Məhkəmə qərarları › İş №2(039)-716/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-716/2022

18.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-716/2022 18.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı və vəkili X4 Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və vəkilləri X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs X9 qarşı «mirasdan payının müəyyən edilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı «mirasdan payının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin MH seriyalı ******* nömrəli çıxarışına əsasən (xx.xx.2013-cü il tarixdə vəfat etmiş babası) X5 məxsus Yevlax rayonu Qaramanlı kəndində yerləşən 1.76 ha torpaq sahəsinə və JN 101 kod 90107018 saylı “torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktına əsasən Yevlax rayonu, Qaramanlı kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ əsasında X5 və onun ailə üzvlərinə məxsus 4.52 ha torpaq sahəsinin 2/6 hissəsinə onun 1/4 hissədə mirasdan payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. X11 iş üzrə maraqlı şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, babasından miras qalmşdır. Həmin mirasda mərhum anasının da payı vardır. Anası vəfat etdiyindən anasının vərəsəsi kimi mirasdan pay ona çatmalıdır. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı vəkili X12 iddia tələbini müdafiə edərək izah etdi ki, iddiaçının babası X10 03 aprel 2013-cü il tarixdə vəfat etmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin MH seriyalı ******* №li çıxarışına əsasən X5 məxsus Yevlax rayonu Qaramanlı kəndində yerləşən 1,76 ha torpaq sahəsinə və JN 101 Kod 90107018 saylı “torpağın mülkiyyətə verilməsinə dair“ Dövlət aktına əsasən Yevlax rayonu Qaramanlı kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ əsasında X5 məxsus torpaq sahəsinə Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1080/2021 nömrəli , 02 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə mirasdan paylar müəyyən edilmiş və qanun üzrə birinci növbəli vərəsələr aşağıdakı şəxslər hesab edilmişdir: Cavabdeh3 – iddiaçının xalası, X15 – iddiaçının dayısı, Cavabdeh2 – iddiaçının dayısı və İddiaçı. Lakin yuxarıda adları qeyd edilən vərəsələr arasında mübahisə vardır. İddiaçı mirasdan payının əldə edilməsi üçün aidiyyəti üzrə Yevlax Rayon 1 saylı notariat ofisinə müraciət etsə də xüsusi notarius G.Baxışova miras şərikləri arasında mirasın bölüşdürülməsinə dair mübahisə olduğu üçün iddiaçıya məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Yuxarıda qeyd edilən daşınmaz miras əmlaka dair payların müəyyən edilməsi ilə bağlı aşağıda qeyd edilən məhkəmə aktları qəbul edilmişdir: İddiaçı Cavabdeh3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Eyvazova (Əliyeva) Sənubər Əhmədxan qızı, X6, Allahverdiyeva (Əlizadə) Ayişən Şirvan qızı və X7 qarşı miras əmlakda payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin (hakim Günay Cavadova) 26 sentyabr 2019-cu il tarixli, 2(039)-1630/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin MN seriyalı ******* №li çıxarışa əsasən X5 məxsus Yevlax rayonu Qaramanlı kəndində yerləşən 1,76 ha torpaq sahəsinə və JN 101 saylı 90107018 kodlu “torpağın mülkiyyətə verilməsi”nə dair Dövlət aktına əsasən Yevlax rayonu Qaramanlı kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ əsasında X5 və onun ailə üzvlərinə məxsus 4,52 ha torpaq sahəsinin 2/6 hissəsinə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 hər birinin 1/3 hissədə payı müəyyən edilmiş və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsindən iddiaçı Cavabdeh3 apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2020-ci il tarixli 2(107)-625/2020 nömrəli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(039)-1630/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2020- ci il tarixli 2(107)-625/2020 nömrəli qətnaməsindən işdə iştirak etməyə cəlb olunmayan və məhkəmə aktı maraqlarına toxunan İddiaçı, X11 və vəkil X12 verdikləri ərizə əsasında Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin verdiyi təqdimata əsasən işə kassasiya qaydasında baxılaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli 2(102)-1192/2021 saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin təqdimatı təmin edilmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyun 2020-ci il tarixli 2(107)-625/2020 saylı qətnaməsi ləğv edilmiş, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1080/2021 nömrəli, 02 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə Yevlax Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli 2(039)-1630/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin MH seriyalı ******* №li çıxarışına əsasən X5 məxsus Yevlax rayonu Qaramanlı kəndində yerləşən 1,76 ha torpaq sahəsinə və JN 101 Kod 90107018 saylı “torpağın mülkiyyətə verilməsinə dair“ Dövlət aktına əsasən Yevlax rayonu Qaramanlı kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ əsasında X5 məxsus 4,52 ha torpaq sahəsinin 2/6 hissəsinə Cavabdeh3 ¼ hissədə payının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmiş 4 vərəsədən biri iddiaçıdır (mərhum anası Əliyeva (Abışova) Xuraman Əhmədxan qızının övladı olaraq, Azərbaycan Respublikası mülki məcəlləsinin 1159.1.3- cü maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölmüş valideynimə çatası payı əldə etməlidir). İddia tələbi ilə bağlı faktları sübut etməyimə ehtiyac yoxdur. Belə ki, qanuni qüvvəsini almış Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 1080/2021 nömrəli, 02 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının mərhum babası X3 qalmış mirasın kütləsinə ¼ hissədə vərəsə hesab edilməyi müəyyən edilmişdir. İddiaçı vəkili X12 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında iddia tələbini qəbul edərək izah etdi ki, miras atasından qalıbdır. Həmin mirasdan mərhum bacısının da payı olubdur. Hazırda bacısına çatası payın onun övladı İddiaçı verilməsinə etiraz etmir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izah etdi ki, İddiaçı tələbi əsassızdır. Belə ki, atasından qalan miras ona və bacı-qardaşına çatmalıdır. Şəki Apellyasiya Məhkəməsində də, Ceyhun yalan danışmışıdır. İndi də yalan danışır. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izah etdi ki, vərəsə onlardı. Ceyhunun həmin mirasda payı yoxdur. Maraqlı şəxs X11 məhkəməyə teleqram ünvanlayaraq, anaları X2 çatası mirasdan pay münasibətdə paylarının müəyyən edilməsini, o mirası qəbul etməmiş və pay istəmədiyini nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon 1 saylı Notariat ofisinin 21 fevral 2022-ci il tarixli 139 saylı məktubundan məlum olur ki, İddiaçı mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon 1 saylı Notariat ofisinin 21 fevral 2022-ci il tarixli 139 saylı məktubundan məlum olur ki, İddiaçı mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli 2(107)-1080/2021 saylı qətnaməsinin surətindən məlum olur ki, Yevlax Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tаrixli, 2(039)-1630/2019 nömrəli qətnaməsi ləğv edilməsi; iş üzrə yeni qətnamə qəbul edilməsi; Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin MH seriyalı ******* №li çıxarışına əsasən X5 məxsus Yevlax rayonu Qaramanlı kəndində yerləşən 1,76 ha torpaq sahəsinə və JN:101 KOD 90107018 saylı “torpağın mülkiyyətə verilməsi”nə dair akta əsasən Yevlax rayonu, Qaramanlı kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ əsasında X5 və onun ailə üzvlərinə məxsus 4,52 ha torpaq sahəsinin 2/6 hissəsinə Cavabdeh3 1/4 hissədə payı müəyyən edilməsi; iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə , məhkəmə kollegiyası apellyasiya şikayətin dəlillərinə və işin faktiki hallarına uyğun qiymət verərək hesab edir ki, mərhum Əhmədxan Əliyevdən miras qalmış torpaq sahəsindən iddiaçı Cavabdeh3 və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və mərhum Xuraman Əliyevanın hər birinin ¼ payı vardır. Digər övladları Eyvazova (Əliyeva) Sənubər Əhmədxan qızı, Rəziyə Əliyeva, Nizami Əliyev və Muğan Əliyevin isə payı yoxdur. İddiaçı və Azər Abışovun qanun üzrə vərəsəlik zamanı onların ölmüş anaları Xuraman Abışovaya miras torpaq sahələrindən ona çatası paydan bərabər miras almaq hüquqları vardır. Belə ki, sözügedən torpaq sahələrinə mirasın açıldığı vaxt mirası qoyanlar Əhmədxan Əliyev və Həmilə Əliyevanın vərəsələri olacaq onların anaları Xuraman Abışova sağ olmayıb və sonuncu 25 may 1990- cı ildə ölüb qeyd edilmişdir. Beləliklə məhkəmədə müəyyən edildi ki, X10 03 aprel 2013-cü il tarixdə vəfat etmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin MH seriyalı ******* №li çıxarışına əsasən X5 məxsus Yevlax rayonu Qaramanlı kəndində yerləşən 1,76 ha torpaq sahəsinə və JN 101 Kod 90107018 saylı “torpağın mülkiyyətə verilməsinə dair“ Dövlət aktına əsasən Yevlax rayonu Qaramanlı kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ əsasında X5 məxsus torpaq sahəsinə Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1080/2021 nömrəli, 02 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə mirasdan paylar müəyyən edilmiş və qanun üzrə birinci növbəli vərəsələr aşağıdakı şəxslər hesab edilmişdir: Cavabdeh3, X8, Cavabdeh2 və İddiaçı. Lakin yuxarıda adları qeyd edilən vərəsələr arasında mübahisə vardır. İddiaçı mirasdan payının əldə edilməsi üçün aidiyyəti üzrə Yevlax Rayon 1 saylı notariat ofisinə müraciət etsə də miras şərikləri arasında mirasın bölüşdürülməsinə dair mübahisə olduğu üçün iddiaçıya məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli 2(107)-1080/2021 saylı qətnaməsində məhkəmə kollegiyası apellyasiya şikayətin dəlillərinə və işin faktiki hallarına uyğun qiymət verərək hesab etmişdir ki, mərhum Əhmədxan Əliyevdən miras qalmış torpaq sahəsindən iddiaçı Cavabdeh3 və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və mərhum Xuraman Əliyevanın hər birinin ¼ payı vardır. Digər övladları Eyvazova (Əliyeva) Sənubər Əhmədxan qızı, Rəziyə Əliyeva, Nizami Əliyev və Muğan Əliyevin isə payı yoxdur. İddiaçı və Azər Abışovun qanun üzrə vərəsəlik zamanı onların ölmüş anaları Xuraman Abışovaya miras torpaq sahələrindən ona çatası paydan bərabər miras almaq hüquqları vardır. Belə ki, sözügedən torpaq sahələrinə mirasın açıldığı vaxt mirası qoyanlar Əhmədxan Əliyev və Həmilə Əliyevanın vərəsələri olacaq onların anaları Xuraman Abışova sağ olmayıb və sonuncu 25 may 1990- cı ildə ölüb qeyd edilmişdir. Məhkəmə toplanmış sübutlara qərəzsiz, obyektiv hüququ qiymət verərək hesab edir ki, iddia təmin edilməli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin MH seriyalı ******* nömrəli çıxarışına əsasən 03 aprel 2013-cü il tarixdə vəfat etmiş X5 məxsus Yevlax rayonu Qaramanlı kəndində yerləşən 1.76 ha torpaq sahəsinə və JN 101 kod 90107018 saylı “torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktına əsasən Yevlax rayonu, Qaramanlı kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ əsasında X5 və onun ailə üzvlərinə mənsus 4.52 ha torpaq sahəsinin 2/6 hissəsinə iddiaçının 1/4 hissədə mirasdan payının müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsindən məlum olur ki, Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsindən məlum olur ki, Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsindən məlum olur ki, Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsindən məlum olur ki, Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) ölənin uşaqları birinci növbə vərəsədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsindən məlum olur ki,Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras vərəsəlik açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 82.1-ci maddəsinə əsasən Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213, 216-220-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin MH seriyalı ******* nömrəli çıxarışına əsasən 03 aprel 2013-cü il tarixdə vəfat etmiş X5 məxsus Yevlax rayonu Qaramanlı kəndində yerləşən 1.76 ha torpaq sahəsinə və JN 101 kod 90107018 saylı “torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktına əsasən Yevlax rayonu, Qaramanlı kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ əsasında X5 və onun ailə üzvlərinə mənsus 4.52 ha torpaq sahəsinin 2/6 hissəsinə iddiaçının 1/4 hissədə mirasdan payının müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar