Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-770/2020 13.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏƏSMN-nin yanında DSMF-nin Yevlax şəhər şöbəsinə qarşı «sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi» haqqında mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏƏSMN-nin yanında DSMF-nin Yevlax şəhər şöbəsinə qarşı «sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxxx 1977-ci il tarixli əmək kitabçasında adının Əliusat kimi oxunması və həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah etdi ki, o xx xxxxxx 1955-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. Soyadı Verdiyev, adı Əliusat və atasının adı Mədətdir. Bu ona məxsus olan xx xxxxxx 1956-cı il tarixdə İ-İE 109331 №-li doğum haqqında şəhadətnamə və AZE 0******* saylı şəxsiyyət vəsiqəsi ilə də təsdiq olunur. Hal-hazırda yaşı və iş stajı ilə əlaqədar olaraq sosial pensiyaya çıxmaq istəyir. Əmək fəaliyyətində olmağına dair adına yazılmış xx xxxxxxx 1977-ci il tarixli əmək kitabçanda adı Əlövsəd yazıldığına görə onun xx xxxxxx 1976-cı il tarixdən xx xxxxxx 2004-cü il tarixədək olan dövr ərzində işlədiyi illərin sosial sığorta stajına qəbul edilməsi və ona əmək pensiyası təyin olunması barədə xahişi DSMF-nun Yevlax şəhər şöbəsi tərəfindən təmin edilməmiş və məhkəməyə müraciət etməyi bildirmişlər. Onun adının Əliusat olmasını özünə məxsus olan doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi də təsdiq edir. Ona görə də, xx xxxxxxx 1977-ci il tarixli əmək kitabçasında adının Əlövsəd yazılması səhv hesab edilib Əliusat kimi oxunması və həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası ƏƏSMN-nin yanında DSMF-nin Yevlax şəhər şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştrakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsın Azərbaycan Respublikası ƏƏSMN-nin yanında DSMF-nin Yevlax şəhər şöbəsinə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası ƏƏSMN-nin yanında DSMF-nin Yevlax şəhər şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixli məktubdan məlum olur ki, Ərizəçi məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxxx 1977-ci il tarixli əmək kitabçasının surətindən məlum olur ki, Verdiyev Əlövsəd Mədət oğlunun adına əmək kitabçası işlənmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 1956-cı il tarixli l-İE 109331 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, Ərizəçi xx xxxxxx 1955-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən xx xxxxxxxx 2011-ci il tarixdə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi xx xxxxxx 1955-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Yevlax şəhəri, S.Vurğun küçəsi mənzil 32-də qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinin tələbinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.1 və 307.2.11-ci maddələrinin tələbinə görə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə həmin şəxsə məxsus olması fatkını müəyyən edir. Məhkəmə iclasında təkzib edilməz sübutlarla müəyyən edilir ki, Ərizəçi xx xxxxxx 1955-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. 1976-cı il tarixdə işləməyə başlamış və adına xx xxxxxxx 1977-ci il tarixdə əmək kitabçası açılmışdır. Texniki səhv nəticəsində Ərizəçi adın əmək kitabçasında Əlövsəd kimi qeyd edirlmişdir. Ərizəçi pensiya təminatı ilə bağlı DSMF-nun Yevlax şəhər şöbəsində müraciət etsə də, ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx xxxxxxx 1977-ci il tarixli əmək kitabçasının ona məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Verdiyev Əlövsəd Mədət oğlunun adına işlənmiş xx xxxxxxx 1977-ci il tarixli əmək kitabçasının xx xxxxxx 1955-ci il tərixdə Mingəçevir şəhərində anadan olmuş, Yevlax şəhəri, S.Vurğun küçəsi mənzil 32-də qeydiyyatda olan və yaşayan Ərizəçi məxsusluğu faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 312-316 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Verdiyev Əlövsəd Mədət oğlunun adına işlənmiş xx xxxxxxx 1977-ci il tarixli əmək kitabçasının xx xxxxxx 1955-ci il tərixdə Mingəçevir şəhərində anadan olmuş, Yevlax şəhəri, S.Vurğun küçəsi mənzil 32-də qeydiyyatda olan və yaşayan Ərizəçi məxsusluğu faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Yevlax Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-770/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-770/2020
13.05.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver