Məhkəmə qərarları › İş №2(039)-444/2020

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-444/2020

20.05.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-444/2020 20.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı Fəxrəddin oğlunun, cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Fəxrəddin oğlunun cavabdeh “xxxxxxxx” ASC-yə qarşı “istifadə edilməmiş elektrik enejisinə görə qanunsuz hesablanmış qalıq borcunun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Fəxrəddin oğlu cavabdeh “xxxxxxxx” ASC-yə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən məişət abonenti olan istehlakçı kimi qanunsuz olaraq ona hesablanmış xx.xx.2011-ci il tarixli akta əsasən hesablanmış 553,36 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında tərəflər barışıq sazişi verərək, mübahisəni barışıq yolu ilə həll etdiklərini və barışıq sazişindən irəli gələn hüquqi nəticələrin onlara aydın olduğunu, buna görə də barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Barışıq sazişinin məzmununa görə;

1. İddiaçı Fəxrəddin oğlu “xxxxxxxx” ASC-yə qarşı iddia tələbini dəyişərək “xxxxxxxx” ASC tərəfindən üzərinə yazılmış 553,36 manat cərimə məbləğinin tam silinməsini tələb etmir. Göstərilən məbləğin azaldılaraq 253,36 manat müəyyən edilməsinə, həmin məbləğin hissə-hissə ödənilməsinə razılıq verir.

2. Cavabdeh “xxxxxxxx” ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 elektrik enerjisindən istifadə qaydalarının pozulmasına dair iddiaçı barəsində “xxxxxxxx” ASC tərəfindən hesablanmış 553,36 manat borc məbləğinin azaldılaraq 253,36 manat müəyyən edilməsinə etiraz etmir və gələcəkdə mübahisələndirməyəcək.

Məhkəmə barışıq sazişini müzakirə edərək hesab edir ki, barışıq sazişi tərəflərin hüquqlarını pozmur və qanuna zidd deyildir, ona görə də, barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdəşərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda işüzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 262, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

İddiaçı Fəxrəddin oğlunun cavabdeh “xxxxxxxx” ASC-yə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə bağlı tərəflərin aşağıdakı şərtlərlə bağladıqları barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin məzmununa görə;

3. İddiaçı Fəxrəddin oğlu “xxxxxxxx” ASC-yə qarşı iddia tələbini dəyişərək “xxxxxxxx” ASC tərəfindən üzərinə yazılmış 553,36 manat cərimə məbləğinin tam silinməsini tələb etmir. Göstərilən məbləğin azaldılaraq 253,36 manat müəyyən edilməsinə, həmin məbləğin hissə-hissə ödənilməsinə razılıq verir.

4. Cavabdeh “xxxxxxxx” ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 elektrik enerjisindən istifadə qaydalarının pozulmasına dair iddiaçı barəsində “xxxxxxxx” ASC tərəfindən hesablanmış 553,36 manat borc məbləğinin azaldılaraq 253,36 manat müəyyən edilməsinə etiraz etmir və gələcəkdə mübahisələndirməyəcək.

Tərəflərə izah olunur ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətinə Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim GünayCavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar