Məhkəmə qərarları › İş №2(039)-768/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-768/2020

27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-768/2020 27.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçı “xxxx” X4 Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “xxxx” X4 Səhmdar Cəmiyyətinin Cavabdeh qızına qarşı “borc tələbinə” dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti borclu Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə öhdəliklərin icrasına” dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, 10-0021159 saylı, xx.xx.2013-cü il tarixli daxili lizinq müqaviləsi üzrə yaranmış əsas borc üzrə 814,04 manat, faiz borcu üzrə 232,10 manat, cərimə borcu üzrə 36,30 manat olmaqla ümumilikdə 1082,44 manat məbləğində borcun və 20 manat dövlət rüsumunun borclu Həsənov Almas Qasım qızından tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2013-cü il tarixdə 10-0021159 saylı daxili lizinq müqaviləsi bağlanmışdır. Həmin daxili lizinq müqaviləsinin 01 saylı əlavəsinə əsasən, borclu Cavabdeh 18 ay müddətinə hər ayın 27-dən gec olmamaq şərti ilə 63 manat ödəməsini öhdəsinə götürmüşdür. Borclu qeyd olunan müqavilənin öhdəliklərini lazımınca yerinə yetirməyərək, borc götürdüyü gündən hazırki günə heç bir ödəniş etməmişdir. Borcluya dəfələrlə şifahi və yazlı xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirmək istəmir. 10-0021159 saylı, xx.xx.2013-cü il tarixli daxili lizinq müqaviləsi üzrə borclu Həsənov Almas Qasım qızının İddiaçı MMC-yə əsas borc üzrə 814,04 manat, faiz borcu üzrə 232,10 manat, cərimə borcu üzrə 36,30 manat olmaqla ümumilikdə 1082,44 manat məbləğində borcu vardır. Yevlax Rayon Məhkəməsi xx.xx.2015-ci il tarixli, 2(039)-610/2015 saylı məhkəmə əmri ilə ərizəni təmin etmişdir. Borclu Cavabdeh həmin məhkəmə əmrinə əsas olmuş tələbə qarşı etiraz verərək, iş üzrə iddia icraatına keçirilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli qərardadı ilə məhkəmə əmrini ləğv edərək işi iddia icraatına keçirmişdir. Məhkəmə iclasında iştirak edən “xxxx” KB ASC-nin nümayəndəsi T.Piriyeva iddia tələbini müdafiə edərək bildirdi ki, “İddiaçı Lizinq Şirkəti” MMC ilə “xxxx” KB ASC arasında bağlanmış tələbin güzəşt edilməsi haqqında “Faktorinq” müqaviləsinə əsasən cavabdehin borclu olduğu vəsait təmsil etdiyi Bank tərəfindən lizinq şirkətinə ödənilmiş və buna görə borcu tələbetmə hüququ Banka keçmişdir. Hazırda cavabdehin Banka əsas borc üzrə ödənilməmiş 562,40 manat borcu var. Həmin məbləğin cavabdehdən Bankın xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, hər ay Bankın xeyrinə ödənişlər etməyinə baxmayaraq ondan borcun tələb edilməsi qanunsuzdur və iddia tələbinin təmin olunmamasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Lizinq şirkəti İddiaçı MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış 10-0021159 saylı, xx.xx.2013-cü il tarixli daxili lizinq müqaviləsindən görünür ki, lizinq şirkəti 895 manat məbləğində olan lizinq obyektini satıcıdan əldə etməyi və lizinq alana istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövriliklə lizinq ödənişlərini icra etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “tələb hüququnun keçməsi” haqqında xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC-nin 10-0021159 saylı, xx.xx.2013-cü il tarixli daxili lizinq müqaviləsi üzrə tələbetmə hüququ “xxxx” KB ASC-yə keçmişdir. İş materiallarında olan “xxxx” KB ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh 10-0021159 saylı, xx.xx.2013-cü il tarixli daxili lizinq müqaviləsi üzrə Banka 562,40 manat əsas borcu var. İş materiallarında olan Yevlax icra və probasiya şöbəsi tərəfindən verilmiş 52205/4 saylı, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, 2(039)-610/2015 saylı icra sənədi üzrə borclu Cavabdeh tərəfindən tələbkarın xeyrinə 533,04 manat pul ödənilmiş və 569,40 manat borcu qalmışdır. İşin araşdırılan hallarından müəyyən edilir ki, lizinq şirkəti müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan lizinq obyektini Cavabdeh vermiş, lizinq ödənişləri və faizlər hər ay ödənilməli olduğu halda ödənilməmiş və Cavabdeh Banka əsas borc üzrə 562,40 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsili pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Cavabdeh hər ay ödənişlər etdiyini və borc məbləği ilə razı olmadığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 562,40 manat pul tutulmalı, iddia qalan hissədə rədd olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, “məhkəmə əmrinin qəbul edilməsi barədə” ərizənin verilməsi üçün Bank tərəfindən ödənilmiş dövlət rüsumu, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə Cavabdeh aid edilməli, bu məqsədlə 20 manat məbləğində pul Cavabdeh Bankın xeyrinə, dövlət rüsumunun kəsirini təşkil edən 10 manat isə dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh lizinq müqaviləsi üzrə 562 (beş yüz altmış iki) manat 40 (qırx) qəpik məbləğində borc, habelə “məhkəmə əmrinin qəbul edilməsi barədə” ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi – 20 (iyirmi) manat məbləğində pul tutularaq iddiaçı “xxxx” KB ASC-nin xeyrinə, dövlət rüsumunun kəsirini təşkil edən 10 manat isə dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar