Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-597/2021 22.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı1 Cavabdeh iştirakı ilə, İddiaçı1 Cavabdeh, X3, X4 və müstəqil tələblər irəli sürən üçüncü şəxs Maraqlı şəxsnə qarşı «mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və müstəqil tələblər irəli sürən üçüncü şəxs Maraqlı şəxsnə qarşı «mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 aprel 2006-cı il tarixdə vəfat etmiş atası X5 qalmış Yevlax şəhəri, H.Hacıyev küçəsi 22, mənzil 7-ə aid 1/4 hissənin miras əmlak kimi tərəflərindən qəbul edilməsi faktının müəyyən edilməsinə və vərəsəliyin açılma yerinin –Yevlax rayonu Yevlax şəhəri, H.Hacıyev küçəsi 22, mənzil 7 olmasının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 məhkəməyə ərizə ünvanlayaraq, öz iddiasından imtina etdiyini və mirasın İddiaçı1 tərəfindən qəbul edilməsini bildirmişdir. İddiaçı1 mhəkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, 30 aprel 2006-cı il tarixdə vəfat etmiş atası X5 qalmış Yevlax şəhəri H.Hacıyev küçəsi 22, mənzil 7-ə aid 1/4 hissənin miras əmlak kimi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddia tələbini müdafiə edərək izah etdi ki, mərhum atası X18 30 aprel 2006cı il tarixdə vəfat etmişdir. Mərhum atası X18 həyatda olduğu müddətdə onun qayğısına qalan və ona qullqu göstərən, eləcə də vəfatı ilə əlaqədar yas mərasimini təşkil edilməsində özü iştirak etmişdir. Atasının sağlığında da, onun ölümündnən sonra da Yevlax şəhəri, H.Hacıyev 22/7 ünvanında yaşamışdır. 06 avqust 2020-ci il taixdə atasından onlara qalmış mirasın - Yevlax şəhəri, H.Hacıyev küçəsi 22, mənzil 7-də 3/4 hissəsini qəbul edərək, həmin hissəyə çıxarış əldə etmişdir. Mənzilin 1/4 hissəsi isə hələ də mərhum atası X8 adında qalmışdır. Atası sağlığında qardaşı Sahibə mülk vermişdir. Lakin Sahib həmin mülkü satmışdır. Sahib atasının ölümündən də əvvəl miras qalmış evdən çıxmışdır. Mirasdan heç nə qəbul etməmişdir. Mirası faktiki olaraq o qəbul etmişdir. İki il öncə Sahib yaşadıqları evə gəlmişdir. Həmin gündə də aralarında mübahisələr başlamışdır. X23 xidmət mərkəzinin notariat kontorundan Yevlax şəhəri, H.Hacıyev küçəsi 22, mənzil 7-də 1/4 hissəyə vərəsəlik şəhadətnaməsi almaq istəyərkən, adı çəkilən qurumdan ona verilmiş məktubda bildirilib ki, Cavabdeh mirası faktiki qəbul etdiyinə görə miras payı açıq saxlanılır və açıq saxlanılan 1/4 hissəyə görə vərəslik haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Bu mübahisənin iddia qismində verilməsinə səbəb odur ki, cavabdeh mirasla bağlı mübahisə açmışdır. İddiaçı1 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, atası X18 2006cı ildə vəfat etmişdir. Atasının ölümündən sonra Yevlax şəhəri, H.Hacıyev küçəsində 63 kv.m. miras olaraq qalmışdır. Həmin mənzildə atasının ölümündən sonra bacısı Sevda və anası Zəhra yaşamışdır. O kirayələrdə yaşamışdır. İki il olar ki, o, həmin mənzilə köçmüşdür. Hazırda o mənzildə yaşayır. Mənzili miras kimi faktiki olaraq 2006-cı ildən bacısı Sevda qəbul edərək orada yaşamışdır. Hazırda da həmin mənzildən onu çıxarmaq istəyirlər. Cavabdeh X6 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, o da iş üzrə vərəsədir. Mirasın İddiaçı1 tərəfindən qəbul edilməsini təsdiqləyir. Mirasın İddiaçı1 verilməinə etiraz etmir. Cavabdeh X12 məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, atası X9 ona qalmış payı İddiaçı1 verir. Müstəqil tələblər irəli sürən üçüncü şəxs Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, məhkəmə iclasında iştirak etməməyini üzrlü hesan edib qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı1 və Cavabdeh izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən 05 mart 2013-cü il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı1 xx xxxxxx 1977-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, H.Hacıyev küçəsi mənzil 7-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən 13 sentyabr 2005-ci il tarixdə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı2 xx xxxxxx 1942-ci il tarixdə Yevlax rayonu, Qoyunbinəsi kəndində anadan olmuş, Yevlax şəhəri, H.Hacıyev küçəsi mənzil 7-də qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Yevlax şəhər 5 saylı Mənzil İstismar sahəsi tərəfindən 10 avqust 2020-ci il tarixli 205 saylı verilmiş arayışından məlum olur ki, İddiaçı1 Yevlax şəhəri, H.Hacıyev küçəsi mənzil 7-də yaşayır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Yevlax şəhər 5 saylı Mənzil İstismar sahəsi tərəfindən 18 sentyabr 2020-ci il tarixli 253 saylı verilmiş arayışından məlum olur ki, İddiaçı2 Yevlax şəhəri, H.Hacıyev küçəsi mənzil 7-də yaşayır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Yevlax şəhər 5 saylı Mənzil İstismar sahəsi tərəfindən 18 sentyabr 2020-ci il tarixli 252 saylı verilmiş arayışından məlum olur ki, X2 şəhəri, H.Hacıyev küçəsi 22/7 mənzilin sahibidir. Aşağıda qeyd olunan şəxslər mərhumun vəfatından öncə, sonrada həmin ünvanda yaşamayıblar: oğlu Cavabdeh; gəlini X13. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Yevlax şəhər 5 saylı Mənzil İstismar sahəsi tərəfindən 22 sentyabr 2020-ci il tarixli 260 saylı verilmiş arayışından məlum olur ki, İddiaçı1 atası mərhum X14 xəstə olduğu müddətdə baxmışdır və yas mərasimini vermişdir. İddiaçı1 mərhum atasından öncə həmin ünvanda yaşamışdır və hal-hazırda da həmin mənzildə yaşayır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 06 avqust 2020-ci il tarixli ********** saylı çıxarışının surətindən məlum olur ki, Yevlax şəhəri, Hüsü Hacıyev küçəsi ev 22, mənzil 7 3/4 hissədə İddiaçı1 və 1/4 hissədə X14 məxsusdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 06 mart 2020-ci il tarixli 675 saylı arayışından məlum olur ki, X18 30 aprel 2006cı il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X23 Xidmət Mərkəzində Notariat ofisinin 19 oktyabr 2020-ci il tarixli 1351 saylı məktubundan məlum olur ki, İddiaçı1 qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi mümkün deyil. İmtina barədə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 15 dekabr 1967-ci il tarixli AZ 093568 saylı evlənmək haqqında şəhadətnamədən məlum olur ki, İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 15 dekabr 1967-ci il tarixli AZ 093568 saylı evlənmək haqqında şəhadətnamədən məlum olur ki, X18 ilə X7 15 dekabr 1967-ci il tarixdə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 31 mart 2021-ci il tarixli 240 saylı məktubundan məlum olur ki, mərhum X18 adına Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 01.11.2005-ci il tarixli 331 nömrəli ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Ölüm haqqında akt qeydində sonuncunun yaşayış yeri Yevlax rayon H.Hacıyev küçəsi ev 22, mənzil 7 qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 31 mart 2021-ci il tarixli 240 saylı arayışından məlum olur ki, Azərbaycan Respublikası vətəndaşı 01 yanvar 1935-ci il tarixdə Yevlax rayonunda anadan olmuş Yevlax rayon H.Hacıyev küçəsi ev 22, mənzil 7-də qeydiyyatda olmuş X18 və ailə üzvlərinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “vətəndaşlı vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 31.03.2021-ci ilədək aparılmış və ailə tərkibi barədə aşağıdakı məlumatlar aşkar edilmişdir: oğlu Cavabdeh 25.08.1972; qızı X6 20.03.1976; qızı X15 xx.xx.1977; oğlu X17 19.08.1973; oğlu X12 24.07.1969. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 30 iyun 2020-ci il tarixli 358 saylı arayışından məlum olur ki, X12 24 iyul 1969-cu il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Yevlax rayon 1 saylı Notariat ofisinin 29 mart 2021-ci il tarixli 212 saylı məktubundan məlum olur ki, mərhum X8 adına Yevlax rayon 1 saylı Notariat ofisində vərəsəlik işi açılmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 17 iyun 2020-ci il tarixli AZ-ll 085795 saylı ölüm haqqında şəhadətnamədən məlum olur ki, X17 19 avqust 1973-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 04 avqust 2020-ci il tarixli qanun üzrə vərəəlik hüququ haqqında şəhadətnamənin surətindən məlum olur ki, X14 məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 61.31 kv/m olan, 3 otaqlı mənzildən ibarət miras əmlakın 1/4 hissəsi açıq saxlanılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 4 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 6.3-cü bəndində göstərilir ki, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutların qəbul edilməməsinin səbəbləri orada aydın şəkildə izah edilməlidir. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsindən məlum olur ki, ölənin uşaqları birinci növbə vərəsədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras vərəsəlik açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, … Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. … Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Yuxarıda qeyd edildiyi kimi, vərəsənin notariat orqanına mirası qəbul etmək barədə ərizə verməsi və vərəsənin miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi vərəsə mirası qəbul etmiş sayılır. Məhkmə işin hallarından müəyyən edir ki, iddiaçı tərəfindən mirasın qəbul edilməsi ilə bağlı notariat orqanına ərizə verilməmiş, miras açıldığı vaxtda və sonra da kirayələrdə yaşamışdır. Cavabdeh qanunvericiliyin tələbinə uyğun olaraq miras əmlakı vərəsə olaraq qanunvericilikdə müəyyən edilən şərtlərin tələblərinin ödənilməsi ilə bağlı hər hansı bir sübut təqdim etməmişdir. Mütəmadi olaraq normal halda ata evinə gəlib getmək cavabdehin miras əmlakı faktiki qəbul etməklə idarə etməsi anlamına gəlmir. Həmçinin məhkəmə qeyd edir ki, vərəsə əmlakı mülkiyyətinə qəbul etdiyini digər şəxslərə şəksiz nümayiş etdirməlidir, bunun üçün isə vərəsənin bir gün miras qoyanın yas mərasimində iştirak etməsi və ya həmin miras əmlaka qonaq kimi gəlib getməsi kifayət deyildir. Vərəsə evə sahiblik etməli, evi idarə etməli, evə yiyələnməlidir. Cavabdehin “miras evə sahiblik etmə”, “mirası idarə etmə”, “miras evə yiyələnmə” əlamətləri müəyyən olunmur. Cavabdeh miras qoyanın sağlığında miras evdən çıxaraq daimi yaşamaq üçün başqa ünvana köçmüş, onun daimi yaşayış yeri olmuşdur. Miras qoyan şəxs ölümündən sonra, yəni miras açıldığı gündən Cavabdeh vərəsə kimi mirası faktiki olaraq qəbul etməmiş, miras evdə yaşammış, miras əmlaka faktiki olaraq yiyələnməmiş, miras əmlaka sahiblik etməmiş, miras əmlakı idarə etməmiş, mirası qəbul etdiyini şəksiz nümayiş etdirməmiş, mirası qəbul etməmişdir. Beləliklə məhkəmədə müəyyən edildi ki, X18 30 aprel 2006-cı il tarixdə vəfat etmişdir. X8 ölümündən sonra ondan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 61.31 kv/m olan, 3 otaqlı mənzildən ibarət miras qalmışdır. X8 ölümündən sonra mirası faktiki olaraq X15 qəbul etmişdir. Həmçinin 04 avqust 2020-ci il tarixdə həmin miras əmlakın 3/4 hissəsini qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən də qəbul etmişdir. Cavabdeh, X6, X15, X17 və X1 Əhməd İsa oğlunun vərəsələridir. X17 19 avqust 1973-cü il tarixdə vəfat etmişdir. X6 və X12 mirasın , X15 tərəfindən qəbul etdiyini təsdiqləyərək, mirasın , X15 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə etiraz etmirlər. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh atasının ölümündən sonra mirası hər hansı bir qaydada qəbul etməmişdir. Atasının ölümündə də əvvəl miras qalmış mənzildən çıxmış və kirayələrdə yaşamışdır. İki il öncə isə həmin mənzilə köçmüşdür. Məhkəmə toplanmış sübutlara qərəzsiz, obyektiv hüququ qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 30 aprel 2006-cı il tarixdə vəfat etmiş X5 qalmış Yevlax şəhəri H.Hacıyev küçəsi 22, mənzil 7-ə aid 1/4 hissənin miras əmlakın X15 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. 30 aprel 2006-cı il tarixdə vəfat etmiş X5 qalmış Yevlax şəhəri H.Hacıyev küçəsi 22, mənzil 7-ə aid 1/4 hissənin miras əmlakın X15 tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilsin. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-597/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-597/2021
22.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver