Məhkəmə qərarları › İş №2(039)-621/2022

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-621/2022

14.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-621/2022 14.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakları ilə Ərizəçi faktın müəyyən olunmasına dair iddia ərizəsini nəzərdən keçirərək, müəyyən etdi: Ərizəçi, maraqlı şəxs olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasını qeyd etməklə, ərizə ilə məhkəməyə müraciət edərək, 1991-1994-cü illərdə hərbi xidmət keçməyi döyüş əməlliyyatında iştirakı və yaralanmağı haqda faktın müəyyən olunması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə təqdim edilmiş ərizəni və əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, ərizəçi 1991-1994-cü illərd hərbi xidmət keçməyi döyüş əməlliyyatında iştirakı və yaralanmağı haqda faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmənin Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının 14-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Mülki Prosessual Məcəllə: Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 153.3.Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Rəşaq Qarayevin ərizəsində qeyd edilən faktın məhkəmə qaydasında müəyyən edilməsi yolverilməz olduğundan onun ərizəsinin qəbul edilməsindən imtina olunmalı, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ərizəçiyə izah edilməlidir ki, ərizədə qeyd edilən məsələ ilə bağlı səlahiyyətli orqana müraciət etməli, imtina edildiyi təqdirdə müvafiq inzibati məhkəməyə ərizə təqdim etməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 153.2.1, 264, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi 1991-1994-cü illərdə hərbi xidmət keçməyi, döyüş əməlliyyatında iştirakı və yaralanmağı barədə faktın müəyyən olunmasına dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. Ərizəçi ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar