Məhkəmə qərarları › İş №2(039)-618/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-618/2023

02.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-618/2023 02.03.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «sənədin şəxslərə məxsus olması faktının müəyyən edilməsi» haqqında mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «sənədin şəxslərə məxsus olması faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, JN-0095 saylı 90104018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının mərhum həyat yoldaşı X9 və ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah etdi ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 23 iyun 2000-ci il tarixli 52 saylı qərarı ilə ona və ailə üzvlərinə Yevlax rayonu, Varvara kəndi ərazisində 3.44 hektar torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında mərhum həyat yoldaşının soyadı səhv olaraq Məmmədov kimi, onun ata adı səhvən Mənsim kimi qeyd edilmişdir. Hazırda Yevlax rayonu, Varvara kəndində yerləşən 3.44 hektar torpaq sahəsinə dair Dövlət Reyestrindən çıxarışın alınması tələbi ilə DƏDRX-nin 17 Saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə olan uyğunsuzluqla bağlı ərizənin icrasının mümkün olmadığı barədə ona bildiriş göndərilmişdir. Qeyd edilən faktın başqa formada bərpası mümkün olmadığından ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsindən verilmiş 19 dekabr 2022-ci il tarixli, **********89 saylı məktubdan görünür ki, Ərizəçi JN-0095 saylı dövlət aktında düzəlişin edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 19 noyabr 1979-cu il tarixli ll-JQ 285092 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən məlum olur ki, X15 ilə X3 arasında nikah bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 01 dekabr 2022-cı il tarixli AZ-ll 315922 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X16 21 mart 2001-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən torpağa mülkiyyətə verilməsinə dair JN-0095 KOD 90104018 saylı dövlət aktından məlum olur ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 23 iyun 2000-ci il tarixli 52 saylı qərarı ilə X7, X2, X5, X6, Həmidova Məsənət Sehran qızına, X10 3.44 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RİHB-nın Varvara kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 29 dekabr 2022-ci il tarixli 507 saylı arayışından məlum olur ki, Ərizəçi Yevlax rayonu, Varvara kəndində yaşayır. JN-0095 kod 90104018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında yazılmış X1 Sehran Əziz oğlu və X4 isə Ərizəçi kimi oxunmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinin tələbinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.1 və 307.2.11-ci maddələrinin tələbinə görə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə həmin şəxsə məxsus olması faktını müəyyən edir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanununun 9 və 10-cu maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il tarixli 534 №-li Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Məhkəmə iclasında təkzib edilməz sübutlarla müəyyən edilir ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 23 iyun 2000-ci il tarixli, 52 saylı qərarı əsasında ərizəçiyə və ailə üzvlərinə 3.44 hektar torpaq sahəsi verilmişdir. Torpağa mülkiyyətə verilməsinə dair JN- 0095 KOD 90104018 saylı dövlət aktında texniki səhvə yol verilmiş ərizəçinin və mərhum həyat yoldaşının adı səhv qeyd edilmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçinin və ailə üzvlərinin adına verilmiş Yevlax rayon Aqrar İslahat Komissiyası tərəfindən tərtib edilmiş JN-0095 KOD 90104018 saylı torpağa mülkiyyətə verilməsinə dair dövlət aktının Ərizəçi və 21 mart 2001-ci il tarixdə vəfat etmiş X9 məxsusluğu faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 312-316 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçinin və ailə üzvlərinin adına verilmiş Yevlax rayon Aqrar İslahat Komissiyası tərəfindən tərtib edilmiş JN-0095 KOD 90104018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının Ərizəçi və 21 mart 2001-ci il tarixdə vəfat etmiş X9 məxsusluğu faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Yevlax Rayon Məhkəməsi vasitəsilə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar