Məhkəmə qərarları › İş №2(039)-566/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-566/2021

03.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-566/2021 03.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı «sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi» haqqında mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı «sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, JN-099A KOD 90101002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adının Başxanım müəyyən edilməsi və həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah etdi ki, Yevlax rayon Aqrar İslahat komissiyasının xx xxxxxx 2006-cı il tarixli 10 saylı qərarı ilə onlara Yevlax şəhərində 0.05 ha həyətyanı torpaq sahəsi verilmiş və buna dair adlarına JN-099A, kod 90101002 saylı şəhadətnamə işlənmişdir. Həmin şəhadətnamədə 5-ci sıra sayında qeyd olmuşdur. Şəhadətnamədə o müvafiq olaraq X1 göstərilmişdir. Torpaq şəhadətnaməsində onun adı səhvən Rəbiyə kimi göstərilmişdir. Sənəddə olan səhvi başqa formada aradan qaldırmaq mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komtəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştrakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komtəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçilərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, **********47 saylı məktubdan görünür ki, Ərizəçi JN-099A KOD ******* saylı şəhadətnamədə düzəlişin edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə müraciət edmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2001-ci il tarixli AZ-l 009574 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, Ərizəçi xx xxxxxx 2001-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən torpağın mülkiyyətə verilməsinə dair JN-099A KOD 90101002 saylı şəhadətnamənin surətindən məlum olur ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 2006-cı il tarixli 10 saylı qərarı ilə Abbasova Şövkət Sərxan qızına, X7, X3, X8, X4 və X5 0.05 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər 3 saylı evlər komitəsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş arayışdan məlum olur ki, Ərizəçi həqiqətən Yevlax şəhəri, Rahib Məmmədov küçəsi 51 saylı evdə yaşayır. Ərizəçi adı JN-099A KOD 90101002 saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamədə səhvən Rəbiyə kimi yazılmışdır. Həmin ünvanda Rəbiyə adlı şəxs yaşamır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi xx xxxxxx 2001-cı il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinin tələbinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.1 və 307.2.11-ci maddələrinin tələbinə görə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə həmin şəxsə məxsus olması fatkını müəyyən edir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanununun 9 və 10-cu maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il tarixli 534 №-li Fərmanı ilə təsdiq edilmiş «Vətandaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Məhkəmə iclasında təkzib edilməz sübutlarla müəyyən edilir ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 2006-cı il tarixli, 10 saylı qərarı əsasında ərizəçiyə və onun ailə üzvlərinə 0.05 hektar torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-099A KOD 90101002 saylı şəhadətnamədə texniki səhvə yol verilimiş ərizəçin Ərizəçi adı Rəbiyə kimi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X2 və ailə üzvlərinin adına verilmiş Yevlax rayon Aqrar İslahat Komissiyası tərəfindən tərtib edilmiş JN-099A KOD 90101002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin xx xxxxxx 2001-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, R.Məmmədov küçəsi 51-də qeydiyyatda olan və yaşayan Ərizəçi məxsusluğu faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 312-316 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 və ailə üzvlərinin adına verilmiş Yevlax rayon Aqrar İslahat Komissiyası tərəfindən tərtib edilmiş JN-099A KOD 90101002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin xx xxxxxx 2001-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, R.Məmmədov küçəsi 51-də qeydiyyatda olan və yaşayan Ərizəçi məxsusluğu faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Yevlax Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar