Məhkəmə qərarları › İş №2(039)-526/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-526/2023

20.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-526/2023 20.02.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» haqqında mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 03 oktyabr 1998-ci il tarixli 18 nömrəli qərarı ilə JN-159 kod 90314028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 1-ci adlı siyahısında X1 adına verilmiş 0.43 ha torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edən sənədin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah etdi ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 03 oktyabr 1998-ci il tarixli 18 saylı qərarı ilə ona Ağdaş rayonu, Kotanarx kəndi ərazisində 0.43 hektar torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında onun adı səhv olaraq Nurizə kimi qeyd edilmişdir. Hazırda Ağdaş rayonu, Kotanarx kəndində yerləşən 0.43 hektar torpaq sahəsinə dair Dövlət Reyestrindən çıxarışın alınması tələbi ilə DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin torpağa mülkiyyətə hüququna dair Dövlət aktında olan uyğunsuzluqla bağlı ərizənin icrasının mümkün olmadığı barədə ona bildiriş göndərilmişdir. Qeyd edilən faktın başqa formada bərpası mümkün olmadığından ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsindən verilmiş 19 sentyabr 2022-ci il tarixli, **********92 saylı məktubdan görünür ki, Ərizəçi JN-159 saylı dövlət aktında düzəlişin edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən torpağa mülkiyyət hüququna dair JN-159 KOD 90314028 saylı dövlət aktının surətindən məlum olur ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 03 oktyabr 1998-ci il tarixli 18 saylı qərarı ilə X2 0.43 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 27 noyabr 1965-ci il tarixli AZ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X3 14 fevral 1965-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 02 iyun 2005-ci il tarixli AZ-l 139070 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, X4 ilə X3 02 iyun 2005-ci il tarixdə evlənmişlər. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinin tələbinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.1 və 307.2.11-ci maddələrinin tələbinə görə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə həmin şəxsə məxsus olması faktını müəyyən edir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanununun 9 və 10-cu maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il tarixli 534 №-li Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Məhkəmə iclasında təkzib edilməz sübutlarla müəyyən edilir ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 03 oktyabr 1998-ci il tarixli, 18 saylı qərarı əsasında ərizəçiyə 0.43 hektar torpaq sahəsi verilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-159 KOD 90314028 saylı dövlət aktında texniki səhvə yol verilmiş Ərizəçi adı Nurizə kimi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X1 adına verilmiş Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən tərtib edilmiş JN-159 KOD 90314028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının xx xxxxxx 1965-ci il tarixdə anadan olmuş, Ərizəçi məxsusluğu faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 312-316 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi X1 adına verilmiş Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən tərtib edilmiş JN-159 KOD 90314028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının xx xxxxxx 1965-ci il tarixdə anadan olmuş Ərizəçi məxsusluğu faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Yevlax Rayon Məhkəməsi vasitəsilə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar