Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-818/2023 27.09.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər X4, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsinə və Cavabdeh3 QSC-yə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin girovdan çıxarılması və məhkəmə xərclərinin cavabdehlərdən alınaraq onun xeyrinə tutulması tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X4, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsinə və Cavabdeh3 QSC-yə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin girovdan çıxarılması və məhkəmə xərclərinin cavabdehlərdən alınaraq onun xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, onun xüsusi mülkiyyətində daxil olan Shacman markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin, 1-ci cavabdeh X3 mülkiyyətində keçirilməsi ilə bağlı, 2-ci Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsi Baş X19 İdarəsinin Qeydiyyat İmtahan və X17 (Yevlax Regional) tərəfindən tərtib edilmiş 12 fevral 2020-ci il tarixli saxta Nəqliyyat vasitəsiinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Shacman markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1-ci cavabdeh X6 tərəfindən, 3-cü Cavabdeh3 QSCnin 20 yanvar filialına qoyulmuş girovdan çıxarılması, məhkəmə xərclərinin 100 manat dövlət rüsumunun və 210 manat vəkil xidməti üçün Yevlax şəhər Vəkil Bürrosunun hesabına tərəfindən ödənilən pul vəsaitlərinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, sonradan iddia tələbini dəqiqləşdirərək iddia ərizəsində qeyd olunan tələbi tam həcmində və əlavə olaraq Cavabdeh3 QSC ilə X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 005M**********01 saylı ipoteka müqaviləsinin etibarsızlığını nəzərdə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Shacman markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olmuşdur. Həmin avtomobli cavabdeh X6 və digər cavabdeh Yevlax Rayonlararası Qeydiyyat İmtahan və X17 tərəfindən saxta alıq-satqı müqaviləsi əsasında birincinin Cavabdeh1 mülkiyyətinə keçirilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli Nəqliyyat vasitəsinin alıq-satqı müqaviləsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsinin Yevlax Rayonlararası Qeydiyyat İmtahan və X17 tərəfindən tərtib edilmiş, həmin müqavilədə iddiaçı satıcı (əslində onun iştirak etməmiş,) cavabdeh X6 isə alıcı tərəf kimi iştirak etmiş və müqavilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsinin Qeydiyyat İmtahan və X11 (Yevlax Regional) möhürü ilə təstiq edilmişdir. Nəqliyyat vasitəsinin satış qiyməti 45 000 (qırx beş min) manat dəyərləndirilmişdir. Ona məxsus Shacman markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin orta bazar qiyməti 60 000 (altmış min) manatdır və o həmin avtomaşının cavabdeh Kənan Abdullazadəyə satacağı təqdirdə, aralarında olan qarşılıqlı razılaşma (qiymətlə bağlı) 60 000 (altmış min) manat məbləğində olmuşdur. Qeyd edilən nəqliyyat vasitəsi cavabdeh Kənan Abdulazadənin istifadəsində olduğu zaman, yəni 2022-ci ilin mart ayında, cavabdeh K.Abdullazadə, borcun etirafı ilə bağlı qəbz yazaraq ona vermiş və avtomobilin dəyəri olaraq 60 000 (altmış min) manat borclu olması ilə bağlı qəbz yazıb vermişdir. Əslində, o, hazırda mübahisələndirilən 12 fevral 2020-ci il tarixli müqavilədə tərəf kimi iştirak etməmiş, "satıcı Cabbarov R" qeydinin qarşısındakı imza ona məxsus deyildir. Düzdür, cavabdeh X7 ilə onun aralarında hüquq münasibəti olmuşdur yəni ona sözügedən avtomobillə bağlı etibarnamə vermiş, lakin, cavabdeh X5 onun avtomobilinin dəyərini ödəməmiş, eyni zamanda saxta müqavilə əsasında, avtomobili öz mülkiyyətinə keçirmişdir. Əgər, onun cavabdehə verdiyi etibarnamə əsas götürülərək, Shacman markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh X1 mülkiyyətinə keçmişdirsə, bu hal da tam qanunsuzdur. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. İddia tələbi üzrə, mübahisə predmeti olan Shacman markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil və ona məxsus digər avtomobil cavabdeh Kənan Abdullazadənin istifadəsində olduğu zaman, cavabdeh K.Abdullazadə öz xətti ilə qəbz yazıb vermişdir və etiraf etmişdir ki, hər iki avtomobil ona məxsusdur və onda, yalnız istifadə üçündür. O, bir müddətdən sonra, yəni 2020-ci ilin fevral ayının əvvəllərində cavabdeh K.Abdullazadənin xahişi ilə, ona baş etibarnamə (sərəncam vermək hüququ üzrə) vermişdir. Cavabdeh ondan həmin etibarnaməni 2 günlük istəmişdir və bildirmişdir ki, Gürcüstana gedib qayıdacaqdır. Buna görə də, sərəncam vermək hüququ ilə etibarnamə lazımdır. Daha sonra isə, o həmin etibarnaməni ləğv etdirmişdir. Bundan sonra, cavabdeh X5, saxta alqı-satqı müqaviləsi əsasında Shacman markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili öz mülkiyyətinə keçirdikdən sonra, həmin əmlakı, 3-cü cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 20 Yanvar filialına girov qoymuş və kredit pul vəsaiti götürmüşdür. Bununla bağlı 1-ci cavabdeh X5 ilə 3-cü cavabdeh "xxxx" QSC- arasında xx.xx.2020- ci il tarixdə müqavilə bağlanmışdır. Mübahisə predmeti olan Shacman markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin Girov qoyulması üçün, 3-cü cavabdeh xx.xx.2020-ci il tarixli məktub vermişdir. Saxta alqı-satqı müqaviləsi əsasında, o cümlədən avtomobilin dəyəri onun ödənilmədi halda, Shacman markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin 1-ci cavabdeh X3 mülkiyyətində qalmaqla, həmin avtomobilin 3-cü cavabdeh "xxxx" QSC-də girov qalması onun mənafeyimə toxunur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 QSC-nin nümayəndəsi X10 iddia tələbini qəbul etmədiyini bildirərək Cavabdeh1 məxsus olan “Shacman” markalı ** BF *** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili ipoteka müqviləsi ilə girov qoyulduğunu bildirmiş və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə verdikləri etiraza uyğun izahat verərək, iddianın rədd edilməsini xahiş etdi. Eyni zamanda cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, iddiaçının tələbinədə göstərdiyi heç bir hall öz əksini tapmamışdır. Belə ki, ərzədə qeyd edir ki, imzalar ona məxsus deyildir. Lakin ekspertiza rəyindən də aydın görünür ki, sözügedən imzalar iddiaçı tərəfindən icra olunmuşdur. Belə olan halda müqavilənin etibarsızlığı üçün heç bir əsas yoxdur. İddiaçının bildirdikləri özüözlüyündə təkzib olunur. Müqavilənin etibarlılıq şərtlərindən biri tərəfindən qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). 2-ci iddiaçı müqavilənin bağlanmasında qiyməti mübahisələndirir. Qiymət tərəflər arasında razılaşma ilə müqavilədə öz əksini tapır. Əgər imza iddiaçıya aiddirsə və iddiaçı əsaslı bir səbəb gətirmirsə bu müqavilənin etibarsızlığı üçün əsas ola bilməz. 3-cü onu da nəzərə almaq lazımdır ki, iddiaçı bildirir ki, müqavilə bağlandığı vaxtdan etibarsızdır və onların razılaşması fərqli olub. Pulun məbləğini mübahisələndirir. İmza isə ekspert rəyi ilə onun tərəfindən icra olunmasını təstiq edir. İddiaçının dediyi kimi müqavilənin bağlandığı tarixdən etibarsızlığı ona məlum idisə belə olan halda müddət də keçmişdir və 1 illik iddia müddəti tətbiq edilməlidir. (Konstitusiya Məhkəməsinin 2 aprel 2021-ci il tarixli qərarı). Butün göstərdiyim hallar iş materialları ilə bir-birini tamamlayır və iddianın əsassız olmasına əsas verir. Bu səbəbdən də iddianın rədd edilməsini xahiş edir. Cavabdehin Bankın nümayəndəsi Nicat Ələkbərov məhkəməyə ərizə göndərərək, işə nümayəndənin iştirakı olmadan baxıb iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X20 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X20 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, 309-4540-1222 saylı məktubdan görünür ki, Shacman markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil DİN-nin mərkəzi informasiya sistemində olan məlumata əsasən hal-hazırda Cavabdeh1 adında qeydiyyatdadır. Həmin avtomobil alqısatqı müqaviləsi əsasında Cavabdeh1 adına rəsmilışdirilmişdir. Shacman markalı ** BF *** dövlət qeydiyyat nişanlı Cavabdeh3 QSC-nin 20 Yanvar filialının xx.xx.2020-ci il tarixli məktubu əsasında xx.xx.2020-ci il tarixdə girov qoyulmuşdur. xx.xx.2020-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı məxsus olan Shacman markalı ** BF *** dövlət nişanlı avtomobili alıcı Cavabdeh1 40000 (qırx min) manat satılmışdır. AD seriyalı 033385 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Shacman” markalı ** BF *** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili sahibi İddiaçıdur. xx.xx.2020-ci il tarixli Nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında araışdan görünür ki, Cavabdeh1 məxsus olan “Shacman” markalı ** BF *** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili keçirilmiş müəayinənin və yoxlamanın nəticəsində həbsdə, girovda və axtarışda yoxdur. AD seriyalı 699331 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Shacman” markalı ** BF *** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili sahibi Cavabdeh1dur. xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA 140081 №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Cavabdeh1 məxsus olan “Shacman” markalı ** BF *** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2020-ci il tarixdən xx.xx.2030-ci il tarixdək Cavabdeh3 QSC-yə girov qoyulmuşdur. 13 fevral 2020-ci tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 ASC-nin “20 Yanvar” filialı tərəfindən Cavabdeh1 illik 28 faiz dərəcəsi ilə, 120 ay müddətinə 300.000 manat məbləğində kredit verilmiş və həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh1 məxsus, “Shacman” markalı ** BF *** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili ipoteka ilə yüklü edilmişdir. xx.xx.2020-ci il tarixli, ƏN-Vİİ № 141974 saylı nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, mülkiyyətçi (təmsil edilən) İddiaçı məxsus olan “Shacman” markalı ** BF *** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili etibar edilən Cavabdeh1 sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyatda salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqlarını yerinə yetirilməsilə əlaqədar adımdan ərizə vermək, digər hərəkətlərə edilməsi ilə bağlı etibarnamə bir il müddətinə verilib və xx.xx.2021-ci il tarixədək qüvvədədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/724 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 2(039)- 818/2023-cü il nömrəli mülki işin 74-cü vərəqəsində olan xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsində “Cabbarov R” yazısı qarşısındakı imzanın, i/v 73-də olan Daxil İşlər Nazirliyi Baş X20 İdarəsinin Yevlax X8 və X16 ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədə “Şəxsi imzası” qrafasındakı imzanın İddiaçı tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmaması tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/1249 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 2(039)-818/2023-cü il nömrəli mülki işin 74-cü vərəqəsində olan xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsində “Cabbarov R” yazısı qarşısındakı imza ilə həmin sənəddə “Abdullazadə K” yazısı qarşısındakı imza, i/v 73-də olan Daxil İşlər Nazirliyi Baş Dpvlət Yol Polis İdarəsinin Yevlax X8 və X16 ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədə “Şəxsi imzası” qrafasındakı imza – ehtimal ki, eyni şəxsi tərəfindən icra olunmuşdur. Məhkəmə tərəfindən tədqiq olunan yuxarıda sadalanmış iddiaçının izahatına uyğun olaraq bir-birini tamamlayan sübutlarla da açıq-aşkar müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan “Shacman” markalı ** BF *** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı Cavabdeh1 sürücülük hüququ olduqda həmin əmlakı idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyatda salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqlarını yerinə yetirilməsilə əlaqədar mülkiyyətçinin adından ərizə vermək, digər hərəkətlər edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixdə notarial təsdiq edilmiş etibarnamə vermiş, Cavabdeh1 isə İddiaçı mülkiyyətində olan sözügedən nəqliyyat vasitəsini sonuncunun iştirakı olmadan X20 İdarəsinin Yevlax X8 və X13 xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında öz mülkiyyətinə keçirmiş, növbəti gün yəni xx.xx.2020-ci il tarixdə Cavabdeh3 ASC-nin “20 Yanvar” filialı ilə bağlanmış ipoteka müqaviləsi əsasında həmin nəqliyyat vasitəsini ipoteka yüklü etmişdir. Daha sonra iddiaçının bundan məlumatı olmuş və sözügedən hər iki müqavilənin etibarsızlığı ilə bağlı məhkəmədə hazırki iddanı qaldırmış, mülki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ASC adıçəkilən iddianın əsassız olmasını bildirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 271.1-ci maddəsinə əsasən Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. 337.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.2-ci maddəsinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. 352-ci maddəsinə əsasən əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. 359.2-ci maddəsinə əsasən özgə mənafeyi üçün olsa da, öz adından fəaliyyət göstərən şəxslər (kommersiya vasitəçiləri, müflisləşmə zamanı müsabiqə idarəçiləri, vərəsəlik zamanı vəsiyyət icraçıları və i.a.), habelə gələcəkdə mümkün ola biləcək əqdlər barəsində danışıqlara başlamağa vəkil edilmiş şəxslər təmsilçi deyildirlər. 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. 359.4-cü maddəsinə əsasən xarakterinə görə yalnız şəxsən bağlana bilən əqdlərin, eləcə də bu Məcəllədə göstərilən digər əqdlərin təmsilçi vasitəsilə bağlanmasına yol verilmir. 360.1-ci maddəsinə əsasən əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun 02 aprel 2021-ci il qərarında qeyd olunur ki, Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələrinə görə, əhəmiyyətsiz əqd bağlandığı andan etibarsız əqd olaraq heç bir hüquqi nəticəyə, yəni hüquq və öhdəliklərin yaranmasına səbəb ola bilməz, bu zaman əhəmiyyətsiz əqd üzrə alınanların geri qaytarılması üçün iddia qaldırmaq hüququnun müddətlə məhdudlaşdırılmış olması haqlı olaraq mübahisəyə səbəb olur. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd edir ki, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (324.5-ci maddə) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasaən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə hesab edir ki, mülki işdə olan ekspert rəyinə hüquqi qiymət verilərək həmin rəylər sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Republikası MPMnin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bu səbəbdən məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşaraq belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Məhkəmə ekspertizanın verdiyi rəyi hazırki real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edərək, onunla razılaşmışdır. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə qeyd edir ki, İddiaçı X20 İdarəsinin Yevlax X8 və X13 bağlanmış xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsində iştirakı istisna olunur, bu hal müvafiq ekspert rəyi ilə öz təsdiqini tapır (nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsində “Cabbarov R” yazısı qarşısındakı imza ilə həmin sənəddə “Abdullazadə K” yazısı qarşısındakı imza, habelə həmin şöbəyə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədə “Şəxsi imzası” qrafasındakı imza – ehtimal ki, eyni şəxsi tərəfindən icra olunmuşdur). Qeyd olunan hal isə bəhsi gedən əqdin - nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin bilavasitə etibarsızlığına əhəmiyyətli dərəcədə rəvac verdiyindən həmin əqd etibarsızdır. Eyni zamanda məhkəmə bildirir ki, Mülki Məcəllənin 352-ci maddəsindən də məlumdur ki, mübahisələndirilən alqı-satqı müqaviləsi rəsmiləşdirilməsə idi Cavabdeh3 ASC ilə Cavabdeh1 arasında sözügedən ipoteka müqaviləsi bağlana bilməzdi. Odur ki, bu hal da xx.xx.2020-ci il tarixdə Cavabdeh3 ASC-nin “20 Yanvar” filialı ilə Cavabdeh1 arasında bağlanmış ipoteka müqaviləsinin etibarsızlığına əsasdır. Beləliklə, qeyd olunanlardan iddiaçının dəlillərinin əsaslı, cavabdehlərin etirazının isə əsassız olduğu müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər, habelə 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Beləliklə, qeyd olunanlardan iddiaçının dəlillərinin əsaslı, cavabdehlərin etirazının isə əsassız olduğu müəyyən olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsinin Yevlax Rayonlararası Qeydiyyat İmtahan və X17 tərəfindən tərtib edilmiş satıcı İddiaçı ilə alıcı X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Shacman” markalı ** BF *** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alıq-satqı müqaviləsi və Cavabdeh3 QSC ilə X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 005M**********01 saylı ipoteka müqaviləsi etibarsız hesab edilməlidir. Həmin əqdin etibarsızlığının nəticələri ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər həmin Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu da “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 05 dekabr 2011-ci il tarixli Qərarında da xüsusilə göstərmişdir ki, məhkəmələr tərəfindən əqd etibarsız olduqda, tərəflərin hüquqi statusu ilkin (əvvəlki) vəziyyətə qaytarılmalı, etibarsız əqddən irəli gələn məsələlər həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul və 210 manat vəkil xidməti cavabdehdən iddiaçının xeyrinə, ekspertiza tədqiqatının dəyəri olan 252 manat pul isə cavabdehdən Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsinin Yevlax Rayonlararası Qeydiyyat İmtahan və X17 tərəfindən tərtib edilmiş satıcı İddiaçı ilə alıcı X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Shacman” markalı ** BF *** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alıq-satqı müqaviləsi və Cavabdeh3 QSC ilə X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 005M**********01 saylı ipoteka müqaviləsi etibarsız hesab edilsin. Məhkəmə xərcləri olan 100 manat dövlət rüsumu və 210 manat vəkil xidməti üçün Yevlax şəhər Vəkil Bürosunun hesabına iddiaçı tərəfindən ödənilən pul vəsaitləri vəmi 310 manat pul cavabdeh ilə X2 tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 252 (iki yüz əlli iki) manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-818/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-818/2023
27.09.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver