Məhkəmə qərarları › İş №2(039)-7/2024

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-7/2024

03.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-7/2024 03.07.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı, nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X7 Xidmət Mərkəzində Notariat ofisinə, maraqlı şəxslər X1, X3, X2 və Əhmədova (Mehtiyeva) Gülsüm Daşdəmir qızına qarşı «miras əmlakın qəbul edilməsi və mirasın qəbulu ilə bağlı müddətin uzadılması, vərəsəlik hüququnun tanınması, mirasdakı payların müəyyən edilməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X7 Xidmət Mərkəzində Notariat ofisinə, maraqlı şəxslər X1, X3, X2 və Əhmədova (Mehtiyeva) Gülsüm Daşdəmir qızına qarşı «miras əmlakın qəbul edilməsi və mirasın qəbulu ilə bağlı müddətin uzadılması, vərəsəlik hüququnun tanınması, mirasdakı payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. Cavabdehlər Cavabdeh2 və X7 Xidmət Mərkəzində Notariat ofisinə, maraqlı şəxslər X1, X3, X2 və Əhmədova (Mehtiyeva) Gülsüm Daşdəmir qızına məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizəsinin dəlillərini, cavabdehin isə işə mahiyyəti üzrə baxılmasını tələb etməməsini nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikasının MPM-nin 114.2-ci maddəsinə əsasən Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X7 Xidmət Mərkəzində Notariat ofisinə, maraqlı şəxslər X1, X3, X2 və Əhmədova (Mehtiyeva) Gülsüm Daşdəmir qızına qarşı «miras əmlakın qəbul edilməsi və mirasın qəbulu ilə bağlı müddətin uzadılması, vərəsəlik hüququnun tanınması, mirasdakı payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. 06 yanvar 2020-ci il tarixli ********* saylı qəbzlə artıq ödənilmiş 10 manat dövlət rüsumu iddiaçı X4 qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar