Məhkəmə qərarları › İş №2(039)-700/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-700/2020

07.05.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-700/2020 07.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyev Səriyyə Qoca qızının katibliyi ilə, İddiaçı cavabdeh X1 qarşı borc tələbinə dair mülki işə, açıq məhkəmə iclasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, mü ə y y ə n e t d i: İddiaçı cavabdeh Firuddin Aslanova qarşı ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək təbii qazdan istifadəyə görə yaranmış 546.70 manat borcunun abonentin **********00000 saylı kodun və 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı İB-nin ABB-nin Tərtər Şöbəsindəki AZ64İBAZ******************** nömrəli hesabına (VÖEN/**********) ödənilməsi tələbi üzrə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə baxaraq qətnamə çıxarılmasını xahiş edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı Tərtər X4 İdarəsinin Yevlax rayonu üzrə xidmət sahəsində abonent kodu **********00000 olmaqla, xx.xx.2012-ci il, 5294-01-12 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir.(müqavilə ərizəyə əlavə edilir). İddiaçı İB-nin Tərtər RQİİ-nin rayonu üzrə Yevlax xidmət sahəsi tərəfindən Cavabdeh mənzilində **********3 nömrəli məişət qaz sayğacı quraşdırılmış və həmin abonent tərəfindən istifadə edilməklə onun öz adına rəsmiləşdirilmişdir. Cavabdeh təbii qazdan istifadəyə görə borcu 2017-ci il tarixdən yaranmağa başlamışdır. Hazırda istifadə etdiyi təbii qaza görə abonenti 546,70 manat borcu yaranmışdır, (abonentin saldosu əlavə edilir. Dəfələrlə həmin abonentə şifahi və yazılı xəbərdarlıqlar edilsədə borclu həmin məbləği hələdə ödəməmiş qalmaqdadır. Cavabdeh, onunla bağlanmış “Qaz paylayıcı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqı müqaviləsi”nin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya və cavabdehə rəsmi qaydada məlumat verilsə də, iddiaçı nümayəndəsinin iclasda iştirakını təmin etməmiş, cavabdeh iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı İB-nin Tərtər RQİİ-nin rəisi Hüseyn Şirinov ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, tələb edilən məbləğ cavabdehin aylıq etdiyi yüksək məbləğdə ödənişlərdən borcuna tutularaq həmin məbləğ 2020-ci ilin mart ayına tam ödənilmişdir. Cavabdeh Firuddin Aslanov əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, borcu tam olaraq dəmişdir. İşə əlavə edilmiş İddiaçı Tərtər X4 İdarəsinin xx xxxxx 2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı Tərtər X4 İdarəsinin Yevlax xidmət sahəsi üzrə AGİS proqram bazasında **********00000 abonent kodu ilə qeydiyyatda olan Cavabdeh mənzilində İtron tipli sayğac quraşdırılaraq 546.70 manat debitor borcu aylıq ödənişindən tutulması üçün xx xxxx 2019-cu il tarixə 3E bazasına keçirilmişdir. Cavabdeh aylıq etdiyi yüksək məbləğdə ödənişlərdən borcuna tutularaq həmin məbləği 202-ci ilin mart ayına tam ödənilmişdir. Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 12: Bənd 5. Qazın idxalı və ixracı müqavilələr əsasında həyata keçirilir. İdxal və ixrac da daxil olmaqla qaz nəqli xidmətləri ilə qazın nəql edilməsi üzrə üçüncü tərəflə sazişlər ancaq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə qüvvəyə minir. Bu razılıq həmin sazişlərin energetika müqavilələrinə və mövcud qanunvericiliyə uyğun olduğu hallarda vəhədlərdə verilir. Əgər müvafiq icra hakimiyyəti orqanı razılıq almaq üçün ona verilən yazılı sifarişə bir ay müddətində rədd cavabı vermirsə, həmin razılıq verilmiş sayılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, təqdim edilmiş sübutlar əsasında cavabdeh Firuddin Aslanov tərəfindən təbii qazdan istifadəyə görə yaranmış 546.70 manat borcunu İddiaçı Tərtər X4 İdarəsinin Yevlax xidmət sahəsi üzrə AGİS proqram bazasında ödədiyi müəyyən edilmişdir. İddiaçı, iddiadan imtina etməsi barədə ərizə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı iddia tələbi təmin edilə bilməz.. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdeh X1 qarşı təbii qazdan istifadəyə görə yaranmış 546.70 manat borcunun abonentin **********00000 saylı kodun və 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı İB-nin ABB-nin Tərtər Şöbəsindəki AZ64İBAZ******************** nömrəli hesabına (VÖEN/**********) ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar