Məhkəmə qərarları › İş №2(039)-804/2023

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-804/2023

01.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-804/2023 01.05.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsini maraqlı şəxs qismində qeyd etməklə, ərizə ilə ünvan 1 ünvanında daşınmaz əmlaka dair verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarış ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Ərizəçi iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, ərizəçi tərəfindən 27 aprel 2021-ci il tarixli ********** saylı çıxarışın ona məxsus olunmasına dair iddia irəli sürsə də, həmin iddia ərizəsi üzrə üçün lazımı sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-cı maddəsində göstərilir ki, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1 - 150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamş saxlanılmalı və bu səbəbdən xx.xx.2023-cü il tarixli ********** saylı qəbzlə ödənilmiş dövlət rüsumu Ərizəçi qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə tərəflər məhkəmə iclasına gəlmədiyindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən ərizə baxılmamış saxlanılmalıdır. İddia ərizəsi baxılmamış saxlanlanıldığından ödənilmiş dövlət rüsumu olaraq ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 114.1.5, 259.0.6, 263, 264 və 267-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi “sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair” iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2023-cü il tarixli ********** saylı qəbzə əsasən ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar