Məhkəmə qərarları › İş №2(039)-439/2020

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-439/2020

20.02.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-439/2020 20.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh «xxxxxxxx» ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh «xxxxxxxx» ASC-yə qarşı «istifadə edilməmiş elektrik enerjisinə görə qanunsuz hesablanmış qalıq borcunun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxxxxxx» ASC-yə qarşı «istifadə edilməmiş elektrik enerjisinə görə qanunsuz hesablanmış qalıq borcunun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxxxxxx» ASC tərəfindən məişət abonenti olan istehlakçı kimi qanunsuz olaraq ona hesablanmış 416.87 manat qalıq borcunun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və cavabdeh «xxxxxxxx» ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında xx xxxxxx 2020-ci il tarixli barışıq sazişi təqdim edərək bildirdilər ki, tərəflər aralarında olan mübahisəni barışıq yolu ilə həll edərək, xx xxxxxx 2020-ci il tarixdə barışıq sazişi imzalamışlar. Barışıq sazişinin şərtlərinə əsasən – 1). İddiaçı iddia tələbini dəyişərək cavabdeh «xxxxxxxx» ASC-yə qarşı cavabdeh «xxxxxxxx» ASC tərəfindən məişət abonenti olan istehlakçı kimi qanunsuz olaraq ona hesablanmış 416.87 manat qalıq borcun silinməsini tələb etmir və həmin məbləğin azaldılaraq 200 manat məbləğində hesablanmasına razılıq verir və həmin məbləğin hissəhissə ödənilməsini öhdəsinə görürür. 2). Cavabdeh «xxxxxxxx» ASC-nin iş üzrə etibarnamə ilə səlahiyyətli nümayəndəsi X2 İddiaçı hesablanmış 416.87 manat məbləğində enerji haqqı dəyərinin yuxarıda göstərilən qaydada azaldılaraq 200 manat məbləğində müəyyən edilməsinə etiraz etmir və gələcəkdə mübahisələndirməyəcək. Ona görə də, məhkəmədən tərəflər arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli barışıq sazişinin təsdiq olunması və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş edirlər. Tərəflər hər biri ayrı-ayrılıqda təqdim olunmuş barışıq sazişinin şərtləri ilə razı olduqlarını bildirərək, həmin barışıq sazişinin təsdiq olunması və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını, barışıq sazişini nəzərdən keçirib hesab edir ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli barışıq sazişi qanuna zidd olmadığından, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından həmin barışıq sazişi təsdiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, barışıq sazişinin şərtləri məhkəmə iclası protokoluna daxil edilmişdir və müvafiq qaydada imzalanmışdır. Tərəflərə barışıq sazişinin nəticələri və Azərbaycan Respublikası MPM-nin 262-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsi əsaslarının nəticələri izah olunmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 161, 261, 262, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: İddiaçı ilə cavabdehin nümayəndəsi X2 arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq olunsun: 1). İddiaçı iddia tələbini dəyişərək cavabdeh «xxxxxxxx» ASC-yə qarşı cavabdeh «xxxxxxxx» ASC tərəfindən məişət abonenti olan istehlakçı kimi qanunsuz olaraq ona hesablanmış 416.87 manat qalıq borcun silinməsini tələb etmir və həmin məbləğin azaldılaraq 200 manat məbləğində hesablanmasına razılıq verir və həmin məbləğin hissəhissə ödənilməsini öhdəsinə görürür. 2). Cavabdeh «xxxxxxxx» ASC-nin iş üzrə etibarnamə ilə səlahiyyətli nümayəndəsi X2 İddiaçı hesablanmış 416.87 manat məbləğində enerji haqqı dəyərinin yuxarıda göstərilən qaydada azaldılaraq 200 manat məbləğində müəyyən edilməsinə etiraz etmir və gələcəkdə mübahisələndirməyəcək. İddiaçı cavabdeh «xxxxxxxx» ASC-yə qarşı «istifadə edilməmiş elektrik enerjisinə görə qanunsuz hesablanmış qalıq borcunun silinməsi» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müdətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar