Məhkəmə qərarları › İş №2(039)-61/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-61/2024

11.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-61/2024 11.03.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçın nümayəndəsi və vəkili eyni zamanda İddiaçı1 vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və Hacıyeva (Əhədli) Fəxriyyə İlqar qızının cavabdehlər Cavabdeh2 və X27 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı miras əmlakın kütləsinin bölüşdürülməsi tələbinə dair ərizəsinə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və Hacıyeva (Əhədli) Fəxriyyə İlqar qızı cavabdehlər Cavabdeh2 və X27 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı miras əmlakın kütləsinin bölüşdürülməsi tələbinə dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 miras qalmış ünvan 1ünvanında yerləşən yaşayış sahəsinə münasibətdə onların hər ikisinin mirasdan payının bölüşdürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, sonradan iddia tələbini dəqiqləşdirərək iddia ərizəsində qeyd olunan tələbi xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 miras qalmış ünvan 1ünvanında yerləşən yaşayış sahəsinə münasibətdə onların hər ikisinin mirasın qəbul edilməsi faktının təstiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə belə əsaslandırılmışdır ki, İddiaçı1 qızı xx.xx.1983-cü il təvəllüdlü Hacıyeva (Quliyeva) Xuraman Əbülfət qızı xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. X2 xx.xx.2001-ci il tarixdə Cavabdeh2 ilə ailə həyatı qurmaqla rəsmi nikah qeydiyyatından keçmiş və həmin tarixdə həyat yoldaşının “Hacıyeva” soyadını daşımışdır. Qızının ailə üzvülər-əri xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh2, qızı xx.xx.2001-ci il təvəllüdlü X10, oğlu xx.xx.2004-cü il təvəllüdlü X17 və anası Cabbarova (Quliyeva) Ayət Cabbar qızı olmuşdur. Qızı Hacıyeva (Quliyeva) Xuraman Əbülfət qızının doğum haqqında şəhadətnaməsində İddiaçı1 soyadı Quliyeva qeyd edilmişdir. Daha sonra isə yenidən nikah münasibətinə girdiyi üçün, hazırda Cabbarova soyadını daşıyır. xx.xx.2020-ci il tarixdə vəfat etmiş Hacıyeva (Quliyeva) Xuraman Əbülfət qızı vəfat edərək ondan daşınmaz və daşınar əmlaklar miras qalmışdır - Yevlax şəhəri Dəmir Yolu binası ev 7, mənzil 1 ünvanında yerləşən yaşayış sahəsi (həmin əmlaka dair miras qoyan şəxsin mülkiyyət hüququ Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən təsbit edilmişdir). Qızıl-zinət əşyaları-qızıl boyunbağı və qızıl üzük (hər iki daşınar əmlak-zinət əşyaları hazırdə onundur). İkinci iddaçı olaraq Hacıyeva (Əhədli) Fəxriyyə İlqar qızı bildirir ki, anası vəfat edərkən o, subay olmuş, hazırda ailə həyatı qurmuşdur. Anasından miras qalmış əşyalardan bir qismini o, özü ilə cehiz aparmışdır. Anasının vəfatından sonra, ailəsinin əsas və yeganə yaşayış yeri olan, o cümlədən anasından miras qalmış Yevlax şəhəri Dəmir Yolu binası ev 7, mənzil 1 ünvanında yerləşən yaşayış sahəsində yaşayır. Hazırda qardaşı, eyni zamanda anasının qanun üzrə birinci növbəli vərəsəsi olan X17 həqiqi hərbi xidmət borcunu yerinə yetirməkdədir. Onlar hər ikisi iddiaçı, X1 miras qalmış Yevlax şəhəri Dəmir Yolu binası ev 7, mənzil 1 ünvanında yerləşən yaşayış sahəsinə dair-miras əmlakın bölüşdürülməsini və mirasdan payının müəyyən edilməsini istəyir. Birinci iddaçı olaraq o, bununla bağlı X27 Xidmət Mərkəzində Notariat Ofisinə müraciət edərkən bildirilmişdir ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürmüş və mirasın qəbul edilməsi müddətinin uzadılması eyni zamanda miras əmlakın bölüşdürülməsi və vərəsəlik şəhadətnaməsinin alınması üçün rayon məhkəməsinə müraciət etməlidir. Bundan başqa, digər Cavabdeh2 o cümlədən mərhum X5 miras qalmış Yevlax şəhəri Dəmir Yolu binası ev 7, mənzil 1 ünvanında yerləşən yaşayış sahəsinin qeyri-rəsmi olaraq satmış və həmin mənzildə hazırda başqa ailə yaşayır. Onlar hər iki iddaçı olaraq Yevlax şəhəri Dəmir Yolu binası ev 7, mənzil 1 ünvanında qeydiyyatda olmasalar belə, hər ikisi qeyd edilən miras əmlakı qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində qəbul etmiş vərəsələridir. Belə ki, Fəxriyyə Hacıyeva anasının vəfatından sonra ailə həyatı quranadək xx.xx.2022-ci il tarixdə ailə həyatı qurmuşdur. ünvan 2 ünvanda anasından miras qalmış daşınar əşyalarından əsas hissəni özü ilə cehiz aparılmışdır. İddiaçı1 və digər iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə baxışı zamanı ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs, X27 Xidmət Mərkəzində Notariat ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, notariat kontorunun nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 oğlunun ünvanına göndərilən məhkəmə bildirişi “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Məhkəmə bildirişi cavabdehə çatdırılması üçün Yevlax şəhəri 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmiş, lakin sonuncunun məhkəməyə ünvanladığı arayışda Cavabdeh2 göstərilən ünvanda qeydiyyatda olmasına baxmayaraq həmin ünvanda yaşamadığı nümayəndəlik tərəfindən məlum olmuşdur. Cavabdehin faktiki olduğu yer məlum olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (MPM) 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Notariat kontorunun xüsusi notariusu T.Atakişiyeva tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 1188/2023 saylı məktubda qeyd edilir ki, iddiaçının xx.xx.2020-ci il tarixdə vəfat etmiş anası X3 qalmış miras Yevlax şəhəri Dəmir Yolu binası ev 7, mənzil 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair vərəsəlik vərəsəlik haqqında şəhadətnamə verməyi xahiş etməyi barədə ərizəsinə baxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Onların mirasın qəbulu üçün qanunla müəyyə edilmiş müddəti ötürmüşdür. Mirasın qəbul edilməsini təsdiq edən hər hansı fakt təqdim edilməmişdir. Mirasın qəbul müddətinin uzadılması üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqları dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, Yevlax şəhəri Dəmir Yolu binası ev 7, mənzil 1 ünvanı xüsusi mülkiyyət üzərində yerləşən 28.7 kv.m yaşayış evi tam mülkiyyət hüququ ilə X6 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınmışdır. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş N 1137 №-li, ölüm akt qeydindən görünür ki, X9 xx.xx.2020-cı il tarixdə vəfat etmişdir. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş N 1138 №-li, doğum akt qeydindən görünür ki, xx.xx.1983-cü il təvəllüdlü X7 atası X12 anası X11r. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş № 599 saylı nikah akt qeydindən görünür ki, Cavabdeh2 ilə X8 arasında bağlanmış nikah 2001ci ilin oktyabr ayının 06-cı günündə Yevlax rayon qeydiyyat şöbəsinin akt qeydləri kitabında 193 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Hacıyev, arvada isə Hacıyeva soyadı verilmişdir. Zərdab rayonu Pərvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ № 390783 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə X10 arasında bağlanmış nikah 2022-ci ilin aprel ayının 04cü günündə Zərdab rayonu Pərvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin akt qeydləri kitabında 01 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əhədli, arvada isə Əhədli soyadı verilmişdir. Yevlax rayon Qeydiyyat Şöbəsinin 599 №-li, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2014-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti yoxlama aparılmış və müəyyən edilmişdir ki, xx.xx.1983-cü il təvəllüdlü X9 və ailə üzvləri barədə məlumatlar belə qeyd olunmuşdur; həyat yoldaşı xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh2, oğlu xx.xx.2004-cü il təvəllüdlü X14 və qızı xx.xx.2001-ci il təvəllüdlüX10dır. Məhkəmənin sorğusuna DƏDK və RPHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinin məhkəməyə təqdim etdiyi məktubda göstərilmişdir ki; Daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsi olan çıxarış Daşınmaz Əmlakı tərəfindən verilmiş AN-İ ******* nömrəli Alqı-Satqı Müqaviləsi və Daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəsi olan çıxarış əsasında verilmişdir; Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı:

10. Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. 10.1.Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. Məhkəmənin hüquqi mövqeyi: Mövcud sübutlarla təsdiq olunur ki, iddiaçılar İddiaçı1 qızı, Fəxriyyə Hacıyevanın (Əhədli) isə anası olan Xuraman Hacıyeva xx.xx.2020-ci il tarixdə ölmüşdür. Yevlax şəhəri Dəmir Yolu binası ev 7 ünvanında yerləşən 1 saylı mənzil X6 xüsusi mülkiyyətində dövlət qeydiyyatına alınmışdır. X13 vərəsələri olan iddiaçılar İddiaçı1 və Fəxriyyə Hacıyeva (Əhədli) mərhumun varisləri olmuş və birinci növbə vərəsə kimi Yevlax şəhəri Dəmir Yolu binası ev 7 ünvanında yerləşən 1 saylı mənzili miras əmlak kimi qəbul etmişdir. Məhkəmə iddiaçıların izahatını dinləyib, iş üzrə sübutları nəzərdən keçirərək belə qənaətə gəlir ki, bu halları təkzib edən, onların mötəbərliyini sübut növü kimi şübhə altına alan hallar müəyyən edilmədiyindən həmin ifadələr mötəbər sübut kimi qəbul edilməlidir. Ərizədə qeyd edilən faktın təsdiq edilməsi ərizəçiyə vərəsəlik haqqında şəhadətnamənin alınması üçün gərəkdir, miras əmlakın qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət də keçdiyindən və bu müddətin uzadılması imkanı da itirildiyindən ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməz və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutara, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. X1 miras qalmış Yevlax şəhəri Dəmir Yolu binası ev 7 ünvanında yerləşən 1 saylı mənzilin iddiaçılar İddiaçı1 və Hacıyeva (Əhədli) Fəxriyyə İlqar qızı tərəfindən qəbul edilməsi faktı təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar