Məhkəmə qərarları › İş №2(039)-433/2021

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-433/2021

30.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-433/2021 30.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavabova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Bahyəddin oğluna və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ona məxsus ona məxsus olan 150 manat dəyərində olan 1 ədəd mont-palto, 30 manat dəyərində qış ayaqqabısı, 40 manat dəyərində 1 ədəd hündür daban (tufli), 120 manat dəyərində 2 ədəd qadın üst geyimi olan don, 35 manat dəyərində 2 ədəd ev geyim dəsti, 65 manat dəyərində 2 dəst qadın üst geyim şalvarı, 20 manat dəyərində 1 ədəd qadın üçün jilet, 50 manat dəyərində 1 ədəd yataq üst geyimi, 25 manat dəyərində 1 ədəd qadın yubkası, 30 manat dəyərində 1 ədəd şərf, 10 manat dəyərində 1 ədəd güldan, 1200 manat dəyərində olan çəkisi 14 qram olan 1 ədəd boyunbağı, 950 manat dəyərində çəkisi 12 qram olan sırğa- üzük dəsti, 560 manat dəyərində çəkisi 7 qram olan 1 ədəd qolbağı, 360 manat dəyərində çəkisi 4,5 qram olan təkqaşlı üzük və 400 manat dəyərində çəkisi 5 qram olan 1 ədəd paxlava formasında üzük olan qızıl əşyalarının və yaxud onların dəyərinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsinin xahiş etmişdir. İddiaçı xx xxxx 2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260-cı maddələrini rəhbər turaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar