Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-781/2020 05.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı qanunsuz çəkilmiş daşıyıcı qaz borusunun sökülərək qaydalara uyğun yenidən çəkilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin məhkəmədə baxılmağa hazırlanması üzrə keçirilən məhkəmə iclasında müəyyən etdi: İddiaçı Cavabdehnə (bundan sonra mətndə Cavabdeh İB) qarşı qanunsuz çəkilmiş daşıyıcı qaz borusunun sökülərək, qaydalara uyğun yenidən çəkilməsi tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, iddia ərizəsi üzrə işin məhkəmədə baxılmağa hazırlanması üzrə məhkəmə iclası xx xxx 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək məhkəmədən mülki işin məhkəmə baxışına verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh müvafiq olaraq məhkəmə iclasına gəlmədiyindən və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə iddia ərizəsi üzrə işin məhkəmədə baxılmağa hazırlanması üzrə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi üzrə mülki işin məhkəmədə baxılmağa hazırlanması üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia ərizəsində Cavabdeh İB tərəfindən qanunsuz çəkilmiş daşıyıcı qaz borusunun sökülərək qaydalara uyğun yenidən çəkilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qaz xəttinin yerinin dəyişdirilməsinin “Cavabdeh Layihə İnşaat” QSC tərəfindən iddiaçının hesabına həyata keçirilməsinin mümkün olduğu bildirilmişdir. İddiaçının tələbindən də göründüyü kimi hazırki mübahisə cavabdeh orqanın hərəkət (və ya hərəkətsizliyindən) yaranmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" xx xxxxx 2015-ci il tarixli 4 saylı Qərarının 13-cü bəndində qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 14-cü bəndində qeyd edilmişdir ki, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" xx xxxxx 2015-ci il tarixli 4 saylı Qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyilsə, hakim iş üzrə icraata xitam verir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 261.0.1. və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara alıdı: İddiaçı Cavabdehnə qarşı qanunsuz çəkilmiş daşıyıcı qaz borusunun sökülərək qaydalara uyğun yenidən çəkilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin məhkəmədə baxılmağa hazırlanması üzrə icraata xitam verilsin. İddiaçı izah olunur ki, hazırki iddia ərizəsində göstərilən tələblə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-781/2020
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-781/2020
05.05.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver