və evini qızdırmaq üçün 1 qaz sobasından istifadə edir və ay ərzində təxminən 20 manata qədər təbii qazdan istifadəyə görə poçt vasitəsi ilə ödəniş edir. Cavabdeh təşkilatın əməkdaşlarının tərtib etdikləri akt tamamilə qanunsuz və saxtadır. Onun və ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə edilməmişdir. Həmin ünvanda çox yaşlı və xəstə valideynləri yaşayırlar. Onların ailəsində şayğaca müdaxilə edə biləcək elə bir şəxs yoxdur. Eyni zamanda buna ehtiyac da hiss etməmişlər. Qaz sayğacı sərfiyyatını vaxtlı-vaxtında ödəmişlər. Habelə, sayğacın şübhəli görünməsini qaz idarəsinin əməkdaşları onunla əlaqələndirmişlər ki, guya sayğaca birləşdirilən borudan onlar əlavə xətt açıb istifadə edir. Çəkilən foto şəkillərdən də görünür ki, həmin xətt 20-30 il bundan qabaq çəkilmiş və fəaliyyəti olmayan qaz xəttidir. Göründüyü kimi, səbəb gülünc və tam mənqitsizdir. Təbii X3nın pozulması haqqında ******* nömrəli akt edilmişdir. Tərtər RQİİ-nin ünvan 3lax xidmət sahəsinin əməkdaşları özlərinə sərf edəcək qaydada riyazi düstur qurub ona 75.39 manat sayğacın dəyərini və 928.88 manat isə qaz xəttinə müdaxiləyə görə cərimə ödəməli olduğu bildirilmişdir. Buna dair dəymiş ziyanın bərpasına dair tələbnamə təqdim etmişlər. O, isə bir daha bildirir ki, nə qaz sayğacına nə də ki qaz xəttinə heç bir müdaxilə etməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı təbii X3 üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzin ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin rədd edilməsi, iddiaçının qanunsuz hərəkətləri nəticəsində 928,80 manat məbləğində dəymiş ziyanın Cavabdeh xeyrinə tutulması barədə qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Müqavilənin 2.3.2-ci yarımbəndinin və “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, sayğacdan kənar əlavə xətdən istifadə edərək təbii qazı talamışdır. Cavabdeh İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də iddiaçının fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar əlavə xətdən iddiaçının təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsdiqləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “təbii X3n pozulması haqqında” akt tərtib edilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 928,80 manat Cavabdehnə ziyan dəymişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 928,80 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının nümayəndəsi X5 ilkin iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən ilkin iddianın təmin olunmasını, qarşılıqlı iddianın isə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi-X4 qarşılıqlı iddia tələbini müdafiə edərək və qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən qarşılıqlı iddianın təmin olunmasını, ilkin iddianın isə təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb və tərəflərin izahatlarını dinləyib hesab edir ki, ilkin iddia təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, cavabdeh Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Qaz sayğacının təbii X3nın pozulması” haqqında xx.xx.2020-ci il tarixli ******* nömrəli “Aktdan” görünür ki, iddiaçının yaşadığı ünvanda əlavə xətt aşkar edilmişdir. Birliyin xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, iddiaçının evində olan qaz işlədicilərindən 3 gözlü qaz plitəsinin maksimal saatlıq qaz sərfi - 0.8 m3/saat, orta günlük iş rejimi -24 saat hesabat müddəti - 90 gün qəbul edilməklə, QSQ-32 maksimal saatlıq qaz sərfi qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat hesabat müddəti 90 gün qəbul edilməklə qazanaltı maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və 9288 m3 əlavə sərfiyyata görə borcun hesablanaraq ödənilməsi qərara alınmışdır. Tələbnamənin qəbul edilməsi üçün əsas xx.xx.2020-ci il tarixli ******* nömrəli akt olmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 3lax şəhəri, M.F.Axundov küçəsi ev 8 ünvanda yerləşən fərdi ev ünvanı üzrə İddiaçı xx.xx.2020-ci il tarixli akt üzrə 928,80 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasaən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 №li qərarı ilə təsdiq olunmuş “X3”nın 6.5-ci bəndində göstərilmişdir ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İşin araşdırılan hallarından görünür ki, abonentə hesablanmış 928,80 manat borc abonentin “qanunsuz hərəkətləri” nəticəsində, yəni fərdi yaşayış evinə kənar qaz xətti çəkməsi və təbii qazdan qanunsuz istifadə etməsi əsas gətirilərək hesablanmışdır və bu borc ilkin iddia tələbində mübahisələndirilir. Məhkəmə hesab edir ki, ilkin iddiaçı Zamin Əzizov tərəfindən əlavə xətt çəkilməsi və həmin xətt vasitəsilə qaz istifadə olunması halı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, ilkin iddia üzrə iddiaçının nümayəndəsi, aşkar olunan əlavə qaz xəttinin 20-30 il əvvəl də onun həyətində olduğunu, lakin yeni sayğac quraşdırılarkən və yeni qaz xətti çəkilərkən həmin xəttin cavabdeh Birliyin əməkdaşları tərəfindən kəsildiyini və borunun ağız hissəsinin bağlandığını bildirmişdir. bundan sonra iddiaçının evinə gələn təbii qazın verilməsi yeni xətt vasitəsilə həyata keçirilmişdir. Cavabdeh Birliyin əməkdaşları həmin borunu aşkar edən zaman, həmin borudan hər hansı xəttin çəkildiyi aşkar olunmamışdır. Cavabdeh tərəf yalnız borunun olduğunu aşkar edərək əsassız cərimə hesablamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi, iddiaçının həyətindəki borunun köhnə qaz borusu olduğunu, ağız hissəsinin bağlandığını, sonradan həmin borunun açılaraq iddiaçı tərəfindən qaz xəttinə qoşulmasını bildirsə də, həmin boruya əlavə xəttin qoşulmasını təsdiq edən hər hansı sübut(fotoşəkil və s. ) məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh Birliyin əməkdaşları, torpağa basdırılmış köhnəlmiş qaz borusunun aşkar edilməsi nəticəsində əsassız olaraq abonenti qaz talamaqda təqsirli bilmiş və ona cərimə hesablamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, ilkin tələbi tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanda yerləşən fərdi evində istifadə olunan qaz istehlakına görə **********00000 abonent koduna hesablanmış 928 (doqquz yüz iyirmi səkkiz) manat 80 (səksən) qəpik borc məbləği silinsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində ünvan 3lax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-422/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-422/2021
09.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver