Məhkəmə qərarları › İş №2(039)-807/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-807/2023

12.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-807/2023 12.04.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra mətndə "xxxx" ASC) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız olaraq hesablanmış 878.02 manat məbləğində cərimə borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1961-ci ildə Ağdan rayonu, Seyidili kəndində anadan olmuşdur. Məcburi köçkündür. Hazırda müvəqqəti olaraq Yevlax şəhər İnternat məktəbinin inzibati binasında yaşayır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli R seriyalı 271886 №-li akt tərtib edilərək müəyyən edilmişdir ki, bir fazalı Smart kart tipli elektrik sayğacından kənar, yəni şitdən birbaşa xətt çəkilmiş, kənar xətdən keçən yük P=6,7 kv.t, həmin akt əsasında ona 878.02 manat cərimə hesablanmışdır. Lakin o, həmin məbləği qətiyyən qəbul etmir. Həmin pulu ödəmək iqtidarında deyildir. Belə ki, o, 3-cü qrup gözdən əlildir. Hazırda isə güclü paraliç keçirmiş və yataq xəstəsidir. Fiziki və maddi vəziyyəti olduqca ağırdır. Cüzi pensiya alır ki, həmin pul da heç onun dərmanlarını ödəmir. Yeməyə çörəyə belə tapa bilmir. 878.02 manat onun üçün əlçatmaz bir rəqəmdir. Ona görə də ağır vəziyyətdə olan bir şəxs kimi köməklik edilməsini xahiş bundan başqa o, kənar xətt qoşan günü əməkladaşlar tərəfindən bu hal aşkar edilmişdir. Bir günə isə 878.02 manat sərfiyyat işlətmək qətiyyən qəbul edilməzdir. O, obyekt işlətmir və ya hər hansısa bir yüksək enerji sərf edən quruğulardan istifadə etmir. Yararsız vəziyyətdə olan bir yerdə qalır və gün ərzində maksimum 1-2 manatlıq enerjidən istifadə edir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırda güclü paraliç keçirmiş və yataq xəstəsidir, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı cərimənin silinməsi tələbinə dair mülki işin xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasını onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dair etirazda və izahatında göstərdi ki, iddiaçının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız olaraq hesablanmış 878.02 manat borcun silinməsi tələbinə dair iddiasını qanunsuz və əsassız hesab edir. Belə ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASCnin Yevlax EŞ-nin əməkdaşları tərəfindən Yevlax rayonunda yaşayan elektrik elerjisi istehlakçıları (məşət abonentləri) tərəfindən müvafiq istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılarkən iddiaçının da internat məktəbində məskunlaşaraq yaşadığı mənzildə bir fazalı “smart kart” tipli elektrik sayğacından “kənar xətt” vasitəsi ilə birbaşa X1 etdiyi məlum olmuşdur. “Kənar xətt”dən keçən yük xüsusi ölçmə vasitəsi olan “ampermaşa” ilə ölçüldükdə xəttdən keçən yük P=6,7 kvt olduğu müəyyən edilmişdir. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar elektrik enerjisinin iştehlakçısı (məişət abonent) kimi Yevlax EŞ-nin “Poroqram bazasında **********7 saylı istehlakçı kodu ilə qeydiyyada olan iddiaçı barəsində “X1 qaydalaraını pozulması haqqında R № 271886 nömrəli akt tərtib edilmişdir. Aktın tələb hissəsində “kənar xətt ləğv edilsin” qeydiyyatı aparılmışdır. Akt enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən imzalanmışdır. Aktın tərtibində iddiaçının nümayəndəsi qismində yoxlama zamanı mənzildə olan Tərbiyə Allahvardiyeva adlı qadın iştirak etməsinə baxmayaraq akta imza etməkdən imtina etmişdir. İddiaçı tərəfindən elektrik enerjisindən “kənar xətt” vasitəsi ilə qanunsuz istifadə edilməsi faktının mobil telefon vasitəsi ilə video çəkiliş aparılmışdır. İddiaçı barəsində tərtib edilmiş R № 271886 nömrəli akta əsasən “Mərkəzi Aran” RETS-də fəaliyyəti göstərilən aktlar üzrə komissiya tərəfindən sutkanın 24 saat nəzərə alınmaqla 60 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 878.02 manat təşkil edən 6754 kvt saat miqdarında qanunsuz istifadə nəticəsində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. İddiaçının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız olaraq hesablanmış 878.02 manat borcun silinməsi tələbinə dair iddia tələbi əsassız və qanunsuz olduğuna görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 271886 №li aktından görünür ki, "xxxx" ASC-nin əməkdaşları E.Nuriyev, E.Səfərli, A.Məmmədov və V.İsmayılov tərəfindən İddiaçı Yevlax rayonunda internat məktəbində məskunlaşaraq yaşadığı mənzildə (abunə kodu **********7) “X1 Qaydaları”na riayət olunması yoxlanılarkən müəyyən olunmuşdur ki, ünvanda olan 1 fazalı hesabat sayğacının hesab mexanizmi keçən yükü qeyd etmir, sayğac dayanıb, ölçmə zamanı dövrədən axan yük Pfakt=6,7 kvt təşkil edir. Akta əsasən elektrik sayğacının yeni elektron tipli sayğacla əvəz olunması və uçot EEİQ-na uyğun olaraq bərpa edilməsi tələb edilmişdir. "xxxx" ASC-nin “Texniki sahə üzrə tələblər” adlı icra vərəqindən görünür ki, müvafiq olaraq 271886 №li xx.xx.2022-ci il tarixli akta əsasən aşkar edilmiş elektrik hesabat sayğacının işləməməsi halı ilə əlaqədar qeydə alınmamış elektrik enerjisinin miqdarı kimi istehlakçıya P=6.7 kVt W=6.7 kVt x24 s x60 g x 0.7= 6754 kVts 6754 kVts 6754 kVts x 0,13=878.02 manat əlavə sərfiyyat hesablanmışdır. Abunə haqqında məlumatdan görünür ki, abonentə akta əsasən isə 878,02 manat məbləğində borc hesablanmışdır. İş materiallarına əlavə olunmuş CD diskdən görünür ki, xx.xx.2022-ci il tarixdə ”Azərişıq” ASC-nin əməkdaşları E.Nuriyev, E.Səfərli, A.Məmmədov və V.İsmayılov tərəfindən İddiaçı Yevlax rayonunda internat məktəbində məskunlaşaraq yaşadığı mənzildə (abunə kodu **********7) “X1 Qaydaları”na riayət olunması yoxlanılarkən həmin mənzildə bir fazalı Smart kart tipli elektrik sayğacından kənar, yəni şitdən birbaşa kənar xətt çəkildiyi aşkar edimiş, həmin fakt aşkarlanarkən iddiaçının arvadı Tərbiyə Allahverdiya da orada iştirak etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş X1 Qaydalarında dəyişiklik edilmişdir. Həmin Qərarla “Qaydalar”ın 8.32 və 8.33-cü bəndləri çıxarılaraq 8.17-ci bəndi yeni redaksiyada verilmişdir. Qaydalarının 8.17-ci bəndinə əsasən “İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablan. 8.17-1-ci bəndinə əsasən “ İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2-ci bəndinə əsasən “ İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydalarınci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş apamİomaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. ” Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Mübahisələndirilən aktdan görünür ki, enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən “X1 Qaydaları”nın yuxarıda qeyd olunan tələbləri nəzərə alınmaqla akt tərtib olunarkən abonentin (ailə üzvü yəni arvadı Tərbiyə Allahverdiya iştirak etsədə aktı imzalamaqdan imtina etmişdir) və iki nəfər hal şahidinin iştirakı təmin edilmişdir. Bununla yanaşı məhkəmə araşdırması zamanı iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunmuşdur ki, iddiaçıya məxsus ünvana verilən elektrik enerjisini qeydə alan elektrik xəttinə kənar müdaxilə olunaraq əlavə xətt quraşdırılmışdır ki, yuxarıda qeyd olunan “X1 Qaydaları”na görə bu hal yolverilməzdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmamalı, xx.xx.2022-ci il tarixli 271886 №li akta əsasən hesablanmış 878,02 manat məbləğində elektrik enerjisi borcu İddiaçı abunə hesabından silinməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbi haqqında iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar