Məhkəmə qərarları › İş №2(039)-740/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-740/2025

18.03.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-740/2025 18.03.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ X8 Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Yevlax rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə işə 18 mart 2026-cı il tarixdə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı orqan Yevlax rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, bacısı yəni 02 sentyabr 1965-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, müdafiə edərək bildirdi ki, o, Ərizəçi xx xxxxxx 1971-ci ildə yevlax şəhərində anadan olmuşdur. X1 02 sentyabr 1965-ci ildə Qəbələ rayonunda anadan olmuşdur. X7 həmişə onunla birlikdə yaşamışdır, hazırda da bacısıyla eyni ünvanda yaşayırlar. X7 ömürlük birinci dərəcəli əlildir. Ona “Keçirilmiş doğuş travmasından sonrakı q/ə. Ağır dərəcəli əqli gerilik, dərin intellekt pozğunluğu. Hipertenzion sindrom, tez-tez b/d krizləri ilə” diaqnozu qoyulmuşdur. X7 özünü idarə bilmir. Nə oxumağı, nə də yazmağı bacarmır. Ümumiyyətlə özünü idarə edə bilmədiyi üçün evdən –həyətdən çölə çıxmır. X7 psixi pozuntusu olan şəxsdir. Ərizəçi bunula bağlı Yevlax Rayon İcra Hakimiyyətinə müraciət etsə də, 21 yanvar 2025-ci il tarixli məktubla imtina edilmişdir. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Yevlax rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxs Yevlax rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli 955 saylı Rəydə qeyd olunmuşdur ki, yoxlanılan X3 “Ağır dərəcəli əqli gerilik” müəyyən edilir. X4 psixi xəstəliyinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X4 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. İş materiallarında olanvə məhkəmə iclasında tədqiq edilən Г-ЖГ 296168 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1971-ci il tarixdə Yevlax şəhərində anadan olmuşdur. İş materiallarında olanvə məhkəmə iclasında tədqiq edilən AZE 17140101 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1965-ci il tarixdə Qəbələ rayonunda anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirli tərəfindən təqdim edilmiş xx.xx.2015-ci il tarixli, 0268003AADRH nömrəli müayinəyə dair məlumatda Təranə Məmmədovaya “Keçirilmiş doğuş travmasından sonrakı q/ə. Ağır dərəcəli əqli gerilik, dərin intellekt pozğunluğu. Hipertenzion sindrom, tez-tez b/d krizləri ilə” diaqnozu qoyulduğu göstərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2020-ci il tarixli, DSMF-nun Yevlax rayonu şöbəsi tərəfindən təqdim edilmiş 034866 nömrəli vəsiqədə X2 birinci qrup əlil olduğu göstərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Yevlax Rayon Məhkəməsinə 100.40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 320.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsində göstərilir ki, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1977-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 320, 321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1965-ci il tarixdə doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar