Məhkəmə qərarları › İş №2(039)-422/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-422/2023

07.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-422/2023 07.02.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Ərizəçi, eyni zamanda digər ərizəçilər Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 nümayəndəsi Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4, maraqlı şəxs olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsini qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək JN-065A KOD 90100016 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarımasını xahiş etmişlər. İşin halları: Ərizə belə əsaslandırılmışdır ki, JN-0065 KOD 90100016 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Yevlax rayonu Aran qəsəbəsində yerləşən 3,85 hektar pay torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün onların və digər ailə üzvü X7 ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin dövlət aktında 1-ci iddiaçı olaraq onun adı səhvən Cəmil, mərhum atasının adı səhvən Gahərçin, 1-ci, 2-ci və 3-cü iddiaçı olaraq atalarının adı səhvən Cəmil yazıldığına görə müəyyən mülki hüquqlarını həyata keçirə bilmirlər. Dövlət aktında adda və atalarının adında getmiş səhvlərin düzəldilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişlər. Lakin tələbləri təmin edilməmiş bu barədə məhkəməyə müraciət etməyi bildirmişlər. Ona görə də JN-0065 KOD 90100016 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər.. Tərəflərin izahatları: Ərizəçi1 iclas zamanı ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişlər. Maraqlı şəxs DƏDRX 17 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, nümayəndəsinin iclasda iştirakını təmin etməmiş, bunun səbəbi barədə məlumat verməmişdir. Sübutlar: X18 bildirmişdir ki, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 onun qonşularıdır. Yevlax rayonu, Aran qəsəbəsində yerləşən 3.58 ha torpaq sahəsi onların mülkiyyətlərinə ayrılmışdır və buna dair 90100016 JN-065A saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Lakin şəhadətnamədə Cəlilin öz adı, səhvən Cəmil, atasının adı səhvən Gahərçin kimi, Gulnarın, Aynurənin və Könülün atasının adı Cəlil olduğu halda isə Cəmil kimi qeyd edilmişdir. DƏDRX 17 saylı Ərazi İdarəsinin 10 noyabr 2022-ci il tarixli **********88 nömrəli məktubunda qeyd olunur ki, təqdim edilmiş sənədlər idarənin arxiv materialları və elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və araşdırma nəticəsində məlum olmuşdur ki, ləğv edilmiş DT və XK-nin Yevlax rayon şöbəsi tərəfindən verilmiş JN-0065 nömrəli torpağa mülkiyyət hüququna X23 göstərilən “X8” adı ilə, şəxsiyyət vəsiqəsindəki “Ərizəçi1", X11” adı ilə şəxsiyyət vəsiqəsindəki “X12”, X10” adı ilə şəxsiyyət vəsiqəsindəki Ərizəçi2” və “Ərizəçi3 Cəmil qızı” adı ilə, şəxsiyyət vəsiqəsindəki "Ərizəçi3” adları arasında uyğunsuzluq mövcuddur. Müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı bir düzəlişin edilərək yazılması 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsində qeyd edildiyi kimi Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 90100016 JN-065A saylı Torpağa mülkiyyət hüququna X23n müəyyən olunur ki, aktda Yevlax rayon Aqrar İslahat Komissiyasının 24 aprel 2001-ci il tarixli 57 nömrəli qərarı ilə Yevlax rayonu Aran təsərrüfatında yerləşən 3.85 hektar torpaq sahəsi X3, X7, Ərizəçi4 Cəmil qızının, Ərizəçi2 Cəmil qızının və Ərizəçi3 Cəmil qızının mülkiyyətinə verilmişdir. AZE 0******* №-li 19 aprel 2010-cu il tarixli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx.xx.1959-cu il tarixdə Yevlax rayonu Aran qəsəbəsində doğulmuşdur. AZE ******** №-li 27 fevral 2017-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx.xx.1991-ci il tarixdə Yevlax rayonu Aran qəsəbəsində doğulmuşdur. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi3 xx.xx.1994-cü il tarixdə doğulmuşdur AZE ******** №-li 02 oktyabr 2015-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X12 xx.xx.1990-ci il tarixdə Yevlax rayonu Aran qəsəbəsində doğulmuşdur. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Aran qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 1100 №-li, 02 noyabr 2022-ci il tarixli arayışında qeyd olunur ki, Ərizəçi1 Bəhrçin oğlunun adına olan JN-065 nömrəli Torpağa Mülkiyyət Hüququna X23 Ərizəçi1 adı və ata adı səhv olaraq X8 yazılmışdır. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Aran qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 1207 №-li, 16 dekabr 2022-ci il tarixli arayışında qeyd olunur ki, Ərizəçi2 adına olan JN-065 nömrəli Torpağa Mülkiyyət Hüququna X23 Ərizəçi2 ata adı səhv olaraq Ərizəçi2 Cəmil qızı yazılmışdır. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Aran qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 1206 №-li, 16 dekabr 2022-ci il tarixli arayışında qeyd olunur ki, Ərizəçi3 adına olan JN-065 nömrəli Torpağa Mülkiyyət Hüququna X23 Ərizəçi3 ata adı səhv olaraq Ərizəçi3 Cəmil qızı yazılmışdır. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Aran qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 1208 №-li, 16 dekabr 2022-ci il tarixli arayışında qeyd olunur ki, X6 adına olan JN-065 nömrəli Torpağa Mülkiyyət Hüququna Dair Dövlət X2 ata adı səhv olaraq X11 yazılmışdır. Yevlax Rayon Qeydiyyat Şöbəsinin 05/09İS/070659№-li, 28 yanvar 2023-cü il tarixli arayışında qeyd olunur ki, 28.01,2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: Ərizəçi1 xx.xx.1959 Azərbaycan Respublikası, Yevlax Aran qəsəbəsi, əri (arvadı) X13 (xx.xx.1960) (vəfat edib), qızı Ərizəçi4 (xx.xx.1990), qızı Ərizəçi2 (xx.xx.1991) qızı Ərizəçi3 (xx.xx.1994) Hüquqi məsələlər: Mülki Prosesual Məcəllə Maddə 305.1.1. məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.5. məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, ərizəçilərə Yevlax rayon Aqrar İslahat Komissiyasının 24 aprel 2001-ci il tarixli 57 nömrəli qərarı ilə Yevlax rayonu Aran qəsəbəsində yerləşən 3.85 ha torpaq sahəsi ayrılmışdır. Lakin, bu barədə onlara KOD ********* JN-065A saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilərkən şəhadətnamədə texniki səhv olaraq mülkiyyətçilər Ərizəçi1 adı səhvən “Cəmil”, ata adı “Gahərçin”, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ata adları səhvən müvafiq olaraq “Cəmil” kimi qeyd edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, mövcud sübutlarla KOD 90100016 JN-065A saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktın ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması təsdiq olunur, bu, ərizəçilərə torpaq üçün mülkiyyət hüququna dair çıxarışın və texniki pasportun alınması üçün lazımdır, ərizəçilər həmin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməz və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Şərh edilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Yevlax rayonu, Aran qəsəbəsində yerləşən 3.85 ha torpaq sahəsinə dair KOD 90100016 JN-065A saylı Torpağa mülkiyyət hüququna dair Dövlət X1 hissədə X4, Ərizəçi2 Cəmil qızına aid hissədə Ərizəçi2, Ərizəçi3 Cəmil qızına aid hissədə Ərizəçi3 və X9 aid hissədə Ərizəçi4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar