Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-805/2025 13.08.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ X13 Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Yevlax rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə işə 12 avqust 2025-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Rəhimova Ərizəçi maraqlı orqan Yevlax rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, birinci dərəcəli əlil övladı xx.xx.1986-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Rəhimova Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, xx.xx.1986cı il təvəllüdlü X8 anadangəlmə lal-kardır, onunla birgə yaşayır və əmək qabiliyyətsizdir. X1 əqli geriliyi vardır, onun xəstə olması müəyyən mülki hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. X1 üzərində qəyyum təyin edilməyi barədə Yevlax şəhər İcra Hakimiyyətinə müraciət etmiş, lakin tələbi təmin edilməmiş və ona məhkəməyə müraciət etməyi bildirmişlər. Ona görə də məcburiyyət qarşısında qalıb X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs Yevlax rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxs Yevlax rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli 403 saylı Rəydə qeyd olunmuşdur ki, X2 pozğunluğu və lal-karlıqla müşayiət olunan orta dərəcəli ədli gerilik xəstəliyi keçirməsi səbəbindən öz hərəkətlərinin mənasını başa düşmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. Yoxlanılan şəxs X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. İş materiallarında olanvə məhkəmə iclasında tədqiq edilən Xİ-ЖГ 308396 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1986-cı il tarixdə Yevlax rayonunda anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X6 H52.2 Astiqmatizm,X3 diaqnozu ilə birinci dərəcəli əlillik verilmişdir. İş materiallarında olanvə məhkəmə iclasında tədqiq edilən AA ******* saylı Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olanvə məhkəmə iclasında tədqiq edilən AZE ******** saylı Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə Yevlax rayonunda anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının Qoyunbinəsi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təqdim olunmuş 08 fevral 2025-ci il tarixli, 5-9-10/2-29/2025 saylı Arayışda qeyd olunur ki, X8 atası, Ərizəçi himayəsindədir və onunla birgə yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Yevlax Rayon Məhkəməsinə 100.40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 320.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsində göstərilir ki, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 05 sentyabr 1986-cı il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 320, 321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1986-cı il tarixdə doğulmuş X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. X14
Məhkəmə qərarları › İş №2(039)-805/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-805/2025
13.08.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver