Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-661/2023 02.03.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «sənədin şəxsə məxsus olması faktının təsdiq edilməsi» haqqında mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «sənədin şəxsə məxsus olması faktının təsdiq edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, JN-223 saylı 90107018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah etdi ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1998-ci il tarixli 32 saylı qərarı ilə ona və ailə üzvlərinə Yevlax rayonu, Qaramanlı kəndi ərazisində 4.53 hektar torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyət hüququna dair dövlət aktında onun atasının adı səhv olaraq Cəlil kimi qeyd edilmişdir. Hazırda Yevlax rayonu, Qaramanlı kəndində yerləşən 4.53 hektar torpaq sahəsinə dair Dövlət Reyestrindən çıxarışın alınması tələbi ilə DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə olan uyğunsuzluqla bağlı ərizənin icrasının mümkün olmadığı barədə ona bildiriş göndərilmişdir. Qeyd edilən faktın başqa formada bərpası mümkün olmadığından ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsindən verilmiş 19 dekabr 2022-ci il tarixli, **********90 saylı məktubdan görünür ki, Ərizəçi JN-223 saylı şəhadətnamədə düzəlişin edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən torpağa mülkiyyət hüququna dair JN-223 KOD 90107018 saylı dövlət aktından məlum olur ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1998-ci il tarixli 32 saylı qərarı ilə X4, X1, X2, X6, X3 4.53 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Bərdə rayon Qeydiyyat şöbəsinin 26 dekabr 2022-ci il tarixli 1920-05/69 saylı arayışından məlum olur ki, Ərizəçi xx xxxx 1976-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 09 may 1998-ci il tarixli Vll-JQ 310262 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən məlum olur ki, X9 ilə X5 04 may 1998-ci il tarixdə evlənmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 26 dekabr 2022-cı il tarixli AZ-ll 299497 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X8 27 iyul 1994-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RİHB-nın Qaramanlı kənd İƏD üzrə nümayəndəliyinin 17 yanvar 2023-cü il tarixli 16 saylı arayışından məlum olur ki, Ərizəçi Yevlax rayonu, Qaramanlı kəndində yaşayır. JN-223 kod 90107018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında Ərizəçi atasının adı səhvən Cəlil yazılmışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinin tələbinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.1 və 307.2.11-ci maddələrinin tələbinə görə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə həmin şəxsə məxsus olması faktını müəyyən edir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanununun 9 və 10-cu maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il tarixli 534 №-li Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Məhkəmə iclasında təkzib edilməz sübutlarla müəyyən edilir ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1998-ci il tarixli, 32 saylı qərarı əsasında ərizəçiyə və ailə üzvlərinə 4.53 hektar torpaq sahəsi verilmişdir. Torpağa mülkiyyətə verilməsinə dair JN- 223 KOD 90107018 saylı dövlət aktında texniki səhvə yol verilmiş ərizəçinin ata adı Cəlil kimi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçinin və ailə üzvlərinin adına verilmiş Yevlax rayon Aqrar İslahat Komissiyası tərəfindən tərtib edilmiş JN-223 KOD 90107018 saylı torpağa mülkiyyətə verilməsinə dair dövlət aktının Ərizəçi məxsusluğu faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 312-316 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçinin və ailə üzvlərinin adına verilmiş Yevlax rayon Aqrar İslahat Komissiyası tərəfindən tərtib edilmiş JN-223 KOD 90107018 saylı torpağa mülkiyyətə verilməsinə dair dövlət aktının Ərizəçi məxsusluğu faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Yevlax Rayon Məhkəməsi vasitəsilə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-661/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-661/2023
02.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver