Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-563/2025 21.06.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X23, İddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh, eyni zamanda cavabdeh X3 nümayəndəsi Cavabdeh2, Üçüncü şəxs X4, onun vəkili X5, Üçüncü şəxs X11, Üçüncü şəxs, eyni zamanda üçüncü şəxs X16 nümayəndəsi X8 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı miras əmlakda payların müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı miras əmlakda payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, iddaçılardan İddiaçı1 xx xxxx 1966cı il tarixdə, İddiaçı2 isə xx xxxxxx 1977-ci ildə Yevlax şəhərində doğulmuşlar. X24 onların anası olmuş və 02 fevral 1937-ci ildə Yevlaax rayonunun Səmədabad kəndində anadan olmuşdur. O mərhum atları (iddiaçıların) ilə birlikdə ünvan 1 ünvanında yaşamışdır. X24 11 may 2020-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra mənzildən onlar (iddiaçılar) istifadə etmişlər. Sonuncu dəfə bir neçə ay əvvəl valideynlərinin vəfatının ildönümü ilə əlaqədar ehsan vermək üçün həmin ünvana gəldikdə qapının bağlı olduğunu görmüşlər və sözügedən evdən istifadə edə bilməmişlər. Bundan sonra bəzi cavabdehlərlə aralarında mübahisə yaranmış və bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Bundan əlavə bildirirlər ki, onlar heç bir zaman ünvan 1 ünvanı ilə əlaqədar mübahisələri olmamış və onlar hamısı oradan istifadə etməklə əmlakı idarə etmişlər. Sözügedən ev onların istifadəsində olmuş və onlar tərəfindən idarə olunmuşdur. Lakin son bir neçə ayda baş verənlər onları məhkəməyə müraciət etməyə məcbur etmişdir. İddiaçılar tələbin hüquqi əəsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1, 1133, 1159.1.1, 1193-cü maddələrinə istinad edərək, Ykvlax şəhəri R.İbrahimov küçəsi 2 saylı ünvanda yerləşən fərdi yaşayış evi üzərində vərəsəlik hüququnun tanınmasına, mirasdan hər birinin payının 1/8 hissə ilə pay hüququnun müəyyən edilməsinə və bu barədə vərəsəlik hüququ haqqınla şəhadətnamənin verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 ərizə verərək, mərhum X6 miras qalmış ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində hər birinin 1/8 hissədə paylarının müəyyən edilməsinə dair qətnamə çıçxarılmasını xahiş etmişdirlər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər Yevlax rayon 1 saylı Notariat Ofisinin nümayəndəsi, X25, X17 və X18 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə gəlməyən şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, 1966-cı il tarixdə ünvan 2 ünvanda doğulmuşdur. Özü 1984-cü ildə ailə qurmuş və həmin ünvandan köçüb getmişdir. X2 2020-ci ilin may ayında ölmüş və ondan hazırkı əmlak miras qalmışdır. Anasının sağlığında həmin evə gəlib-getmiş və anasına baxmışdır. Anası vəfat edəndən sonra yasını o və bacı-qardaşları vermişdir. Üçüncü şəxs Nəzakət İbrahimov onun mərhum X43un arvadıdır. X43 anasından 11 ay əvvəl Rusiya Federasiyasında vəfat etmişdir. Qeyd edilənlərin nəzərə alanarıq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, 1977-ci ildə ünvan 3 ünvanda doğulmuşdur. Bir müddət Rusiya Federasiyasında yaşadıqdan sonra təkrarən qayıdaraq doğulduğu ünvanda yaşamışdır. Özünə məxsus evdə isə 2015-ci ildən yaşamağa başlamışdır. Anası vəfat edən vaxt mərhum anasının evində qardaşı Fazilin arvadı və uşaqları yaşamışdır. Qardaşı Fazil mərhum anasından əvvəl vəfat etmişdir. Anasının yasını o və digər bacı və qardaşları vermişdir. Anasının vəfatından sonra da miras qalmış evə gedib-gəlmiş, həyətə və ağaclara qulluq etmiş və meyvəsindən bəhrələnmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmn edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4 iddianı etiraf edərək, iddianın təmn edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh, eyni zamanda cavbadeh Cavabdeh4 nümayəndəsi Cavabdeh1 iddianı etiraf edərək, verdiyi izahatında göstərmişdir ki, 1953-cü ildə doğulmuşdur. Həmin vaxt valideynlərinin evi olmamışdır. Daha sonra mübahisəli ev inşa edilmiş və həmin evə köçmüşlər. 1977-ci ildə ailə qurmuş və həmin evdən çıxmışdır. Bir müddət sonra Rusiya Federasiyasında yaşadıqdan sonra Azərbaycana qayıtmışdır. Anasının vəfatından sonra həmin evə gedib-gəlmişlər. Hesab edir ki, həmin miras əmlakda onun da payı vardır. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmn edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh, eyni zamanda cavabdeh X3 nümayəndəsi Cavabdeh2 iddianı etiraf edərək, verdiyi izahatında göstərmişdir ki, 1969-cu ildə ünvan 2 ünvanda doğulmuşdur. Həmin evdən 1994-cü ildə ailə quraraq çıxmışdır. Mərhum anası vəfat edən vaxt mübahisəli evdə Nəzakət İbrahimova yaşamışdır. Nəzakət İbrahimova mərhum qardaşı Fazilin arvadı olmuşdur. Mərhum qardaşı anasının ölümündən 11 ay əvvəl Rusiya Federasiyasında vəfat etmişdir. Anasının ölümündən sonra Nəzakət İbrahimova həmn evə gedib-gəlməyinə imkan verməmişdir. Hesab edir ki, həmin miras əmlakda onun da payı vardır. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmn edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh5 iddianı etiraf edərək, verdiyi izahatanıda göstərmişdir ki, 1996-cı ildə ailə qurub mübahisəli evdən çıxmış və hazırda Ağdaş rayonunda yaşayır. Anasının ölümündən sonra həmin evə dəfələrlə getsə də, evin qapısı bağlı olmuşdur. Hesab edir ki, miras əmlakda onun da payı vardır. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X12 iddianı əsassız hesab edərək, verdiyi izahatında göstərmişdir ki, mərhum qaynX2nın ölümündən sonra ondan qalmış miras əmlakı iddiaçılar qəbul etməmişlər. Həmin evdə o və ailə üzvləri yaşamış və həmn evdən istifadə etmişlər. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın əsassız olduğundan təmn edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X27 iddianı əsassız hesab edərək, X4 izahatına uyğun izahat vermiş və iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X26 iddianı əsassız hesab edərək, X4 izahatına uyğun izahat vermiş və iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, X28 ilə X33 18 iyul 1957-ci ildə nikahlarını bağlamışlar və arvada İbrahimova soyadı verilmişdir. İşdə olan Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx xxxx 1966-cı ildə doğulmuşdur, atası X28, X2dır. İşdə olan Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx xxxxxx 1977-ci ildə doğulmuşdur, atası X28, X2dır. İşdə olan Yevlax rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx xxxxxxxx 1953-cü ildə doğulmuşdur, atası X28, X2dır. İşdə olan Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X19 xx xxxxx 1969-cu ildə doğulmuşdur, atası X28, X2dır. İşdə olan Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1963-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X29 18 dekabr 1962-ci ildə doğulmuşdur, atası X28, X2dır. İşdə olan Yevlax şəhər VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1973-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx xxxxxx 1972-ci ildə doğulmuşdur, atası X28, X2dır. İşdə olan Yevlax şəhər VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 26 may 1991-ci ildə doğulmuşdur, atası X29, anası X7r. İşdə olan Yevlax şəhər VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X34 08 iyul 1992-ci ildə doğulmuşdur, atası X29, anası X7r. İşdə olan Yevlax şəhər VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X30 ilə X10 12 dekabr 1989-cu ildə nikahlarını bağlamışlar və arvada İbrahimova soyadı verilmişdir. İşdə olan Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 11 may 2020-ci ildə ölmüşdür. İşdə olan Yevlax rayon VVADQ Şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 18 fevral 2008-ci ildə ölmüşdür. İşdə olan Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X29 22 iyun 2018-ci ildə ölmüşdür. İşdə olan Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 02 oktyabr 1975-ci ildə ölmüşdür. İşdə olan Yevlax şəhər VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X31 18 yanvar 1993-cü ildə ölmüşdür. İşdə olan Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 18 sentyabr 1978-ci ildə ölmüşdür. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli (********** qeydiyyat nömrəli) çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və fərdi yaşayış evi X9 mülkiyyətində olmuşdur.məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İşdə olan Yevlax rayon 1 saylı Notariat Ofisi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 11 may 2020-ci ildə ölmüş X6 miras qalmış əmlakın bölüşürülməsi ilə əlaqədar vərəsələr arasında mübahisə olduğundan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamış v Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əssən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-cü maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1269-cu maddəsinə əsasən vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, mirasdan imtina edilməsinə bu Məcəllənin 1256-cı maddəsində müəyyənləşdirilən müddət ərzində yol verilir. Məhkəmə iclasında üçüncü şəxslər iddiaçılar tərəfindən qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasın qəbul edilmədiyini göstərsələr də, həmin hal məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, hər iki iddiaçı məhkəmə iclasında analarının ölümündən sonra mübahisəli evdə mərhum analarının yasını verdiklərini, İddiaçı2 isə mərhum anasından miras qalmış torpaq sahəsinə, ağaclara qulluq etdiyini, meyvəsindən bəhrələndiyini göstərmişlər və bununla da miras əmlakı faktiki idarə etməyə başlamışlar. Həmin halı təkzib edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər tərəfindən etiraf edildiyindən iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə veriməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdehlər tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyyətinə uyğundur. İddianın cavabdehər tərəfindən etiraf edilməsi qanuna zidd deyildir, həmin etiraf başqa şəxslərin, həmçinin üçüncü şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Çünki, iddiaçılar miras əmlakda hər birinin payının 1/8 hissədə olduğunu göstərməklə digər qanun üzrə vərəsələrin, eyni zamanda üçüncü şəxslərin də paylarının olduğunu qəbul edirlər. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək, ünvan 2 ünvanda yerləşən X6 miras qalmış fərdi yaşayış evində iddiaçıların hər birinin payının 1/8 hissədə müəyyən edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli (********** qeydiyyat nömrəli) çıxarışa əsasən mərhum X6 miras qalmış ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində qanun üzrə vərəsə olaraq hər birinin payı 1/8 hissədə müəyyən edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh4 və Cavabdeh5 100 (bir yüz) manat dövlət rüsumu alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-563/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-563/2025
21.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver