Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-539/2022 23.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili X2 Cavabdehlər X4, Cavabdeh2 Şiralı oğlunun və Cavabdeh3 Şiralı oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər X5, Cavabdeh2 Şiralı oğluna və Cavabdeh3 Şiralı oğluna qarşı «gediş-gəliş yolunun açılması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X5, Cavabdeh2 Şiralı oğluna və Cavabdeh3 Şiralı oğluna qarşı «gediş-gəliş yolunun açılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayon Kövər kəndində yerləşən hüquqların Dövlət qeydiyyatına dair Daşınmaz Əmlakın Dövlət reyestrindən ******* nömrəli RX seriyalı ********** qeydiyyat nömrəli, 22 iyun 2016-cı il tarixli fərdi yaşayış məhəlləsi kimi nəzərdə tutulan, 0.2969 ha torpaq sahəsinin giriş-çıxış qapısının əhali və nəqliyyat üçün nəzərdə tutulan hissəsinin dəmir setka vasitəsi ilə bağlanması, yol üzərində qanunsuz tikinti aparılması və ot tayalarının yerləşdirilməsi və giriş-çıxışın məhdudlaşdırılması ilə əlaqədar edilmiş özbaşınalığın və süni maneələrin cavabdehlər tərəfindən aradan qaldırılmasına, o cümlədən cavabdehlər tərəfindən giriş qapısına gedən yeganə əhali və nəqliyyat üçün nəzərdə tutulan yolun dəmir qapısına istiqamətdə 4 metr eni 60 metr uzunluğu gedən yolun yeganə giriş hissəsinin qanunsuz setkalanması ilə əlaqədar dəmir setkanın dərhal sökülməsi, giriş-çıxış yolunun üzərində olan ot tayasının götürülməsi və yol üzərində tikilmiş qanunsuz tikilinin sökülməsi və hüquqi yardıma görə ödədiyi 400 manat məbləğində pulun və 100 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X6 iddia tələbini müdafiə edərək izah etdi ki, Yevlax rayonu, Kövər kəndində iddiaçının mülkiyyətində olan torpaq sahəsi vardır. Torpağa gedişgəliş yolu cavabdehlər tərəfindən bağlanmışdır. Belə ki, iddiaçı öz həyətinə girmək üçün dəmir tor, ot tayası və sair maneələrlə qarşılaşır. İddiaçı cavabdehlərdən maneələrə son qoyulmasını tələb etsə də, cavabdehlər öz qanunsuz hərəkətlərini davam etdirillər. İddiaçı nümayəndəsi və vəkili X6 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X7 məhkəmə iclasında izah etdi ki, iddiaçı onun qardaşıdır. Taxtadan olan qapının, dəmir torun və ot tayasının götürülməsinə etiraz etmir. Başqa iddiaçıya heç bir maneəçilikləri dəymir. Cavabdeh2 Şiralı oğlu məhkəmə iclasında izah etdi ki, taxtadan olan qapının, dəmir torun və ot tayasının götürülməsinə etiraz etmir. Onun tərəfindən iddiaçıya hər hansı bir maneə yoxdur. Cavabdeh3 Şiralı oğlu məhkəmə iclasında izah etdi ki, taxtadan olan qapının, dəmir torun və ot tayasının götürülməsinə etiraz etmir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 06 dekabr 2021-ci il tarixli qəbzdən məlum olur ki, İddiaçı Yevlax şəhər Vəkil bürosuna 400 manat rüsum ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 06 dekabr 2021-ci il tarixli qəbzdən məlum olur ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nən Kövər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 03 dekabr 2021-ci il tarixli 738 saylı arayışından məlum olur ki, İddiaçı Yevlax rayonu, Kövər kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin **********0 saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən çıxarışıdan məlum olur ki, İddiaçı Yevlax rayonu, Kövər kəndi ərazisində mülkiyyətində 0.2969 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən «X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi» MMC-nin 25 aprel 2022-ci il tarixli M/08 saylı rəyindən görünür ki, Yevlax rayonu, Kövər kəndində yerləşən İddiaçı RX seriyalı ******* nömrəli çıxarışla xüsusi mülkiyyətində olan 0.2969 ha torpaq sahəsinə mübahisəli ərazidən gələn yolda dəmir tor və taxta qapı qoyulmuşdur. Mübahisəli yolun girişində dəmir tor və taxta qapı qoyulmuşdur. Naturada mövcud mübahisəli yolun cənub qərb istiqamətində yarım tiliki və şimal istiqamətində xırda buynuzlu mal qaranın saxlanılması üçün nəzərdə tutulmuş tikili mövcuddur. Naturada mövcud tikililər iddiaçının mülkiyyətində olan torpaq sahəsinə mövcud gediş-gəliş yolunun üzərində inşa edilmişdir. Ot tayası kiçik qabaritli maşınların gediş-gəlişinə maneə yaratmır, lakin iri qabaritli maşınların gediş-gəlişinə maneə yarada bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin maddənin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüququ və vəzifələrinindən əlavə, bir-birinə hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşusunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Yevlax rayonu, Kövər kəndi ərazisində 0.2969 hektar torpaq sahəsi verilmişdir. İddiaçı cavabdehlərə qarşı torpaq sahəsinə gedən yolun açılması tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən iş üzrə mütəxəssis rəyi alınmışdır. Mütəxəssis rəyində Yevlax rayonu, Kövər kəndində yerləşən İddiaçı RX seriyalı ******* nömrəli çıxarışla xüsusi mülkiyyətində olan 0.2969 ha torpaq sahəsinə mübahisəli ərazidən gələn yolda dəmir tor və taxta qapı qoyulmuşdur. Mübahisəli yolun girişində dəmir tor və taxta qapı qoyulmuşdur. Naturada mövcud mübahisəli yolun cənub qərb istiqamətində yarım tiliki və şimal istiqamətində xırda buynuzlu mal qaranın saxlanılması üçün nəzərdə tutulmuş tikili mövcuddur. Naturada mövcud tikililər iddiaçının mülkiyyətində olan torpaq sahəsinə mövcud gediş-gəliş yolunun üzərində inşa edilmişdir. Ot tayası kiçik qabaritli maşınların gediş-gəlişinə maneə yaratmır, lakin iri qabaritli maşınların gediş-gəlişinə maneə yarada bilər. Ona görə də məhkəmə hesab edir ki, Yevlax rayonu, Kövər kəndində yerləşən İddiaçı RX seriyalı ******* nömrəli çıxarışla xüsusi mülkiyyətində olan 0.2969 ha torpaq sahəsinə gediş-gəliş yolunun üzərində cavabdehlər tərəfindən qoyulmuş taxta qapı, dəmir tor və ot tayası götürülməlidir. Cavabdehlərdən 400 manat hüquqi yardım üçün ödənilmiş pul və 100 manat dövlət rüsumu tutularaq iddiaçıya verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Yevlax rayonu, Kövər kəndində yerləşən İddiaçı RX seriyalı ******* nömrəli çıxarışla xüsusi mülkiyyətində olan 0.2969 ha torpaq sahəsinə gediş-gəliş yolunun üzərində cavabdehlər X7, Cavabdeh2 Şiralı oğlu və Cavabdeh3 Şiralı oğlu tərəfindən qoyulmuş taxta qapı, dəmir tor və ot tayası götürülsün. Cavabdehlər X3, Cavabdeh2 Şiralı oğlundan və Cavabdeh3 Şiralı oğlundan 400 manat hüquqi yardım üçün ödənilmiş pul və 100 manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-539/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-539/2022
23.05.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver