Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-623/2020 19.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi, maraqlı şəxs olaraq Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nun Yevlax şəhər şöbəsini qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək onun xx xxx 1974-cü il tarixli əmək kitabçasında adının İsbalı kimi oxunması və həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarımasını xahiş etmişlər. Ərizə belə əsaslandırılmışdır ki, o, xx xxxxxxxx 1955-ci il tarixdə Yevlax rayonunun Şilyan kəndində anadan olmuş, soyadı Adıgözəlov, adı İsbalı və atasının adı Rəcəbdir. Bu hal onun adına Yevlax Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2013-cü il tarixli AZE 13338604 №-li şəxsiyyət vəsiqəsi ilə də təsdiq olunur. Hal-hazırda yaşı və iş stajı ilə əlaqədar olaraq əmək pensiyasına çıxır. Əmək fəaliyyətində olmağına dair xx xxx 1974-cü il tarixli əmək kitabçasında adının İsabalı yazıldığına görə onun xx xxxx 1974-cü il tarixdən xx xxx 2012-ci il tarixədək olan dövr ərzində işlədiyi illərin sosial sığorta stajına qəbul edilməsi və ona əmək pensiyası təyin olunması barədə xahişi DSMF-nun Yevlax şəhər şöbəsi tərəfindən təmin edilməmiş və məhkəməyə müraciət etməyini bildirmişlər. Onun adının İsbalı olmasını özünə məxsus olan şəxsiyyət vəsiqəsi də təsdiq edir. Ona görə də xx xxx 1974-cü il tarixli əmək kitabçasında adının İsabalı yazılması səhv hesab edilib İsbalı kimi oxunması və həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edir. Ərizəçi iclas zamanı ərizəni müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nun Yevlax şəhər şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəməyə gəlmədiyinə görə, məhkəmə ərizəyə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. DSMF Yevlax şəhər şöbəsinin xx xxxxxx 2019-cu il tarixli, **********4 nömrəli məktubunda qeyd olunur ki, Ərizəçi xx.xx.1971-ci il tarixdən xx.xx.1975-ci il tarixədək Mingəçevir Politexnik texnikumunda əyani təhsil aldığı illəri, şəxsiyyət vəsiqəsində adının İsbalı əmək kitabçasında və diplomunda adının İsabalı olduğuna həmin illəri sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. xx xxx 1974-cü il tarixli Əmək kitabçasının surəti ilə müəyyən olunur ki, həmin sənəd 1955 təvəllüdlü Adıgözəlov İsabalı Rəcəb oğluna verilmişdir. Əmək kitabçasında həmin şəxsin xx xxx 1974-cü il tarixdə əmək fəaliyyətinə başladığı, xx xxxxx 1975-ci ildə hərbi xidmətə getdiyi üçün işdən azad edildiyi, xx xxxx 1977-ci il tarixdə yenidən fəhlə olaraq işə qəbul edildiyi, xx xxxx 1978-ci il tarixdən xx xxxx 1983-cü il tarixədək hərbi xidmət keçdiyi qeyd edilir. AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunur ki, Ərizəçi xx xxxxxxxx 1955-ci il tarixdə Yevlax rayonu Şilyan kəndində doğulmuşdur. İJ 342238№-li, xx xxxxxxxx 1955-ci il tarixli doğum haqqında şəhadətnamənin surəti ilə müəyyən olunur ki, Ərizəçi xx xxxxxxxx 1955-ci il tarixdə Xaldan rayonu Şilyan kəndində doğulmuş, atası Adgözəlov Rəcəb Adgözəl oğlu, anası Adgözəlova Fatma Nəzir qızıdır. xx xxx 1975-cı il tarixdə verilmiş НЗ-3247284 №-li hərbi biletinin surəti ilə müəyyən olunur ki, bu sənəd xx xxxxxxxx 1955-ci il təvəllüdlü Ərizəçi verilmiş, həmin şəxs xx xxx 1975-ci il tarixdə hərbi xidmətə başlamış, xx xxx 1977-ci il tarixdə ordudan tərxis olunmuş xx xxxx 1978-ci il tarixdən gizir olaraq xx xxxx 1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur. xx xxxx 2020-ci il tarixli T-37№-li Azərbaycan Respublikası Dövlət Arxivinin Mingəçevir filialının məktubunda qeyd olunur ki, Ərizəçi işlədiyi dövrdə Toxuculuq kombinatına təqdim etdiyi şəxsiyyətini təsdiq edən sənədlər filiala mühafizə edilməsi üçün təhvil verilməmişdir. Mülki Prosesual Məcəllə Maddə 305.1.1. məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.5. məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, üzərində 1955 təvəllüdlü Adıgözəlov İsabalı Rəcəb oğlu qeyd edilmiş xx xxx 1974-cü il tarixli əmək kitabçası, həqiqətən hazırkı iş üzrə ərizəçi olan, xx xxxxxxxx 1955-ci il tarixdə Yevlax rayonu Şilyan kəndində doğulmuş Ərizəçi məxsusdur. Belə ki, onun adına verilmiş hərbi biletdə qeyd edilən xidmət keçmə tarixləri əmək kitabçasında qeyd edilən tarixlərlə eynilik təşkil edir, həmin hal təqdim edilmiş digər sənədlərlə də təsdiqini tapır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, mövcud sənədlərlə xx xxx 1974-cü il tarixli Əmək kitabçasının Ərizəçi məxsus olması təsdiq olunur, ərizəçi həmin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməz, bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır və bu, ərizəçiyə əmək pensiyasının müəyyən edilməsi üçün gərəkdir. Bu səbəbdən məhkəmə hesab edir ki, əmək kitabçasının ərizəçiyə məxsus olması hissəsində ərizə təmin edilməlidir. Lakin, həmin kitabçada ərizəçinin adının İsbalı kimi oxunması hissəsində ərizənin təmin edilməsinə zərurət yoxdur. Şərh edilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. Adgözəlov İsabalı Rəcəb oğlunun adına verilmiş xx xxx 1974-cü il tarixli əmək kitabçasının xx xxxxxxxx 1955-ci il tarixdə Yevlax rayonu Şilyan kəndində doğulmuş Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qalan hissədə ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-623/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-623/2020
19.03.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver