Məhkəmə qərarları › İş №2(102)-2879/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2879/2020

12.06.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2879/2020 12.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və x4 ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı, Cavabdeh1 və onun vəkili x1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak və pul tələbinə dair mülki iş üzrə Cavabdeh1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2019-cu il ta rixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Həsənov, iş № 2(010)-3978/2019) iddia qismən təmin edilərək, Cavabdeh1 stenka mebel-450 manat, divan kreslo dəsti - 650 manat, stol-stul dəsti-320 manat, kiçik masa-50 manat, televizor (böyük)-250 manat, Tv altlığı-175 manat, karniz-30 manat, pərdə tül-300 manat, çilçıraq120 manat, xalça-550 manat, kamin-650 manat, divan-kreslo üstlüyü-75 manat, yataq dəsti-380 manat, xalça -170 manat, çi lçıraq-67 manat, karniz-30 manat, süfrələr (5 dəst)- 90 manat, yemək dəsti-450 manat, çay dəsti-250 manat, bagema dəsti-330 manat, xurustallar-700 manat, meduza dəsti-180 manat, pakrıval dəsti (2 ədəd) 120+75 manat, pakrıval qalın (1ədəd)-95 manat, tək döşək 2 ədəd -140 manat, cüt döşək 1 ədəd-200 manat, yorğan tək iki qalın, iki nazik-280 manat,cüt-1 ədəd -80 manat, balış 6 ədəd-105 manat, ədyallar 5 ədəd 75 manat, yataq dəsti tək adamlıq 4 dəst -160 m cüt adamlıq-3 dəst 250 manat, dəsmallar böyük-5 dəst-80 manat, kiçik dəsmallar 12 ədəd- 95 manat, uşaq çarpayısı-200 manat, raskladuşka-75 manat, uşaq döşəyi-50 manat, uşaq yorğanı-45 manat,uşaq dəstləri-45 manat, açılan masa-175 manat, televizor (kiçik)- 80 manat, Seqa oyun əşyası-45 manat, xalça-175 manat, mətbəx mebeli-650 manat, soyud ucu340 manat,ətçəkən maşın- 175 manat, şirəçəkən-95 manat, qaşıq dəsti 12 ədəd 7 növ-230 manat,çamadan qaşıq dəsti 1 ədəd-75 manat,xalça-180 manat,karniz-30 manat, qazan dəsti (3 ədəd) -370 manat,çayniklər-50 manat, qab-qacaq 12 ədəd 8 növ-200 manat, süfrələr-65 manat, tok samavar-250 manat,tefal çaynik-55 manat,ütü-85 manat, ütü altlığı-45 manat və mikser 50 manat dəyərində olmaqla alınaraq İddiaçı qaytarılması, əgər sadalanan əmlaklardan hansısa qətnamə icra olunan vaxt mövcud olmazsa həmin əmlakın (əşyanın) qətnamədə göstərilən dəyəri pul şəklində cavabdehdən alınıb iddiaçıya verilməsi, tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlakların (məişət avadaqlıqlarının) ümumi dəyəri 3080 (üç min səksən) manatının ½ hissəsi, yəni 1540 (bir min beş yüz qırx) manatı və özbaşına tikilinin al ınmasına görə çəkilmiş xərc 15600 (on beş min altı yüz) manat məbləğinin ½ hissəsi, yəni 7800 (yeddi min səkkiz yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq İddiaçı qaytarılması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov, iş № 2(103)14246/2019) Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli 2(010)-3978/2019 saylı qətnaməsi Cavabdeh1 apelyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2019-cu il tarixli qətnaməsinin qismən ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh1 vəkili x2 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə i clasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq İddiaçı izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunm amasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, Suraxanı Rayon Mə hkəməsinin 2(010)-3295/2018 saylı 06.08.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 ilə cavabdeh Kərimova (Mustafayeva) Nuranə İlqar qızı arasında 21 iyul 2006-cı ildə bağlanmış nikah pozulmuş, 06 avqust 2007-ci il təvəllüdlü x5 və 12 noyabr 2013-cü il təvəllüdlü x3 boşanmadan sonra cavabdeh Kərimova (Mustafayeva) Nuranə İlqar qızının yanında qalması, hər ay hər bir uşağa görə 154 (yüz əlli dörd) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Kərimova (Mustafayeva) Nuranə İlqar qızına ödənilməsi, alimentin hesablanması və ödənilməsi 06 avqust 2018-ci ildən etibarən həyata keçirilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Apelyasiya instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, “birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iddianı təmin edərkən qənaətini belə əsaslandırmışdır ki, hər iki tərəfin məhkəmədə etiraf etdikləri kimi, tərəflər ailə qurduqdan sonra iddiaçının cehiz əşyası ilkin olaraq cavabdehin yaşadığı sonuncunun anasının mənzilinə yerləşdirilmişdir. Lakin daha sonra tərəflərin birgə nikahı dövründə tərəflər hazırda başqa şəxsə cavabdehin özü tərəfindən faktiki olaraq satılmış Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı bağlar y/s ünvanında yerləşən özbaşına tikilini iş üzrə digər Cavabdeh2 faktiki olaraq 15600 manat pul ödənilməklə əldə etmişlər. Bu fakt həmin cavabdehin məhkəmə iclasında verdiyi ifadəsi ilə də öz təsdiqini tapmışdır. Belə ki, həmin cavabdeh məhkəmə iclasında bildirmişdir ki, vaxtilə 2014-cü ildə özü tərəfindən özünə məxsus torpağın üzərində ayrıca inşa edilmiş 03 otaqlı tikilini, o, Ca vabdeh1 15600 manata satmış və həmin tikiliyə görə Kamal ona 03 dəfəyə 12000 manat (10000+1000+1000), Nuranənin atası isə Nuranənin yanında 02 dəfəyə ona 3600 manat (3000+600) pul vermişlər. Beləliklə də, həmin tikilinin əldə edilməsinə tərəflər birgə nikahda olduqları dövrdə 15600 manat pul sərf etmişlər.” Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2.2, 34.1, 36.1, 36.3, 37.1, 37.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, 180-ci maddələrini tətbiq etmişdir. Məhkəmə haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının hazırkı halda cavabdehə qarşı irəli sürdüyü 15600 manat məbləğində pulun birgə nikah dövründə qazanılmış əmlak hesab edildiyindən həmin pulun ½ hissəsinə iddiaçının hüququ vardır. Həmin tikilin in isə faktiki olaraq başqa şəxsə cavabdeh tərəfindən satılmasını nəzərə alan məhkəmə cavabdehdən həmin pulun yarısı, yəni 7800 manat hissəsi alınaraq iddiaçıya verilməsini mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmədə vaxtilə həmin tikilinin anası tərəfindən verilmiş pul qarşılığında alındığını bildirsədə, iş üzrə digər Cavabdeh2 öz ifadəsində bildirmişdir ki, həmin tikiliyə dair 12000 manat pulu Kamalın anası deyil, məhz Kamalın özü ona vermişdir. Həmçinin məhkəmə qeyd edir ki, həmin tikilinin Cavabdeh1 anası tərəfindən əldə edilməsinə dair gətirdiyi dəlillərə məhkəmə haqlı olaraq tənqidi yanaşaraq qeyd etmişdir ki, həmin tikiliyə dair vaxtilə tərtib edilmiş hesabat cədvəlindən və “xxxxxxxx” ASC-nin bildirişindəndə müəyyən edilmişdir ki, həmin sənədlər əslində cavabdehin keçmiş həyat yoldaş ı İddiaçı adına tərtib edilmiş və qeydə alınmışdır. Ona görə də, həmin tikilinin cavabdehin anası tərəfindən əldə edilməsi üçün pul ödəməsini məhkəmə inandırıcı hesab etməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respubl ikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmənin mövqeyinə görə cavabdeh Mülki Məcəllənin 180-cı maddəsinə istinad edir və bəyan edir ki, özbaşına tikili qanunsuz hesab edilir və heç bir hüquqi nəticə yaratmır. Göründüyü kimi, bir tərəfdən həmin evin anasının vəsaiti hesabına alındığını bəyan edir və bu halın qanunsuzluğundan və hüquqi nəticə yaratmamasından bəhs etmir, digər tərəfdən isə həmin tikilinin dəyərinin yarısı tələb edildikdə bu tikilinin özbaşına olduğunu və hüquqi nəticə yaratmadığını söyləyir və iddianın təmin edilməsi ilə heç cür razılaşmaq istəmir. Cavabdeh1 kassasiya şikayətində faktiki halların sadalanması ilə kifayətlənmiş, apelyas iya instansiyası məhkəməsi tərəfindən yol verilmiş hüquq pozuntusunun konkret olaraq nədən ibarət olmasını göstərməmişdir. Belə olan halda, yalnız faktiki halların sadalanması və kassatorun mülahizələri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2.-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apelyasiya şikayəti ilə yalnız qətnamənin 7800 manat məbləğində pulun ondan tutulması hissəsini mübah isələndirmiş və qətnamənin digər hissələri apelyasiya baxışının predmeti olmamışdır. Məhkəmədə haqlı olaraq mübahisələndirilən hisssədə işə baxmışdır. Hazırda isə apelyasiya icratında predmet olmayan hissələr üzrə dəlillər irəli sürülmüşdür ki, belə dəlillərin hazırda isə yoxlanması mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Məsumə Vəzirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 14 may 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 21 iyun 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsi heç bir halda aşağı instansiya məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməməlidir. Kassasiya instansiyası məhkəməsi mülki işin aşağı in stansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş yeni hallarını müəyyən etməsinə həmin hallara maddi hüquq normalarını tətbiq etməsi üçün hüquqi əsas mövcud deyildir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin Konstitusiya hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına y ol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 kassasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar