Məhkəmə qərarları › İş №2(039)-806/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-806/2022

28.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-806/2022 28.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi, maraqlı şəxs olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsini qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Yevlax rayon Aqrar İslahat Komissiyası tərəfindən tərtib edilmiş JN-690A KOD 90100028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının X6 və X10 məxsusluğu faktının müəyyən edilməsinə dair qətnamə çıxarımasını xahiş etmişdir. İşin halları: Ərizə belə əsaslandırılmışdır ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 04 iyul 1998-ci il tarixli, 33 saylı qərarı ilə ailə üzvlərinə Yevlax rayonu Qoyunbinəsi kəndində həyətyanı sahə, fərdi yaşayış evi üçün 0.22 ha torpaq sahəsi verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon Şöbəsi tərəfindən tərtib edilmiş JN- 690A KOD 90100028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktında mülkiyyətçi olan atası X4 ata adı qrafasında səhvən “Müslüm” kimi və digər mülkiyyətçi olan anası X8 ad və ata adı qrafasında səhvən “Aşa Səid qızı” kimi qeyd edilmişdir. X1 və X14 olaraq qeyd edilməlidir. Hazırda Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən həmin torpaq sahəsinə dair Dövlət Reyestrindən çıxarışın və texniki pasportun alınması tələbi ilə DƏDRX-nin 17 Saylı Ərazi İdarəsinə müraciət etmişlər, lakin torpağa mülkiyyət hüququna dair Dövlət aktında olan uyğunsuzluqlarla bağlı ərizənin icrasının mümkün olmadığı barədə bildiriş göndərilmişdir. Hazırda qeyd edilən faktın başqa formada bərpası mümkün olmadığından ərizə ilə məhkəməyə, müraciət etmişdir. Tərəflərin izahatları: Ərizəçi iclas zamanı ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs DƏDRX 17 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, nümayəndəsinin iclasda iştirakını təmin etməmiş, bunun səbəbi barədə məlumat verməmişdir. Sübutlar: X5 bildirmişdir ki, Ərizəçi onun qohumudur. Yevlax rayonu, Qoyunbinəsi kəndində 0,22 ha torpaq sahəsi onun valideynlərinin mülkiyyətlərinə ayrılmışdır və buna dair JN- 690A KOD 90100286 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Əslində Ərizəçi babasının adı Müsülüm olmuşdur. Anasının adı isə Alma, ata adı isə Səyid olmuşdur. X3 bildirmişdir ki, Ərizəçi onun qohumudur. Ərizəçi babasının adı Müsülüm, anasının adı isə Alma, ata adı isə Səyid olmuşdur. Yevlax rayonu, Qoyunbinəsi kəndində 0,22 ha torpaq sahəsi Ərizəçi valideynlərinin mülkiyyətlərinə ayrılan aman Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə onların ad və ata adları səhv qeyd edilmişdir. DƏDRX 17 saylı Ərazi İdarəsinin 04 mart 2022-ci il tarixli **********24 nömrəli məktubunda qeyd olunur ki, təqdim edilmiş sənədlər idarənin arxiv materialları və elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və araşdırma nəticəsində məlum olmuşdur ki, ləğv edilmiş DT və XK-nin Yevlax rayon şöbəsi tərəfindən verilmiş JN-690A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən “Müslüm” və “Aşa Səid qızı” ilə ölüm haqqında şəhadətnamələrdəki “Müsülüm” və “ Alma Səyid qızı” arasında uyğunsuzluq mövcuddur. Müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı bir düzəlişin edilərək yazılması 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsində qeyd edildiyi kimi Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. KOD 90100028 JN-690A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən müəyyən olunur ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 04 iyul 1998-ci il tarixli 33 nömrəli qərarı ilə Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən 0.22 hektar torpaq sahəsi X7 və X13 mülkiyyətinə verilmişdir. AZ-İİ 249251 №-li 25 fevral 2022-ci il tarixli Ölüm haqqında şəhadətnamənin sürətindən müəyyən olunur ki, X11 07.09.2001-ci il tarixdə ölmüşdür. AZ-İİ 249252№-li 25 fevral 2022-ci il tarixli Ölüm haqqında şəhadətnamənin sürətindən müəyyən olunur ki, X14 10.10.2022-ci il tarixdə ölmüşdür. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Malbinəsi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 937 №-li, 01 fevral 2022-ci il tarixli arayışında qeyd olunur ki, JN-690A KOD 90100028 olan şəhadətnamədə göstərilən X9 yazılmışdır. X2 olmalıdır. Hüquqi məsələlər: Mülki Prosesual Məcəllə Maddə 305.1.1. məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.5. məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Ərizəçi valideynləri olan X6 və X10 Yevlax rayon Aqrar İslahat Komissiyasının 04 iyul 1998-ci il tarixli 33 nömrəli qərarı ilə, Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən 0,22 ha torpaq sahəsi ayrılmışdır. Lakin, bu barədə onlara JN-690A KOD 90100028 №-li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilərkən şəhadətnamədə texniki səhv olaraq mülkiyyətçi Kamil Əsgərovun ata adı səhvən “Müslüm” kimi, digər mülkiyyətçi Alma Əsgərovanın adı səhvən Aşa, ata adı isə Səid kimi qeyd edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, mövcud sənədlərlə JN- 690A KOD 90100028 №-li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ərizəçinin atası X6 və anası X10 məxsus olması təsdiq olunur, bu, ərizəçiyə torpaq üçün mülkiyyət hüququna dair çıxarışın və texniki pasportun alınması üçün lazımdır, ərizəçi həmin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməz və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Şərh edilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən 0,22 ha torpaq sahəsinə aid JN-690A KOD 90100028 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X6 və X10 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar