Məhkəmə qərarları › İş №2(039)-71/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-71/2021

12.08.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-71/2021 12.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı oğlunun və onun vəkili X3, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz fəaliyyət göstərən çörək sexinin fəaliyyətinin dayadırılması və həmin sexin sökülməsinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax şəhəri ünvan 1 ünvanında yerləşən, cavabdehin mülkiyyətində olan fərdi yaşayış evində qanunsuz tikilmiş çörək sexinin fəaliyyətinin dayandırılması, həmin qanunsuz tikilinin sökülməsi barədə qətnaməı çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, hazırda Yevlax şəhəri Füzuli küçəsində yerləşən 68 saylı evin mülkiyyətçisdir. Cavabdeh, onunla qonşuluqda yaşayan Cavabdeh yaşadığı evə bitişik olaraq çörəkbişirmə sexi tikmiş və orada çörək istehsalı ilə məşğuldur. Cavabdehin yaşayış binasına bitişik şəkildə çörəkbişirmə sexi tikməsi nəticəsində qıcqıran drojun iyindən, qazın, buxarın, tüstünün, səs-küyün, istiliyin və titrəyişlərin təsirindən öz evində rahat yaşaya bilmir. Çörək sexi qanunsuz fəaliyyət göstərməklə bərabər, onun əmlakı və ailəsinin, uşaqların səhhəti üçün ciddi təhlükədir. Bu səbəbdən də onun fəaliyyətinin dayandırılmasını, evinə bitişik bu qanunsuz tikilinin tikinti qaydalarına uyğun olmadığını nəzərə alaraq sökülməsini istəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkil Nümayəndə oğlu iddia tələbini qəbul etmədiyini, çörək sexinin demək olar ki, Yevlax rayonunun yarısını çörəklə təmin etdiyini bildirərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Yevlax şəhəri Məhəmməd ünvan 2 ünvanda yerləşən 0,0366 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 128,8 m2 olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Yevlax şəhəri ünvan 1 ünvanda yerləşən 0,0402 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 236,07 m2 olan fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh, X4, X1 və X2 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yevlax şəhəri İcra Hakimiyyəti Başçının tərəfindən verilmiş 41 №-li, 18 aprel 2016-cı il sərəncamdan görünür ki, Cavabdeh Kərim oğlunun mülkiyyətində olan 0.0402 ha torpaq sahəsinin 49.0 kv.metrində tikimiş mövcud binada sanitariya qaydalarına, təbiətin mühafizəsi haqqında müvafiq normativ hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə sahibkarlıqla məşğul olmasına razılıq verilmişdir. İş materiallarına əlavə edilmiş “məhkəmə tikinti-texniki ekspertizasının” 10/293 saylı, 02.07.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Yevlax şəhəri ünvan 3 ünvanda aparılmış tikinti işlərinə dair icazə sənədi olduğu, lakin aparılmış tikinti işləri layihə sənədlərinə uyğun olmadığı üçün, həmin tikinti işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydalarının 4.Y və 4.2. bəndlərinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilmişdir. Həmin ekspert rəyinin təsviri hissəsində göstərilmişdir ki, "xxxx" MMC tərəfindən tərtib olunmuş və baş memar tərəfindən razılaşdırılmış layihədə çörək sexinin 2 otaqdan ibarət olmaqla, tikinti sahəsi 49,0 kv.m göstərilsə də, həmin çörəkbişirmə sexinin otaqları faktiki olaraq ümumi sahəsi 154,0 kv.m olmaqla layihəyə uyğun inşa olunmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı və cavabdeh Yevlax şəhəri Füzuli küçəsində qonşuluqda yaşayırlar. Cavabdeh özünə məxsus torpaq sahəsində fərdi yaşayış evi və mövcud şəhərsalma qaydalarına uyğun olmayan çörəkbişirmə sexi mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur(maddə 152.1). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın(maddə 152.5). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər(maddə 157.4). Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər(maddə 165) Sadalanan əsaslarla məhkəmə hesab edir ki, iddiaçı cavabdehə məxsus çörəkbişirmə sexinin fəaliyyətinin dayandırılmasını və sökülməsini tələb etməkdə haqlıdır. Çünki Mülki Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, ekspertiza tədqiqatını dəyəri 100 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz fəaliyyət göstərən çörək sexinin fəaliyyətinin dayandırılması və həmin sexin sökülməsinə dair iddiası təmin edilsin. Yevlax şəhəri ünvan 1 ünvanda yerləşən 0,0402 ha torpaq sahəsində yerləşən çörəkbişirmə sexinin fəaliyyəti dayandırılsın və çörəkbişirmə sexi Cavabdeh tərəfindən sökülsün. Ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar