Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-96/2021 04.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı, etibarnamə üzrə nümayəndəsi, vəkili X2 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ümumi birgə əmlakın və borcun bölünməsi tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Daimler Benz 23 markalı avtoxxxxin 12000 manat fəyərinin 2/3 hissəsi kimi 8000 manat pulun az yaşlı uşaqlarının mənafeyi nəzərə alınmaqla alınıb ona ödənilməsi, xx xxxxxx 2023-cü ildə onun adına bağlanmış kredit müqaviləsi üzrə yaranmış 3700 manat ümumi borcun onların arasında bölünməsi, 1850 manat pulun alınıb ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı sonradan məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək Cavabdeh 90 manat dəyərində “Evrolux” markalı tozsoran, 120 manat dəyərində “Evrolux” markalı duxovka, 500 manat dəyərində “Arçelik” markalı notebook, 500 manat dəyərində 1000 ədəd mişar daşı, azyaşlı uşaqlarının mənafeyi nəzərə alınmaqla “Daimler Benz 230” markalı avtoxxxxin 10000 (on min) manat pulun və 1210 manat dəyərində əşyaların dəyərinin 2/3 hissəsi kimi 7450 manat pulun, xx xxxxxx 2020-ci ildə onun adına bağlanmış kredit müqaviləsi üzrə yaranmış 3700 manat pulun ümumi aralarında 2/3 hissədə bölünməsi, 2460 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, Qasımova Günel Adil qızı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərmişdi ki, Cavabdehla xx xxxxxx 2007-ci ildə rəsmi nikah qeyd etdirmələ ailə qurmuşlar. Onların birgə nikahından xx xxxxxx 2009-cu il təvəllüdlü Şirəli, xx xxxxx 2010-cu il təvəllüdlü Nihad adlı uşaqları olmuşdur. Mingəçevir şəhəri məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə onların arasındakı nikah pozulmuş, xx xxxxxx 2009-cu uil təvəllüdlü Şirəli, xx xxxxx 2010-cu il təvəllüdlü Nihat adlı uşaqları onun yanında saxlanılmışdır. Birgə nikah dövründə Cavabdeh ilə birgə VAZ-21063 markalı **-BG-*** dövlət nömrə nişanlı, xx xxxx 2016-cı ildə Daimler Benz 230 markalı **-CP-*** dövlət nömrə nişanlı avtoxxxxləri satın almışlar. Həmin avtoxxxxlrədən VAZ-21063 markalı avtoxxxxi yaşayış evi alarkən evin dəyərinin bir hissəsi kimi verimşlər. Dazimler Benz 230 markalı **-CP-*** dövlət nömrə nişanlı avtoxxxx isə cavabdehin istifadəsində qalmışdır. Cavabdehin istifadəsində həmçinin sənədləşdirilməsi etibarnaməli idarəçiliklə olan Mersedes markalı avoxxxxdə vardır. Daimler Benz 230 markalı avtoxxxxin hazırda bazar qiyməti 12000 manatdan artıqdır. Onlar birgə yaşadıqları müddətdə anasının onlara maddi yardım sayəsində bağ evi almışlar. Ayrılmazdan əvvəl hər ikisinin banklara olan ayrı-ayrılıqda kredit borclarının və həyətdəki hamamın təmir olunması məqsədilə onun adına “Expressbank” –nın Mingəçevir filialından xx xxxxxx 2020-ci ildə kredit götürmüşlər. Hər ikisinin adına olan kreditləri bağlayıb, hamamı təmir elətdirmişlər. Hazırda onun banka 3700 manat kredit borcu vardır. Ona görə də məhkəməyə müraciət edərək Cavabdeh 90 manat dəyərində “Evrolux” markalı tozsoran, 120 manat dəyərində “Evrolux” markalı duxovka, 500 manat dəyərində “Arçelik” markalı notebook, 500 manat dəyərində 1000 ədəd mişar daşı, azyaşlı uşaqlarının mənafeyi nəzərə alınmaqla “Daimler Benz 230” markalı avtoxxxxin 10000 (on min) manat pulun və 1210 manat dəyərində əşyaların dəyərinin 2/3 hissəsi kimi 7450 manat pulun, xx xxxxxx 2020-ci ildə onun adına bağlanmış kredit müqaviləsi üzrə yaranmış 3700 manat pulun ümumi aralarında 2/3 hissədə bölünməsi, 2460 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X2 da iddiaçının izahatına uyğun izahat verərək iddia tələbinin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh, Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirdi ki, İddiaçı xx xxxxxx 2007-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahından xx xxxxxx 2009-cu il təvəllüdlü Şirəli və xx xxxxx 2010-cu il təvəllüdlü Nihat adlı uşaqları olmuşdur. İddiaçı ilə ailə qurduqdan sonra iddiaçının özü ilə gətirdiyi cehiz əşyaları taxt çarpayı, termo, şifoner, divan kreslo, stol-stul dəsti, iki ədəd xalça, tozsoran, qab qaçaq yorğan döşək gətirmişdir özü ilə. 2010-cu ildə özlərinə ev alanda evin mətbəxi yox idi. O, əlavə xərc çəkib mətbəxt düzəltmişdir. Birgə nikah dövründə öz evinə 500 manat dəyərində soyuducu, 100 manat dəyərində ət çəkən maşın, 100 manat dəyərində elektrikli soba, 70 manat dəyərində mətbəxt üçün aspirator, 80 manat dəyərində mətbəxt üçün pitminutka, 60 manat dəyərində mətbəxt üçün 4 göz qaz, 70 manat dəyərində unvalnik, 130 manat dəyərində tülpan ünvanlik, 20 manat dəyərində Orvica tozsoran, 200 manat dəyərində 2 ədəd çarpayı, 100 manat dəyərində hamam üçün pitminutka, televizor krosna və antena almışdır. İddiaçı ərizəsində qeyd edir ki, birgə nikah dövründə həyətlərinə 1000 ədəd mişar daşı tökmüşdür. Həmin vaxt qardaşı Mehman ev tikdiriridi. Məlumatı oldu ki, ucuz qiymətə daş satırlar. X4rdaşı Mehmanın evi üçün 600 ədəd mişar daşı alıb onun məhləsinə tökmüşdür. Çünki qardaşı Mehmanın aldığı həyətin hasarı yox idi. Sonra atasından icazə alaraq həmin mişar daşlarından 200 ədədini öz həyəti üçün işlətmişdir. Atası həmin 200 mişar daşını ona pay vermişdir. Bundan əlavə 500 manat dəyərində “Arçelik” markalı nootebook götürmüşdür. Həımin nootbuku isə qardaşı Qasımov Araz 2013-cü ildə almışdır. 2014cü ildə qardaşı Araz həbsə düşəndən sonra müvəqqəti olaraq həmin notubuku özü istifadə etmişdir. İddiaçının qeyd etdiyi dəyəri 90 manat olan “Evrolux” markalı tozsoranı 2016-cı ildə ikinci əl dükandan 20 manata almışdır. İddia ərizəsində göstərilən digər əşyalarıda həmçinin dəyərindən aşağı qiymətə almışlar. İddiaçının iddia etdiyi birgə nikah dövründə əldə etdikləri “Daimler Benz” 230 markalı avtoxxxxi 2016-cı ildə almışdır. Həmin ilı avto qəza keçirmiş, qəzadan sonra avtoxxxx tam yararsız vəziyyətə düşmüşdür. Dövlət Qeydiyyat nişanlı “Daimler Benz 230” markalı avtoxxxxi xx.xx.2020-ci il tarixdə Yevlax rayon Regional Qeydiyyat Şöbəsində çıxdaş etdirmişdir. Daha sonra iddianı qismən qəbul edərək 600 ədəd mişar daşı, 90 manat dəyərində “Evrolux” markalı tozsoran, 120 manat dəyərində “Evrolux” markalı duxovka, 500 manat dəyərində “Arçelik” markalı “Notebookun onda olduğunu və həmin əşyaları iddiaçıya qaytarmağa etiraz etmədi. Odur ki, iddi tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin 2(051)-886/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən çıxarışdan görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx xxxxxx 2007-ci ildə 343 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. İşdə olan Baş Dövlət Yol Polisi tərəfindən vəkil X1 göndərilən sorğuya cavabdan görünür ki, Cavabdeh adına xx.xx.2010-cu il tarixdən Vaz-21063 markalı **-BG-*** dövlət nömrə nişanlı və xx.xx.2016-cı il tarixdən Daimler Benz 230 markalı **-CP-*** dövlət nömrə nişanlı avtoxxxxlər qeydiyatdadır. İşdə olan məhkəmə sorğusu əsasında alınmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X6 xx xxxxxxxx 2020—ci il tarixli 15/2809 saylı sorğuya cavab məktundan görünür ki, Cavabdeh mçəxsus “Daimler Benz C30” markalı **-CP-*** dövlət qeydiyyat nömrə nişanlı avtoxxxx xx.xx.2020-ci il tarixdə çıxdaş edilmişdir. İşdə olan “xxxx” MMC tərəfindən verilmiş rəydən görünür ki, İddiaçı tələb etdiyi əşyaların cəmi dəyəri 11210 (on bir min iki yüz on) manat qiymətləndirilmişdir. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı xx xxxxxx 2020-ci il tarixdə «Expressbank» Açıq Səhmdar Cəmiyyəti ilə 600804-841965/1 saylı kredit müqaviləsi bağlayaraq, 24 ay müddətinə, 23% illik faiz dərəcəsi olmaqla 3800 manat məbləğdə kredit götürmüşdür. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı xx xxxxxx 1997-ci ildə Cavabdeh ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, cavabdehlərin yaşadıqları mənzilə köçmüş, cehiz əşyalarını da həmin mənzilə aparmışdı. Bir müddət sonra, münasibətləri pozulmuş, ayrılmışlar, aralarındakı nikah ləğv edilmişdir. Ayrıldıqdan sonra iddiaçının tələb etdiyi əşyalar cavabdehdə qalmışdır. Məhkəmə iddia tələbinə hissəvi olaraq qiymət verərək aşağıdakı nəticəyə gəlir: -İddia tələbinə “Daimler Benz 230” markalı avtoxxxxin 10000 (on min) manat pulun və 1210 manat dəyərində əşyaların dəyərinin 2/3 hissəsi kimi 7450 manat pulun, xx xxxxxx 2020-ci ildə onun adına bağlanmış kredit müqaviləsi üzrə yaranmış 3700 manat pulun ümumi aralarında 2/3 hissədə bölünməsi, 2460 manat pulun alınıb ona ödənilməsi hissəsində təmin olunmamalıdır. Belə ki, Məhkəmə tədqiqi zamanı tərəflərin birgə nikah dövründə “Daimler Benz 230” markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomaşının olması sübut olunmadı. Həmçinin iddiaçının cavabdehdən tələb etdiyi 1210 manat dəyərində əşyaların dəyərinin 2/3 hissəsi kimi 7450 manat pulun alınıb iddiaçıya verilməsi ilə bağlı əsaslı sübutları da məhkəməyə təqdim edə bilmədiyi üçün məhkəmə hesab edir ki, iddia avtomaşına və 1210 manat dəyərində əşyaların dəyərinin 2/3 hissəsi kimi 7450 manat pula dair hissədə təmin olunmamalıdır. Əkisnə məhkəmə baxışı zamanı tərəflərin izahatından və iş materialında olan sənədlərdən yəni, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X6 xx xxxxxxxx 2020—ci il tarixli 15/2809 saylı sorğuya cavab məktundan müəyyən oldundu ki, Cavabdeh məxsus “Daimler Benz C30” markalı **-CP- *** dövlət qeydiyyat nömrə nişanlı avtoxxxx xx.xx.2020-ci il tarixdə çıxdaş edilmişdir. Məhkəmə hesab edir ki, mövcud olmayan avtoxxxxin paylara mütanasib bölünməsi qeyri mümkündür. -İddia tələbinə 90 manat dəyərində “Evrolux” markalı tozsoran, 120 manat dəyərində “Evrolux” markalı duxovka, 500 manat dəyərində “Arçelik” markalı notebook, 500 manat dəyərində 600 ədəd mişar daşının alınması tələbinə hüquqi qiymət verərək və cavabdehin iddia tələbini həmin hissədə etiraf etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməldir. -İddia tələbinə kredit müqaviləsi üzrə yaranmış 3700 manat kredit borcunun ümumi onların arasında bölünməsi hissəsinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməldir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, həmin borc tərəflərin birgə nikah dövründə əmələ gəlmişdir. Lakin məhkəmə hesab edir ki, həmin borc iddiaçının tələb etdiyi kimi deyil, mütanasib yəni bərabər müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti incumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini 4 ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.2-ci maddəsinə əsasən ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı Cavabdeh qızına qarşı ümumi birgə əmlakın və borcun bölünməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh, 600 ədəd mişar daşı, 90 manat dəyərində “Evrolux” markalı tozsoran, 120 manat dəyərində “Evrolux” markalı duxovka, 500 manat dəyərində “Arçelik” markalı “Notebook” alınaraq İddiaçı verilsin və xx xxxxxx 2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 3700 manat kredit borcu tərəflər arasında müştərək qaydada bölünsün. İddia tələbi qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-96/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-96/2021
04.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver