Məhkəmə qərarları › İş №2(039)-46/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-46/2021

23.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-46/2021 23.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hаkim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, iddiаçı İddiaçı cavabdehlər Cavabdeh1nə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə, Heydərova Gilas Əziz qızına, X2, X4, Heydərova Xumar Rafiq qızına qarşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3cü şəxs kimi X9 və “xxxx” ASC-ni qeyd etməklə “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rаyоn Məhkəməsinin inzibati binаsındа açıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə МÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1nə və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax şəhəri ünvan 2 ünvanına dair Cavabdeh1 notariusu tərəfindən mərhum X10 vərəsə hesab edilməsinə dair verilmiş xx xxxxxx 2006-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və X10 adına verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2006-ci il qeydiyyat tarixli, ******* nömrəli çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yevlax şəhəri ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak- bir mərtəbəli, üç otaqlı fərdi yaşayış evi mərhum X3ndan miras qalmışdır. X3 xx.xx.1975-ci il tarixdə vəfat etmişdir. O, mərhum atasından miras qalmış qeyd edilən mirası faktiki olaraq qəbul etmiş və mirasın idarə edilməsində iştirak etmişdir. Eyni zamanda əsas və daimi yaşayış yeri Yevlax şəhəri Zərdabi küçəsi ev 43 ünvanıdır, həmin ünvanda qeydiyyatdadır və hazırda həmin ünvanda yaşayırb. Onun heç bir məlumatı olmadan, mərhum X3nun vərəsələrinin dairəsinə daxil edilmədən, sonuncudan miras qalmış Yevlax şəhəri ünvan 2 ünvanına dair xx xxxxxx 2006-cı il tarixdə Yevlax rayon 1 saylı dövlət notariat kontorunun dövlət notariusu X12 tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və mərhum X1 mərhum X3nun yeganə vərəsəsi hesab edilmişdir. X23 onun doğma qardaşıdır. Mərhum qardaşının da əsas və daimi yaşayış yeri Yevlax şəhəri ünvan 2 ünvanı olmuşdur. Mərhum qardaşı Rafiq Heydərovun atasından qalmış mirasa vərəsə hesab edilməsinə etiraz etməsə də, onun vərəsə olaraq işə cəlb edilməməyinə və mirasdan pay əldə etmədiyinə görə hazırkı iddia tələbini irəli sürür. X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Yevlax şəhəri ünvan 2 ünvanında yerləşən daşınmaz əmlaka rəsmi olaraq vərəsəlik işi açılmasından, mərhum qardaşı Rafiq Heydərovun yeganə vərəsə hesab edilməsi barədə nə qardaşı Rafiq Heydərov vəfat edəndə, nə də sonradan məlumatı olmuşdır. Digər qardaşı -üçüncü şəxs X24 ağır xəstə olaraq xəstəxanaya müalicə üçün aparılanda, yəni 2020-ci ilin iyun ayında bütün qeyd edilənlərə dair məlumat əldə etmiş , o cümlədən onu da öyrənmişdir ki, digər qardaşı -üçüncü şəxs X24 digər üçüncü şəxs "xxxx" ASC ilə ipoteka müqaviləsi bağlamaqla Yevlax şəhəri ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakı "xxxx" ASC-də yüklü etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər X19, X7, X14, X20, üçüncü şəxslər X24 və “xxxx” ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlmədiklərindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi məhkəməyə müraciət edərək məhkəmə iclasını onların iştirakı olmadan keçirib qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh 1 saylı Notariat Ofisinin notariusu Gülyanaq Baxışova xx.xx.2006-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni “forma 2” arayışı əsasında tərtib etdiyini, həmin arayışda miras qoyan X11 vərəsələri siyahısında hazırkı iş üzrə İddiaçı adının göstərilmədiyi və bu səbəbdən İddiaçı şəhadətnamədə vərəsə kimi qeyd edilmədiyini bildirmiş və məhkəmədən qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********* qeydiyyat №li, xx.xx.2006-cı il qeydiyyat tarixli çıxarışından görünür ki, Yevlax şəhəri Zərdabi küçəsində olan 0.0495 hektar torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı 62,91 kv.m yaşayış, 44,41 kv.m köməkçi sahədən ibarət 43 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X11 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində qeydiyyata alınmışdır. Yevlax rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından müəyyən olunur ki, X22 xx.xx.1975-ci il tarixdə ölmüşdür. xx.xx.2006-cı il tarixdə Yevlax rayon 1 saylı dövlət notariat kontorunun notariusu Gülyanaq Baxışova tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1975-ci il tarixdə vəfat etmiş X6 miras qalmış Yevlax şəhəri Zərdabi küçəsi ev 43 ünvanda yerləşən, ümumi sahəsi 107,32 kv.m olan fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,0495 hektar torpaq sahəsinə miras qoyanın oğlu X10 adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********* qeydiyyat №li, xx.xx.2006-cı il qeydiyyat tarixli çıxarışından görünür ki, Yevlax şəhəri Zərdabi küçəsində olan 0.0495 hektar torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı 62,91 kv.m yaşayış, 44,41 kv.m köməkçi sahədən ibarət 43 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X10 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində qeydiyyata alınmışdır. Yevlax rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından müəyyən olunur ki, X23 xx.xx.2020-ci il tarixdə ölmüşdür. xx.xx.1975-ci il tarixdə Yevlax şəhər dövlət notariat kontorunun notariusu H.H.Hüseynov tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1975-ci il tarixdə vəfat etmiş X6 miras qalmış Yevlax şəhəri Zərdabi küçəsi ev 51 ünvanda yerləşən, yaşayış sahəsi 50 kv.m, qeyri-yaşayış sahəsi 30 kv.m-dən ibarət olan yaşayış evinə və həmin evin yerləşdiyi 495 kv.m ölçüdə torpaq sahəsinə miras qoyanın arvadı X13, anası X15 və uşaqları- Heydərov Telman Vəli oğlu, X16, X24, X23 və Heydərov Əli Vəli oğlu (iddiaçı) bərabər hissələrdə pay almışdır. Beləliklə, iş materialları müəyyən olunmuşdur ki, iddiaçının atası olan mərhum X22 xx.xx.1975-ci ildə öldükdən sonra miras qoyanın əmlakı üzrə xx.xx.1977-ci ildə vərəsəlik işi açılmış və eyni tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Hazırki iş üzrə iddiaçı, eyni zamanda miras qoyanın arvadı, anası və digər uşaqları vərəsə olaraq miras əmlakdan bərabər şəkildə pay almışlar. xx.xx.1977-ci il tarixli, 5382 saylı vərəsəlik işindən görünür ki, miras əmlak Yevlax şəhəri Zərdabi küçəsi ev 51 ünvanda yerləşən, yaşayış sahəsi 50 kv.m, qeyri-yaşayış sahəsi 30 kv.m-dən ibarət olan yaşayış evi və həmin evin yerləşdiyi 495 kv.m ölçüdə torpaq sahəsidir. Eyni zamanda iş materialları və məhkəmə iclasında iştirak edən tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, xx.xx.1975-ci ildə vəfat edən X11 miras əmlakına, yenidən xx.xx.2006-cı ildə vərəsəlik işi açılmış, İddiaçı miras qoyanının vərəsəsi olaraq müəyyən olunmamış və eyni tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən iddiaçının qardaşı olan X23 miras əmlakdan yeganə vərəsə olaraq pay almışdır. xx.xx.2006-cı il tarixli, 2v-72 saylı vərəsəlik işindən görünür ki, miras əmlak Yevlax şəhəri Zərdabi küçəsi ev 43 ünvanda yerləşən, ümumi sahəsi 107,32 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0495 hektar torpaq sahəsidir. Həmçinin iş materialları ilə müəyyən olunmuşdur ki, hər iki vərəsəlik işi üzrə miras əmlak eyni əmlakdır, lakin miras əmlakın yerləşdiyi ünvanın adı dəyişdirilmişdir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, **********40 saylı məktubundan görünür ki, mərhum X17 məxsus fərdi yaşayış evinin ünvanı, yəni xx.xx.1970-ci il tarixli 122 nömrəli Torpaq Qeydində göstərilən Yevlax şəhəri Zərdabi küçəsi 51 ünvanı dəyişərək, Zərdabi küçəsi ev 43 ünvanı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı, atası Vəli Heydərov vəfat etdikdən sonra onun birinci dərəcəli vərəsəsi olaraq miras əmlakda pay əldə etməsinə, bu barədə xx.xx.1977-ci il tarixdə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsinə baxmayaraq, həmin şəhadətnamə qüvvədə olduğu halda, yenidən 2006-cı ildə iddiaçının atasının adına vərəsəlik işi açılması və yenidən xx.xx.2006-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mülki qanunvericliyin tələblərinə ziddir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.1975-ci ildə vəfat etmiş X18 məxsus miras əmlaka- Yevlax şəhəri Zərdabi küçəsi ev 43 ünvanda yerləşən, ümumi sahəsi 107,32 kv.m olan fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,0495 hektar torpaq sahəsinə dair Yevlax rayon 1 saylı dövlət notariat kontorunun dövlət notariusu X12 tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. X10 adına qeydiyyata alınmış Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin MH seriyalı, ******* nömrəli çıxarışı ləğv edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar