Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-836/2020 04.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, İddiaçı “xxxxxxxx” X3 (ASC) Cavabdeh qarşı istehlak edilmiş elektrik enerjisi haqqının ödənilməsi tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Kreditor “xxxxxxxx” ASC borclu Cavabdeh qarşı ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək borcludan 1,831.14 manat elektrik enerjisinin istehlakına görə borcun, habelə ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun, cəmi 1,851.14 manat pulun tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmiş və ərizə təmin edilmişdir. Borclu Cavabdeh etirazı əsasında məhkəmə əmri ləğv edilmiş və iddia icraatına keçilmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxxxxxx" ASC .istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. Enerji təchizatı təşkilatı qismində iştirak edən "xxxxxxxx" ASC (bundan sonra “kreditor" adlandırılacaq) ilə istehlakçı arasında yaranan münasibətlər tərəflərin hərəkərlərində ifadə olunan onların sərbəst iradəsinə və Tarif Şurası tərəfindən müəyyən olunan qiymətə istinad etdiyi üçün kreditorla borclu arasında müqavilə bağlanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.3-cü maddəsinə görə, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Ərizəyə əlavə olunmuş X1 göründüyü kimi, borclu CəfərovFiruddin Qərib oğlu(bundan sonra “borclu” adlandırılacaq) elekrik enerjisini Kreditordan xx.xx.2013-cüil tarixində quraşdırılmış **********MM0810694nömrəli sayğacla ünvan 1i ünvanda alıb istehlak edir. İddiaçı hər ay cavabdehin ünvanına gələrək, bu sayğacın göstəricisini götürür və ona borcu haqqında bildiriş-xəbərdarlıq təqdim edir. Ərizəyə əlavə edilmiş xx.xx.2016-cı il tarixli Arayışdan və X1 göründüyü kimi, abonent kodu **********00167 olan borclunun, ünvan 2i ünvanında elektrik enerjisinin istehlakı ilə bağlı Kreditora 1,831.14 manat borcu vardır. Həmin borcun ödənilməsi ilə bağlı borcluya dəfələrlə müraciət olunmuş, lakin o, müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, iddiaçı nümayəndəsinin iclasda iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh əvvəlki məhkəmə iclası zamanı iddianı qəbul etməyərək bildirmişdir ki, onun tərəfindən elektrik enerjisinin istehlakına görə ödənişlər daima vaxtında və tələb edilən məbləğdə həyata keçirilmişdir. Buna görə hər hansı borcu olmamışdır. Lakin, iddiaçının əməkdaşları onun barəsində əsassız aktlar tərtib edərək ona cərimə yazmışlar. İddia müddətinin ötürüldüyün bildirib iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək iddianın təmin edilməməsini xahiş etmişdir. “xxxxxxxx” X2 xx xxxx 2016-cı il tarixli arayışında qeyd olunur ki, Cavabdeh məxsus Yevlax rayonu, Qaraoğlan kəndinə yerləşən yaşayış ünvanında elektrik enerjisindən istifadə etdiyi üçün xx.xx.2016-cı il tarixə 1,831.14 manat borcu vardır. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2016-cı il tarixə olan abunə haqqında məlumatda qeyd olunur ki, Cavabdeh məxsus Yevlax rayonu, Qaraoğlan kəndinə yerləşən yaşayış ünvanında yerləşən sayğac oxunması üzrə 111.72 manat borc hesablanmış, 1,803.43 manat akt üzrə cərimə hesablanmış, həmin müddətdə 84 manat ödəniş olmuşdur. Elektrik enerjisinin istehlakına görə ödənilməmiş məbləğ 27.71 manat təşkil etmişdir. xx.xx.2013-cü il tarixdə sayğac dəyişdirilmişdir. Abonentin ödəniş və sərfiyyatı barədə məlumatdan müəyyən olunur ki, xx.xx.2000-ci il tarixə borc olmamış, 2012-ci ilin may ayında isə borc artıq 651.4 manat təşkil etmiş, 2013-cü ilin yanvar ayında isə həmin ünvana akt əsasında 381.6 manat hesablanmışdır. xx.xx.2019-cu il tarixə olan abunə haqqında məlumatda qeyd olunur ki, Cavabdeh məxsus Yevlax rayonu, Qaraoğlan kəndinə yerləşən yaşayış ünvanında yerləşən sayğac oxunması üzrə 643.58 manat borc hesablanmış, 1,805.23 manat akt üzrə cərimə hesablanmış, həmin müddətdə 642.89 manat ödəniş olmuşdur. xx.xx.2019-cu il tarixdə sayğac dəyişdirilmişdir. xx xxxxxxxx 2011-ci il tarixli 003276 nömrəli aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus Yevlax rayonu, Qaraoğlan kəndinə yerləşən yaşayış ünvanı üzrə Cavabdeh 106.20 manat cərimə hesablanmışdır. xx xxxxxx 2013-cü il tarixli 014708 nömrəli aktın surətindən müəyyən olunur ki, Cavabdeh 381.6 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”: Bənd 7.10. İstismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Bənd 7.11. Yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Bənd 8.1. Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Bənd 8.32. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Bənd 8.33. Məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Mülki Məcəllə: Maddə 567 Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə, ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı, cavabdehə məxsus evdə sayğac quraşdırılarkən “Elektrik enerjisindən istifadə Qaydaları”-nın 7.10 maddəsinin təələblərinə riayət olunduğunu təsdiq edən sübut təqdim etməmişdir. Bundan başqa, tələbdə qeyd edilən borcun, məhz cavabdeh tərəfindən istinad edilən ünvanda elektrik enerjisinin istehlakına görə yarandığını bildirilsə də, abonent haqqında məlumatlardan görünür ki, xx.xx.2016-cı il tarixə olan borcun 1,803.43 manat hissəsi aktlar əsasında hesablanmış borcdur. Bunun təsdiqi olaraq iddiaçı yalnız xx xxxxxxxx 2011-ci il tarixli 003276 nömrəli aktın və xx xxxxxx 2013-cü il tarixli 014708 nömrəli aktın surətləri təqdim etmişdir ki, həmin aktlar əsasında müvafiq olaraq 106.20 manat və 381.6 manat cərimə hesablanması qeyd olunur. Həmin aktlar isə “Elektrik enerjisindən istifadə Qaydaları”-nın 8.33 bəndinin tələblərinə uğun tərtib edilməmişdir, belə ki, hər iki halda aktı üç şəxs imzalasa da, həmin şəxslərin iddiaçının nümayəndəsi və yaxud hal şahidlərinin olması qeyd edilməmişdir. Daha sonra qeyd olunmalıdır ki, cavabdeh bu barədə ərizə təqdim edərək iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Bununla əlaqədar qeyd edilməlidir ki, “Elektrik enerjisindən istifadə Qaydaları”-nın 8.1 bəndinə görə, cavabdehə məxsus yaşayış evinin elektrik enerjisi ilə təmin edilməsi tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında həyata keçirildiyindən tərəflər arasında münasibətlər mülki qanunvericiliyin alqı-satqı müqaviləsi ilə bağlı müddəaları ilə tənzimlənməlidir. Məhkəmə belə qənaətə gəlir ki, tələb edilən borcun 1,803.43 manat hissəsi abonent haqqında məlumatlar əsasında aktlarla bağlı olduğundan və son akt xx xxxxxx 2013-cü il tərtib olunsa da, iddiaçı, ərizə ilə məhkəməyə xx xxxxxxx 2016-cı il tarixdə müraciət etdiyindən aktlar üzrə tələb edilən borc hissəsində mülki qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 1,803.43 manat hissəsində iddia əsassız olduğundan təmin edilməməli, qalan 27.71 manat hissəsində, habelə bunun üçün nəzərdə tutulan ödənilmiş dövlət rüsumunun 20 manat hissəsində iddia təmin edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh ünvan 1ində istehlak edilmiş elektrik enerjisindən istifadəyə görə 27.71 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat, ümumi 47 (qırx yeddi) manat 71 (yetmiş bir) qəpik “xxxxxxxx” ASC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-836/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-836/2020
04.06.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver