Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-795/2022 25.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı «sənədin şəxslərə məxsus olması faktının müəyyən edilməsi» haqqında mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı «sənədin şəxslərə məxsus olması faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, JN:366 kod 90100028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktında birinci ərizəçi olara səhv yazılmış adı “Xəzinə”nin “Xəzalə” və ikinci ərizəçi olaraq səhvən yazılmış soyadı “İbrahimov”un “İbrahimli” olması müəyyən edilərək həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi2 ərizəni müdafiə edərək izah etdi ki, Yevlax rayon Aqrar İslahat komissiyasının 04 iyul 1998-ci il tarixli 33 saylı qərarı ilə onlara və ailə üzvlərinə Yevlax rayonu, Qoyunbinəsi kəndində 0.91 ha həyətyanı torpaq sahəsi verilmiş və buna dair adlarına JN-366, kod 90100028 saylı şəhadətnamə işlənmişdir. Həmin şəhadətnamədə 1ci və 5-ci sıra sayında onlar qeyd olmuşdur. Dövlət aktında onlar müvafiq olaraq X9 və X2 göstərilmişlər. Torpaq şəhadətnaməsində onların adı səhv yazılmışdır. Sənəddə olan səhvi başqa formada aradan qaldırmaq mümkün olmadığından onlar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ərizəçi1 Ərizəçi2 izahatına oxşar eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsindən verilmiş 22 fevral 2022-ci il tarixli, **********80 saylı məktubdan görünür ki, Ərizəçi1 və Ərizəçi2 JN-366 KOD 90100028 saylı dövlət aktında düzəlişin edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 28 yanvar 1970-ci il tarixli AZ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X12 xx xxxxxx 1969-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 14 fevral 1989-cu il tarixli lV-JQ 474693 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən məlum olur ki, X3 ilə X12 arasında 14 fevral 1989-cu il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən torpağın mülkiyyətə verilməsinə dair JN-366 KOD 90100028 saylı dövlət aktının surətindən məlum olur ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 04 iyul 1998-ci il tarixli 33 saylı qərarı ilə X1, X5, X7, X4 və X8 0.91 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 09 mart 2022-ci il tarixli arayışından məlum olur ki, Ərizəçi2 xx xxx 1994-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Qoyunbinəsi kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinin 21 aprel 2022-ci il tarixli 985 saylı arayışından məlum olur ki, JN 366 kod 90100028 olan dövlət aktında göstərilən X9 və X6 adı və soyadları səhvən göstərilmişdir. Belə ki, X9 deyil Ərizəçi1, X10 deyil, Ərizəçi2 olmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinin tələbinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.1 və 307.2.11-ci maddələrinin tələbinə görə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə həmin şəxsə məxsus olması faktını müəyyən edir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanununun 9 və 10-cu maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il tarixli 534 №-li Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Məhkəmə iclasında təkzib edilməz sübutlarla müəyyən edilir ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 04 iyul 1998-ci il tarixli, 33 saylı qərarı əsasında ərizəçilərə və onların ailə üzvlərinə 0.91 hektar torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-366 KOD 90100028 saylı dövlət aktında texniki səhvə yol verilmiş ərizəçilər Ərizəçi2 və Ərizəçi1 adı səhv qeyd edilmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçilərin və ailə üzvlərinin adına verilmiş Yevlax rayon Aqrar İslahat Komissiyası tərəfindən tərtib edilmiş JN-366 KOD 90100028 saylı torpağa mülkiyyətə hüququna dair dövlət aktının Ərizəçi1 və Ərizəçi2 məxsusluğu faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 312-316 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçilərin və ailə üzvlərinin adına verilmiş Yevlax rayon Aqrar İslahat Komissiyası tərəfindən tərtib edilmiş JN-366 KOD 90100028 saylı torpağa mülkiyyətə hüququna dair dövlət aktının Ərizəçi1 və Ərizəçi2 məxsusluğu faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Yevlax Rayon Məhkəməsi vasitəsilə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-795/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-795/2022
25.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver