Məhkəmə qərarları › İş №2(039)-690/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-690/2020

26.08.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-690/2020 26.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, cavabdeh “xxxxxxxx” X3 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı borcun silinməsi tələbi haqqında mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, onun Yevlax rayonu Rüstəmli kəndində yerləşən evində işıqdan istifadəyə görə hesablanmış 2000 manat borcun silinməsi barədə qətnaməqəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Yevlax rayonu Rüstəmli kəndində anadan olmuş, hazırda həmin kənddə ailəsi ilə birlikdə yaşayır. Yaşadıqları ev işıq, su və qazla təchiz olunmuşdur. O, 2013-cü il tarixdə yeni həyatyanı torpaq sahəsində ev tikərək yaşamaq üçün ora köçmüşdür. Həmin vaxta qədər həmin həyatdə adi bir daxma olmamış və yaşayış olmamışdır. Lakin onlara olmayan səbəblərdən həmin tarixə qədər işıq sayğacına 2000 manat borc yazılmışdır. O, borc tamamilə əsassız və qanunsuzdur. Çünki onlar tərəfindən elə bir sərfiyyat olmamışdır. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi X2 izahatında bildirmişdir ki, İddiaçı xx.xx.2012-ci il tarixdən **********1saylı istehlakçıı kodu ilə qeydiyyatda olmaqla yaşadığı Yevlax rayonu Rüstəmli kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğac vasitəsi ilə 2016-cı ilin noyabr ayına kimi elektrik enerjisindən istifadə etmişdir. xx xxxxxxxx 2016-cı il tarixdə abonentin sayğacına baxış keçirilərkən sayğacın sıxaclarının əriməsi və enerji uçotunun pozulması faktı aşkar edilmiş vəəlavə sərfiyyata əsasən abonentə 36,96 manat cərimə hesablanmışdır. Sayğacda qüsur aşkar olunduqdan sonra elektrik sayğacı xx.xx.2016-cı il tarixdə yenisi iləəvəz edilərək abonentə təhvil verilmişdir. İddiaçının mübahisələndirdiyi 2000 manat borcdan 1078,94 manatı İddiaçı “xxxxxxxxxx” ASC dövründə, yəni 2015-ci ilin mart ayına olan müddət ərzində elektrik enerjisindən istifadəyə görə yaranmışdır. Borcun 36,96 manat hissəsi abonent tərəfindən sayğaca müdaxilə nəticəsində xx xxxxxxxx 2016-cı il tarixdə tərtib edilmiş akt əsasında hesablanmışdır. Borcun digər hissəsi isə abonentin debitor borcunu təşkil edir ki, bu məbləğ də xx xxxx 2020-ci il tarixə 2198 manat təşkil edir. Qeyd etdiklərini nəzərə alaraq, məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sübutları tam və hərtərəfli araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli 043312 saylı aktdan görünür ki, həmin tarixdə “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu - **********1) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, elektrik hesablama sıxaclarının əriməsi və enerji uçotunun pozulması faktı aşkar edilmişdir. İş materiallarında olan abunə kodu **********1 olan Abunə haqqında sənəddən görünür ki, İddiaçı istifadə olunmuş elektrik enerjisinə görə 2274,87 manat borcu vardır. İş materiallarında olan xx.xx.2000-xx.xx.2017- dövrdə abonentin ödəniş və sərfiyyatı barədə məlumatdan görünür ki, İddiaçı elektrik enerjisindən istifadə etdiyi üçün yaranmış borcunun 1078,94 manat hissəsi 2015-ci ilin mart ayına qədər yaranmış borcdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə görətələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə görə kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxt aşırıödənişlər haqqında tələblər 5 il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə qeyd edir ki, həmin 5 il iddia müddəti deyil, öhdəliklərin xitamının əsaslarından biridir. Odur ki, bu müddətin tətbiqi üçün mübahisə tərəfinin məhkəməyəərizə verməsi tələb olunmur, müddət bitdikdəöhdəlik xitam olunur və tələb qüvvəsini itirir. İddiaçıdan tələb edilən borc məbləği vaxt aşırıödənişlər olan kommunal xidmətlərin haqqından ibarət olduğundan bu tələblərə də Mülki Məcəllənin 551.2.1-ci maddəsinin göstərişi şamil olunur. Məcəllənin 552.1-ci maddəsinə görə isə müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın (Bundan sonra – Qaydalar) 7.1-ci bəndinəəsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Qaydaların 8.32-ci bəndinin 2-ci hissəsinəəsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfəəvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatıərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəzıyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “Dövlət Enerjinəzarət” İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdəödənilməsini təmin etməlidir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi borc məbləğinin 1078,94 manat hissəsi 2015-ci ilin mart ayına qədər olan müddət ərzində iddiaçının elektrik enerjisindən istifadə etməsinə görə yaranmışdır. Borc məbləğinin digər hissəsi (36,96 manat) isə xx.xx.2016-cı il tarixli akta əsasən hesablanmış məbləğ və 2016-2020-ci illərdə elektrik enerjisindən istifadəyə görə yaranmış debitor borcu təşkil edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, iddiaçının mübahisələndirdiyi borc məbləğinin 1078,94 manat hissəsi 2015-ci ilin mart ayına qədər olan müddət ərzində yarandığından və həmin məbləğə münasibətdə tələb etmə müddəti keçdiyindən həmin məbləğ İddiaçı abunə hesabından silinməli və iddia qalan hissədə əsassız olduğundan təmin olunmamalıdır. Göstərilənlərəəsasən və Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı **********1 nömrəli abunə hesabından 1078 (bir min yetmiş səkkiz ) manat 94 (doxsan dörd) qəpik məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar