Məhkəmə qərarları › İş №2(039)-472/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-472/2020

17.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-472/2020 17.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və əmlak” tələbinə dair iddiasına dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və əmlak” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, məhhum həyat yoldaşı X9 ilə birgə nikah dövründə əldə etdikləri 10000 manat pulun, avtomobilin satışından əldə olunmuş 3000 manat pulun, yas mərasimindən qalmış 35000 manat pulun, həmçinin 130 baş qoyunun, 40 ədəd keçinin, 6 baş inəyin və 30 ton arpanın, həmin əmlaklar natura şəkildə olmadıqda onların dəyərinin cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X9 ilə 2003-cü ildə ailə qurub evlənmişlər. Nikahlarını xx xxxxxx 2003-cü il tarixdə Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Kövər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində rəsmiləşdirmişlər. Birgə yaşadıqları müddətdə xx xxxxxx 2004-cü il təvəllüdlü X3 ilə xx xxxxx 2005-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Birinci Cavabdeh1 keçmiş qaynanası, ikinci Cavabdeh2 keçmiş qaynıdır. Həyat yoldaşı X9 xəstəliyi iləəlaqədar xx xxxx 2011-ci il tarixdə vəfat etdikdən sonra cavabdehlər VAZ-2106 markalı avtomobili 3000 manat pula satmışlar. Yas mərasimindən qalan 35000 manat pulu, məhhum həyat yoldaşı X12 ölməmişdən qabaq ona əl xərcliyi üçün verdiyi 10000 manat pulu cavabdehlər əlindən alaraq mənimsəmişlər. Onlar birgə işlədiyi müddətdə 130 baş qoyun, 40 ədəd keçi, 6 baş inək və 30 ton arpa əldə etmişlər. Bundan başqa atası ona verdiyi 1 baş inək artıb 8 baş inək olmuş, həmin heyvanların 6 başını Cavabdeh2 sataraq mənimsəmişdir. Mərhum həyat yoldaşı X4 qalmış əmlakı ona qaytarmırlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi-vəkili, eyni zamanda digər Cavabdeh1 Mehdi qızının vəkili Məmmədov Fərhad Möhübbət oğlu iddia tələbinin tamamilə əsassız olduğunu bildirərək məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Kövər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxxxx 2003-cü il tarixdə verilmiş İİ-AZ 047022 №li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X2 arasında bağlanmış nikah 2003-cü ilin avqust ayının 01-ci günündə Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Kövər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin akt qeydləri kitabında 10 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Nəbiyev, arvada isə Nəbiyeva soyadı verilmişdir. İş materiallarında olan Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Kövər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxxxx 2011-ci il tarixdə verilmiş AZ-İ 471787 №li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxx 2011-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşləri Nazirliyi Baş Dövlət X13 xx.xx.2020-ci il tarixli, 0xx-xx/2092 №li məktubdan görünür ki, X5 adında kompyuter bazasında olan məlumata əsasən heç bir nəqliyyat vasitəsi qeydiyyatda yoxdur. İddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddədə göstərilən “varlanmışşəxs” və“mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görəəsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmışəsasa söykənir (maddə 1091.2). Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddiasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşıpul vəəmlak tələbinə dair iddiası təmin oluna bilməz. Göstərilənlərə əsasən və Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul və əmlak tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar