Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-524/2023 06.03.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «sənədin şəxslərə məxsus olması faktının müəyyən edilməsi» haqqında mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «sənədin şəxslərə məxsus olması faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, JN-405 kod 90108018 torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 ərizəni müdafiə edərək izah etdi ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 24 avqust 1998-ci il tarixli 424 saylı qərarı ilə onlara və ailə üzvlərinə Yevlax rayonu, Malbinəsi kəndi ərazisində 2.93 hektar torpaq sahəsi verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-405 saylı 90108018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 2.93 hektar torpaq sahəsi onların mülkiyyətinə verilmişdir. Torpağa mülkiyyət hüququna dair dövlət aktında onun soyadı səhv olaraq Əlizadə, qardaşı Röyalı isə adı səhvən Rövşən kimi qeyd edilmişdir. Hazırda Yevlax rayonu, Malbinəsi kəndində yerləşən 2.93 hektar torpaq sahəsinə dair Dövlət Reyestrindən çıxarışın alınması tələbi ilə DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin Torpağa Mülkiyyət hüququna dair dövlət aktında olan uyğunsuzluqla bağlı ərizənin icrasının mümkün olmadığı barədə onlara bildiriş göndərilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsindən verilmiş 05 dekabr 2022-ci il tarixli, **********66 saylı məktubdan görünür ki, Ərizəçi1 JN-405 KOD 90108018 saylı şəhadətnamədə düzəlişin edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən torpağa mülkiyyət hüququna dair JN-405 KOD 90108018 saylı dövlət aktından məlum olur ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 24 avqust 1998-ci il tarixli 424 saylı qərarı ilə X10, X2, X7 və X4 2.93 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Malbinəsi kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinin 20 dekabr 2022-ci il tarixli 844 saylı arayışından məlum olur ki, torpağa mülkiyyət hüququna dair JN-405 kod 90108018 saylı Dövlət aktında X11 Ərizəçi1 və X1 Röyal İlqar oğlu kimi oxunmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinin tələbinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.1 və 307.2.11-ci maddələrinin tələbinə görə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə həmin şəxsə məxsus olması faktını müəyyən edir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanununun 9 və 10-cu maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il tarixli 534 №-li Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Məhkəmə iclasında təkzib edilməz sübutlarla müəyyən edilir ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 24 avqust 1998-ci il tarixli, 424 saylı qərarı əsasında ərizəçilərə və onların ailə üzvlərinə 2.93 hektar torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-405 KOD 90108018 saylı dövlət aktında texniki səhvə yol verilmiş ərizəçilər Ərizəçi1 və Ərizəçi2 adı səhv qeyd edilmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçilərin və ailə üzvlərinin adına verilmiş Yevlax rayon Aqrar İslahat Komissiyası tərəfindən tərtib edilmiş JN-405 KOD 90108018 saylı torpağa mülkiyyətə hüququna dair dövlət aktının xx xxxxxxxx 1992-ci il tarixdə anadan olmuş Yevlax rayonu, Malbinəsi kəndində qeydiyyatda olan Ərizəçi1 və 05 dekabr 1993-cü il tarixdə Yevlax rayonu, Malbinəsi kəndində anadan olmuş Ərizəçi2 məxsusluğu faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 312-316 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçilərin və ailə üzvlərinin adına verilmiş Yevlax rayon Aqrar İslahat Komissiyası tərəfindən tərtib edilmiş JN-405 KOD 90108018 saylı torpağa mülkiyyətə hüququna dair dövlət aktının xx xxxxxxxx 1992-ci il tarixdə anadan olmuş Yevlax rayonu, Malbinəsi kəndində qeydiyyatda olan Ərizəçi1 və 05 dekabr 1993-cü il tarixdə Yevlax rayonu, Malbinəsi kəndində anadan olmuş Ərizəçi2 məxsusluğu faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Yevlax Rayon Məhkəməsi vasitəsilə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-524/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-524/2023
06.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver