Məhkəmə qərarları › İş №2(039)-512/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-512/2022

26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-512/2022 26.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 ızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcla əlaqədar pul tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən istehlak etdiyi elektrik enerjisinə görə yaratmış olduğu 1,060.79 manat borc və ödənilmiş 40.82 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır, istehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. Cavabdeh elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Yevlax EŞ-nin “Proqram bazasında **********00124 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla elektrik enerjisindən yaşadığı evə quraşdırılmış ÜG6807 tipli, zavod nömrəsi ********** olan elektrik hesablama sayğacı vasitəsi ilə xx.xx.2011-ci il tarixdən istifadə edir. Tərəflər arasında “Elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “enerjitəchizatı müəssisəsi istehlakçını (məişət abonenti) keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edir, abonent isə istehlak edilmiş elektrik enerjisinin dəyərini yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğacının göstəricilərinə əsasən ona təqdim edilmiş “Bildiriş-Xəbərdarlığ”a uyğun olaraq ödəyir. Elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. Cavabdeh elektrik enerjisindən istifadəyə görə xx.xx.2015-ci il tarixinə 990.21 manat debitor borcu olmuşdur. Həmin tarixdən xx.xx.2021ci il tarixinə kimi Cavabdeh yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğaclarının enerji sərfiyyatı göstəricilərinə əsasən dəyəri 5002,68 (beş min iki manat 68 qəpik) manat təşkil edən 72536 kvt saat miqdarında elektrik enerjisi istehlak etmişdir. xx.xx.2016-cı il tarixində "xxxx"ASC tərəfindən məcburi köçkünlərin elektrik enerjisindən istifadəyə görə yaratmış olduqları debitor borclar birtərəfli qaydada silinmişdir. İddiaçı Cavabdeh həmin tarixə yaratmış olduğu 1,187.40 manat borc onun istehlakçı kodu üzrə hesabından silinmişdir. Buna baxmayaraq cavabdehin xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi elektrik enerjisindən ayrılmış limitdən (4 nəfər üçün 84 manat) artıq istifadə etdiyinə görə xx.xx.2022-ci il tarixə 1,060.79 manat məbləğində debitor borc yaratmışdır. Cavabdeh "xxxx" ASC-yə 1,060.79 manat məbləğində ziyan vurmuşdur. Tərəflərin izahatları: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Mahir Məmmədov iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iclasda iştirak etməmiş, səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutlar: 05 yanvar 2021-ci il tarixli 170920 saylı müqavilənin surətindən müəyyən olunur ki, Yevlax EŞ-nin “Proqram bazası”nda **********00124 saylı istehlakçı kodu ilə abonent Cavabdehun məskunlaşdığı Yevlax rayonu, Meyvəli kəndində yerləşən evin elektrik enerjisi ilə təmin edilməsi öhdəliyini üzərinə götürmüşdür. **********00124 saylı Abunə haqqında məlumatdan müəyyən olunur ki, qeyd edilən ünvanda Cavabdeh məskunlaşdığı ev elektrik enerjisi ilə təmin edilmiş, sayğac üzrə hesablanmış 31 dekabr 2016-cı il tarixə borc silinmiş, 11 yanvar 2022-ci il tarixə kimi 1,060.79 manat borc yaranmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”: Bənd 1.2. bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Bənd 8.4. “Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır”. Bənd 9.10. İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 567 Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 36.11. İcra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin yaşadığı Yevlax rayonu Meyvəli kəndində yerləşən yaşayış sahəsi elektrik enerjisi ilə "xxxx" ASC tərəfindən təmin olunmuşdur, cavabdeh isə 2016-cı ildən istifadə etdiyi elektrik enerjisinin haqqını tam olaraq ödəməmiş və nəticədə 1,060.79 manat məbləğində debitor borcu yaranmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1,060.79 manat məbləğində borc və 40.82 manat ödənilmiş dövlət rüsumunun əvəzi "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360 maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh 1,060.79 manat yaranmış borc və 40.82 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 1,101 (bir min bir yüz bir) manat 61 (altmış bir) qəpik "xxxx" ASCnin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar