Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-774/2020 26.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, ilkin iddia üzrə İddiaçı Cavabdehnə qarşı təbbi X2nın pozulması haqqında ******* saylı tərtib edilmiş akt əsasında müəyyən edilmiş 1123,20 manat məbləğin borc olaraq üzərindən silinməsinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı təbii X2 üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş 1223,20 manat zərərin əvəzin ödənilməsi barədə qarşılıqlı iddialarına dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X5 İstismarı İdarəsi tərəfindən tərtib edilmiş ******* saylı akt əsassız olaraq üzərinə yazılmış 1123,20 manat borc məbləğinin üzərindən silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, təbii X2nın pozulması haqqında ******* saylı akt əsassız olaraq barəsində tərtib edilmişdir. Onun evinə gələn təbii qaz xəttinin sayğacı həyətindən kənarda küçədə hasara bərkidilmişdir. O, sayğaca nəzarət edə bilmir. Bu onun imkanı xaricindədir. Eyni zamanda sayğacın mühafizəsi üçün onun heç bir öhdəliyi mövcud deyildir. Lakin xx xxxxxx 2019-cu il tarixli aktla ona Cavabdeh əməkdaşları tərəfindən qaz xəttinə qanunsuz müdaxilə edildiyinə görə 1123,20 manat cərimə yazılmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı təbii X2 üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzin ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin rədd edilməsi, iddiaçının qanunsuz hərəkətləri nəticəsində 1223,20 manat məbləğində dəymiş ziyanın Cavabdeh xeyrinə tutulması barədə qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı əsasız hesablanmış 1123,20 borcun silinməsi tələbi əsassız olduğun üçün rədd olunmalıdır. Çünki iddiaçı Müqavilənin 2.3.2-ci yarımbəndinin və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, sayğacdan kənar əlavə xətdən istifadə edərək təbii qazı talamışdır. Cavabdeh İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də iddiaçının fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar əlavə xətdən iddiaçının təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsdiqləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “təbii X2n pozulması haqqında” akt tərtib edilmişdir. Belə ki, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 1123,20 manat Cavabdehnə ziyan dəymişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 1123,20 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı ilkin iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən ilkin iddianın təmin olunmasını, qarşılıqlı iddianın isə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi-X3 qarşılıqlı iddia tələbini müdafiə edərək və qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən qarşılıqlı iddianın təmin olunmasını, ilkin iddianın isə təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb və tərəflərin izahatlarını dinləyib hesab edir ki, hər iki iddia rədd edilməli qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, Birlik tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli ******* nömrəli “Təbii X2nın pozulması haqqında aktdan” görünür ki, iddiaçının yaşadığı ünvanda quraşdırılan qaz sayğacına baxış keçirilməsi nəticəsində sayğaca gedən 20 mm-lik qaz xəttində sayğacdan kənar qeyri-qanuni xətt aşkar edilmişdir. Birliyin xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, iddiaçının evində olan qaz işlədicilərindən 3 gözlü qaz plitəsinin maksimal saatlıq qaz sərfi - 0.8 m3/saat, orta günlük iş rejimi -24 saat hesabat müddəti - 90 gün qəbul edilməklə, 2 ədəd dəmir sobanın maksimal saatlıq qaz sərfi – 2.8 m3/saat, orta günlük iş rejimi - 24 saat, hesabat müddəti - 90 gün qəbul edilməklə, QSQ-16 maksimal saatlıq qaz sərfi qaz sərfi 24 hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və 11232 m3 əlavə sərfiyyata görə borcun hesablanaraq ödənilməsi qərara alınmışdır. Tələbnamənin qəbul edilməsi üçün əsas xx.xx.2019-cu il tarixli ******* nömrəli akt olmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi ev ünvanı üzrə İddiaçı xx.xx.2019-cu il tarixli akt üzrə 1123,20 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasaən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 №li qərarı ilə təsdiq olunmuş “X2”nın 6.5-ci bəndində göstərilmişdir ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İşin araşdırılan hallarından görünür ki, abonentə hesablanmış 1123,20 manat borc abonentin qanunsuz hərəkətləri nəticəsində, yəni fərdi yaşayış evinə kənar qaz xətti çəkməsi və təbii qazdan qanunsuz istifadə etməsi nəticəsində hesablanmışdır və bu borc ilkin iddia tələbində mübahisələndirilir. Məhkəmə hesab edir ki, ilkin İddiaçı tərəfindən sayğaca qanunsuz müdaxilə olunduğundan ilkin iddia tələbi əsassızdır və rədd edilməlidir. Qarşılıqlı iddia tələbi 1123,20 manatın İddiaçı tutulması hissəsində əsaslı olduğundan qismən təmin edilməli, digər hissədə əsassız olduğundan təmin edilməməlidir. Qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 30 manat dövlət rüsumu ilkin iddia üzrə iddiaçıdan dövlət büdcəsinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı 1123,20 manat borc məbləğinin silinməsi tələbinə dair ilkin iddiası təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı 1123,20 manat məbləğində dəymiş ziyan Cavabdeh xeyrinə tutulsun. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 30 manat dövlət rüsumu İddiaçı dövlət büdcəsinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-774/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-774/2020
26.08.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver