Məhkəmə qərarları › İş №2(102)-1920/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1920/2020

03.06.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1920/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Cavabdehin vəkili xxxqızının iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “qızıl-zinət əşyaları və pul” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)-3014/2019 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və vəkil xxx tərəfindən verilmiş kassasiya şikayətinə Azərbayc an Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, 73 adda qızıl-zinət əşyalarının və ya onların dəyərinin, habelə 9100 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən alınıb iddiaçılara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Mingəçevir Şəhər Məhkəməsinin (hakim M.K.Kərimova) xx xxxxxx 2019-cu il tarixli, 2(051)585/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.M.Məcidov - sədrlik edən və məruzəçi, M.A.Əsədli, İ.F.Quliyev) xx xxxxxx 2 019-cu il tarixli, 2(107)-3014/2019 nömrəli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(051)-585/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar İddiaçı1, İddiaçı2 və vəkilləri xxx kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(107)-3014/2019 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmış, o cümlədən iddiaçıların təqd im etdikləri sübutlar tədqiq edilməmiş və bunun nəticəsində onların mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmə iclasında Cavabdeh vəkili xxxqızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərin lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçılar və vəkilləri gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozu lmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddia tələbinə və apellyasiya şikayətinə hüquqi qiymət verən birinci instansiya və apellyasiya instansiyası məhkəmələri müəyyən etmişlər ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 mərhum anasından qalmış və özlərinə məxsus, ehtiyat üçün saxladıqları cəmi 73 adda qızıl-zinət əşyaların və 9100 ABŞ dolların cavabdehdən alınmasını tələb edirlər. Lakin məhkəmə iclasında iddiaçılar mərhum analarından miras qalmış qızıl-zinət əşyalarını, eləcə də özlərinin ehtiyat üçün saxladıqları qızıl-zinət əşyaların nədən ibarət olduğunu izah edə bilməmişlər. Bundan əlavə iddiaçılar, iddia ərizəsinə əlavə edilmiş rəylə qiymətlədirilmiş qızıl-zinət əşyalarının onlara aid olduğunu bildirərək, həmin qızılları tələb edirlər. Lakin iddia ərizəsinə əlavə edilmiş “Qızıl-zinət əşyalarının qiymətləndirilməsi barədə” xx xxxxxx 2018-ci il tarixli rəylə qiymətləndirilmiş qızıl-zinət əşyalarının iddiaçılar tərəfindən təqdim olunması və ya qiymətləndirmənin məhz onların xahişi ilə aparılması təsdiq olunmur. İddiaçı birinci instansiya məhkəməsində verdiyi izahatında bildirmişdir ki, 2016-cı ilin sonlarında ata evində saxladıqları qızıl-zinət əşyaların yoxa çıxması barədə cavabdeh tərəfindən verilmiş xəbərdən sonra cavabdehdən şübhələndiyinə görə həmin qızıl-zinət əşyalarını mütəxəssisə təqdim edərək onları qiymətləndirmişdir. Rəydən göründüyü kimi qiymətləndirmə 2018-ci ilin yanvar ayında aparılmışdır. Bundan əlavə iddiaçılar, həqiqətən də, cavabdehin hərəkətlərindən şübhələnmişlərsə və qızıl-zinət əşyaları cavabdehin yaşadığı evdə saxlanılır dısa, onlar qızılları həmin evdən götürə və ya saxlanılması üçün cavabdehə yazılı şəkildə verə bilər və yaxud hər hansı bir formada sığortalaya bilərdilər. Bundan başqa iddiaçılar yalnız qızıl-zinət əşyaları deyil, həmçinin, həmin qızıl-zinət əşyalarının yanında onlara məxsus 9100 ABŞ dolları olduğunu da iddia edirlər. İddiaçıların vəsatəti ilə birinci instansiya məhkəməsində ifadə vermiş şahidləri iddiaçıların yaxın qohumlarıdırlar və onların cavabdehlə münasibətləri qeyri-normaldır. Təqdim olunmuş sübutları ümumiləşdirərək aşağı instansiya məhkəmələri hesab etmişlər ki, iddia tələbi mötəbər sübutlarla əsaslandırılmadığından təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etm əlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qanunvericiliyin həmin tələblərini hazırki işdə tətbiq etmələ məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar nəinki tələb olunan qızıl-zinət əşyalarının möv cudluğunu, həmçinin həmin əmlakların hazırda cavabdehdə olmasını, ya da ki, sonuncu tərəfindən iddiaçıların razılığı olmadan onlara sərəncam verilməsini sübut etməlidirlər. Bunun üçün də yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların tələblərini təsdiq etmək üçün məhkəmələrə təqdim etdikləri şahid ifa dələri və “Qızıl-zinət əşyalarının qiymətləndirilməsi barədə” xx xxxxxx 2018-ci il tarixli rəy nəinki apellyasiya instansiyası məhkəməsinin göstərdiyi əsaslara görə tələb olunan əşyaların və pul vəsaitlərinin mövcudluğunu sübut etmir, hətta belə olduğu halda, qızılların cavabdehdə saxlanılmasını şübhə altına alır. Belə ki, iddiaçılar atalarının ölümündən sonra qızılları qiymətləndirmək üçün cavabdehin yaşadığı evdən götürdükləri halda, onları geri qaytarılması halını əlavə sübut etməlidirlər ki, bununla bağlı heç bir sübut iş materiallarından mövcud deyildir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və vəkilləri xxx tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2 (107)3014/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Alı Məhkəmənin hakimi Elşad Şamayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar