Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-550/2023 17.02.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsini maraqlı şəxs qismində qeyd etməklə, ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək Yevlax rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1998-ci il tarixli 32 saylı qərarı ilə verilmiş, JN-110A kod 90107018 saylı və JN-110B Kod 90107018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə adı, soyadı ailə üzüvləri qrafasında adları qeyd edilmiş valideynlərinin atası X7 və anası X15, onların şəxsiyyəti təsdiq edən sənədlərində, ölüm şəhadətnamələrində, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatda olan sənədlərdəki adlarına atasının X37, anasının X12 məxsusluğu faktının, həmçinin onun şəxsiyyət vəsiqəsinin atasının adı qrafasında Abdulxalıq oğlu qeydinin, doğum haqqında şəhadətnaməsinin ata adı qrafasında qeydə alınmış Abduxalıq oğlu olması adına məxsusluğu faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, sonradan məhkəmə hazırlıq iclası zamanı iddia həcminin artırılması tələbinə dair Yevlax rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1998-ci il tarixli 32 saylı qərarı ilə verilmiş, JN-110A kod 90107018 saylı və JN-110B Kod 90107018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adı soyadı ailə üzvləri qrafasında adı qeyd edilən X8 şəxsiyyətini təsdiq edən sənədini (Səlimova) X16 məxsusluğu faktının da digər tələblərlə birgə baxaraq tələbin təmin edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin valideynlərinin adları X36 Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin sənədlərində əsassız olaraq düzgün yazılmamışdır. Eyni ilə bu səhlənkarlıq səbəbindən onun şəxsiyyət vəsiqəsində ata adı rəsmi Yevlax rayon Qeydiyyat şöbəsinin sənədlərində olduğu kimi deyil, səhv yazılmışdır. Torpağın mülkiyyətə verilməsinə dair JN-110A kod 90107018 saylı və JN-110B Kod 90107018 saylı şəhadətnamədə mülkiyyətçilər onun atası X25 və X5 qeyd edilən halda yəni, şəxsiyyət vəsiqəsində və ölüm haqqında şəhadətnamədə nikah qeyd haqqında şəhadətnamədə olduğu kimi qeydə alınmamışdır. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə valideynlərinin adları X25 və X6 reyestirdən qeydiyyatdan keçmişlər. Mərhum valideynlərinin şəxsiyyət vəsiqəsi, ölüm haqqında, nikah haqqında şəhadətnamələrində adları atası X2, anası isə X1 qeydə alınmışdır. Bu hər iki adlar valideynlərinin Yevlax rayon Qeydiyyat Şöbəsində keçmiş rəsmi adlarıdır. Lakin sözügedən torpaqla bağlı sənəddə ata adı Abduxalıq olduğu halda Abdulxalıq kimi yazılmış, ana adı Səyyarə olduğu halda Səhra adı kimi yazılmışdır. Bundan başqa ata adının düzgün yazılmaması səbəbindən onun şəxsiyyət vəsiqəsində ata adı Abdulxalıq kimi qeyd edilmişdir. Halbuki, onun doğum şəhadətnaməsində ata adı Abduxalıq kimi qeydiyyatdan keçmişdir. Bütün bunlar onun hüquqlarını pozur. O, adları qeyd edilən şəxslərin övladıdır. X69 (Səhra) Mustafa qızı xx.xx.2016-cı il tarixində vəfat etmiş və atası X37 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Onlardan qalan əmlakı o, qəbul etmiş, həmin mirasda o, yaşayır. Qeyd olunan adların zamanında düzgün yazılması səbəbindən o, valideynlərindən qalan miras əmlakının sənədləşdirilməsində çətinlik çəkir. Bu səbəbdəndə torpağın mülkiyyətə verilməsinə dair JN-110A kod 90107018 saylı və JN-110B Kod 90107018 saylı şəhadətnamələrdə qeyd olunan X13 və X15 adlarının Yevlax Rayon Qeydiyyat şöbəsinin sənədlərində və onların ölüm haqqında şəhadətnamələrində, hasbelə şəxsiyyətini müəyyən edən sənədlərdə olduğu kimi qərara alınmasını bu sənədlərin X17 və X12 məxsusluğu müəyyən edilməsini, habelə Yevlax rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1998-ci il tarixli 32 saylı qərarı ilə verilmiş, JN-110A kod 90107018 saylı və JN-110B Kod 90107018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adı soyadı ailə üzvləri qrafasında adı qeyd edilən X27 onun bacısıdır və onun adıda həmin sənəddə düzgün yazılmamışdır, beləki, bacısının adı onun şəxsiyyətini təsdiq edən sənədində (Səlimova) X3 qeyd olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Belə ki, Yevlax rayonu Qaramanlı sovetliyi tərəfindən xx.xx.1975-ci il tarixdə verilmiş İİİ-ЖГ seriyalı 407119 №-li doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi Abduxalıq oğlu xx.xx.1975-ci il tarixdə Yevlax şəhərində anadan olmuşdur; atası-X37, anası- X18r. Ərizəçi məxsus AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı “Səlimov”, adı “Qismət”, atasının adı “Abdulxalıq”, doğulduğu tarix isə “xx.xx.1975”, göstərilmişdir. Yevlax rayonu, Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı 279933 №-li ölüm haqqında şəhatdətnamədən görünür ki, X37 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir; Yevlax rayonu, Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı 782838 №-li ölüm haqqında şəhatdətnamədən görünür ki, X26 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir; Yevlax rayonu, Qaraməmmədli kənd sovetliyi tərəfindən xx.xx.1968-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X37 ilə X39 arasında bağlanmış nikah 1968-ci ilin iyun ayının 27-ci günündə Yevlax rayonu, Qaraməmmədli kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin akt qeydləri kitabında 07 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Səlimov, arvada isə Səlimova soyadı verilmişdir. Yevlax rayon Qeydiyyat Şöbəsinin 05/09/S/032575-22 №-li, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2016-cı ilədək daxil edilmiş bütün vətandaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir. xx.xx.1940-ci il təvəllüdlü X40, əri xx.xx.1937-ci il təvəllüdlü X37, oğlu xx.xx.1964-cü il təvəllüdlü X50, qızı xx.xx.1966-cı il təvəllüdlü X41, qızı xx.xx.1968-ci il təvəllüdlü X19, qızı 22.10. 1972-ci il təvəllüdlü X20, oğlu xx.xx.1975-ci il təvəllüdlü Ərizəçi və qızı xx.xx.1982-ci il təvəllüdlü X42. JN-110A KOD 90107018 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, X9, X28, X4, X10, X14, X29, X30, X21, X31, X32, X33, X22, X23, X34, X24, X56 və X35 Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 32 saylı qərarı ilə Yevlax rayonu Qaramanlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı 0,17 ha torpaq sahəsi verilmişdir. JN-110B KOD 90107018 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, X9, X28, X4, X10, X14, X29, X30, X21, X31, X32, X33, X22, X23, X34, X24, X56 və X35 Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 32 saylı qərarı ilə Yevlax rayonu Qaramanlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı 0,13 ha torpaq sahəsi verilmişdir. DƏDRX-in 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-110A №-li torpağın mülkiyyət hüququna dair dövlət aktında hər hansı bir düzəlişin və ya dəyişikliyin edilməsi DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Qaramanlı kəndində yerləşən 3,3970 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X11 adına ümumi birgə mülkiyyət kimi qeydə alınmışdır. Qeyd olunanlara əsasən müəyyən edilir ki, ərizəçinin, JN-110A KOD 90107018 №-li və JN-110B KOD 90107018 №-li “torpağa mülkiyyət hüququna dair şəhadətnamələr”də göstərilmiş “adları və ata adı” ilə ölüm haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqəsində göstərilən “adları və ata adı ” düz gəlmir, şəhadətnamlərdə “X37, X26 və (Səlimova) X38” əvəzinə “X25, X43 və X27” yazılmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X45, X50 və X51 ifadəsində bildirmişdir ki, ərizəçi onların həmkəndlisidir. Ərizəçinin məhrum atasının X37, mərhum anasının isə X26 və bacısının X38 olduğunu bildirmişdirlər. Məhkəmə, mövcud mübahisəninin həlli ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Qeyd olunan prosessual hüquq normalarının tələblərindən çıxış edən məhkəmə hesab edir ki, JN-110A KOD 90107018 №-li və JN-110B KOD 90107018 №-li “torpağa mülkiyyət hüququna” dair dövlət aktlarında göstərilən “X25” AZ-İ seriyalı, 279933 №-li ölüm haqqında şəhadətnamədə göstərilən “X37” ilə eyni şəxsdir, “X44” AZ-İ seriyalı, 782838 №-li ölüm haqqında şəhadətnamədə göstərilən “X26” ilə eyni şəxsdir və “X27” AA seriyalı, ******* №-li şəxsiyyət vəsiqəsində göstərilən “X38” ilə eyni şəxsdir ərizəçi həmin dövlət aktlarının ona məxsus olması faktının müəyyən edilməsini tələb etməkdə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. JN-110A KOD 90107018 №-li və JN-110B KOD 90107018 №-li “torpağa mülkiyyət hüququna” dair dövlət aktlarında göstərilən “X25” AZ-İ seriyalı, 279933 №-li ölüm haqqında şəhadətnamədə göstərilən “X37” ilə eyni şəxsdir, “X44” AZ-İ seriyalı, 782838 №li ölüm haqqında şəhadətnamədə göstərilən “X26” ilə eyni şəxsdir və “X27” AA seriyalı, ******* №-li şəxsiyyət vəsiqəsində göstərilən “X38” ilə eyni şəxsdir həmin dövlət aktlarının ona məxsus olması faktının müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-550/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-550/2023
17.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver