Məhkəmə qərarları › İş №2(039)-847/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-847/2025

14.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-847/2025 14.04.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, iddiaçının İddiaçı, Cavabdeh-nin “Yevlax Su meliorasiya Sistemlərinin İstismarı idarəsinin nümayəndəsi X12 iştirakları ilə, İddiaçı Cavabdeh-yə “borcun silinməsi tələbi haqqında” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh-yə qarşı “borcun silinməsi tələbi haqqında” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən və ona məxsus olan evə sudan istifadəyə görə hesablanmış 556,78 manat məbləğində borcun 371,18 manat hissəsi əsassız olduğu üçün ləğv edilərək silinməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1953-cü ildə Ağdam rayonunun Nəmirli kəndində anadan olmuşdur. ünvan 2 ünvanında yaşayır (həmin göstəriciləri təsdiq edən arayışı iş materiallarına əlavə etmişdir). Həmin evdə o tək yaşayır. Bütün komunal xidmətlərdən, o cümlədən sudan da tək istifadə edir. Lakin hazırki iş üzrə cavabdeh olan Cavabdeh əsassız olaraq evə suyu 1 nəfərin deyil, 3 nəfərin adına hesablamışdır. Hansı ki, digər iki nəfər onun keçmiş arvadı və onunla yaşayan övladıdır. Ağdam Rayon Qeydiyyat Şöbəsinin 28 yanvar 2025-ci il tarixli arayışında, onunla, yəni İddiaçı ilə X4 arasında bağlanmış nikah 07 aprel 2010-cu il tarixdə pozulmuşdur. Yəni keçmiş arvadı Zəminə ilə o 15 il bundan öncə boşanmışlar və həmin tarixdən də ayrı yaşayırlar. X16 də anası ilə birgə ondan ayrı yaşayır. Ağdam RİHB-nin Nəmirli kənd İƏD üzrə nümayəndəliyinin 13 yanvar 2025-ci il tarixli, 20 №-li arayışından görünür ki, X3 sakinidir və hal-hazırda Bakı şəhəri, Binəqədi rayonu, N.Tusi adına 4 №-li yataqxanada müvəqqəti məskunlaşıb və sonuncu aylıq 33 manat yemək xərci alır. Həmçinin Ağdam RİHB-nin Nəmirli kənd İƏD üzrə nümayəndəliyinin 13 yanvar 2025-ci il tarixli, 21 №-li arayışından görünür ki, X1 sakinidir və hal-hazırda Bakı şəhəri, Binəqədi rayonu, N.Tusi adına 4 №-li yataqxanada müvəqqəti məskunlaşıb və sonuncu aylıq 33 manat yemək xərci alır. Həmin yataqxananın komendatının arayışından görünür ki, Ağdam rayonundan məcburi köçkün olan X17 1993-cü ildən 4 saylı yataqxanada 103 nömrəli otaqdam müvəqqəti məskunlaşmışdır (X6 ilə birlikdə). Abonent kartında hazırda onun yaşadığı ünvan 3 ünvanında yerləşən evin 556,78 manatsu borcu vardır. Həmin borc da 1 nəfərə görə deyil, 3 nəfərə görə hesablanmışdır. Borc 1 nəfərə görə əsaslı,digər 2 nəfərə görə isə əsassızdır və ona görə də borcun 2 nəfərə aid hissəsi, 2/3 hissəsi silinməlidir (556,78 manatın 2/3 hissəsi də 371, 18 manat təşkil edir). Məhkəmə iclasında dindirilən İddiaçı Bəhrəm oğlu iddia ərizəsinə uyğun izahat verib iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh-nin “Yevlax Su meliorasiya Sistemlərinin İstismarı idarəsinin nümayəndəsi X19 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddianı qismən qəbul edir. Belə ki, əsassız hesablanmış borc 371, 18 manat deyil 305 manatdır. İddiaçının yaşadığı fərdi yaşayış ünvanında çirkab suların axıdılması (konalizasiya xətti) üçün boru YOXdur. Bu səbəbdən də iddiaçıya çirkab suların axıdılması (konalizasiya xətti) üçün yazılmış cərimədən 305 manatı əsassız olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla YOXlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı və iş materiallarında olan Qaçqınların və X14 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AA 348714 nömrəli Məcburki köçkün vəsiqəsinin surətindən görünür ki,İddiaçı məcburi köçkündür. Məhkəmə araşdırması zamanı və iş materiallarında olan Azərbaycan Respublikası Ağdam Rayon İcra Hakimiyyə başçısının Ağdam şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-31-12/3-2.54.2025 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 4 ünvanında daimi qeydiyyatdadır. Qeyd: İddiaçı məcburi köçkün kimi ünvan 5 ünvanında müvəqqəti məskunlaşıb. Məhkəmə araşdırması zamanı və iş materiallarında olan Ağdam rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 yanvar 2025-ci il tarixli, 88-05/15 nömrəli arayışdan görünür ki, İddiaçı və X4 nikahı xx.xx.2010-cu il tarixdə pozulmuşdur. Məhkəmə araşdırması zamanı və iş materiallarında olan Ağdam Rayon İcra Hakimiyyə başçısının Nəmirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 20 nömrəli arayışdan görünür ki, X8 rayon Nəmirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Nəmirli kənd sakinidir və hal-hazırda 33 AZN yemək xərci alır, Bakı şəhər Binəqədi rayon N.Tusi adına 4 nömrəli yataqxanada müvəqqəti məskunlaşıb. Məhkəmə araşdırması zamanı və iş materiallarında olan Ağdam Rayon İcra Hakimiyyə başçısının Nəmirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 21 nömrəli arayışdan görünür ki, İddiaçı Ağdam rayon Nəmirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Nəmirli kənd sakinidir və halhazırda 33 AZN yemək xərci alır, Bakı şəhər Binəqədi rayon N. Tusi adına 4 nömrəli yataqxanada müvəqqəti məskunlaşıb. Məhkəmə araşdırması zamanı və iş materiallarında olan ADPU 4 N-li yataqxananın komendantı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X17 1993-cü il tarixindən Ə. Naxçivani küçəsi 126, bina 128 a ADPU-nin 4 saylı yataqxanasında, otaq N 103-də müvəqqəti məskunlaşmışdır. Məhkəmə araşdırması zamanı və iş materiallarında olan Abonent kartından görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin su təchizatı və çirkab sularının axıdılması xidməti üzrə abonenti İddiaçı (abonent kodu: **********400, müqavilə nömrəsi: ********) ona məxsus ünvan 6 ünvanında göstərilmiş su təchizatı və çirkab suların axıdılması xidmətinə görə cavabdeh tərəfindən hesablanmış 556,78 manat məbləğində borc 2025-cı ilədək hesablanmış borcdur. “Sudan istifadə qaydaları”nın 1.6-cı maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qanunun 1.7-ci maddəsinə görə müqavilələr fiziki şəxslərlə qanunla müəyyən edilmiş formalara uyğun bağlanılmalıdır. Həmin Qanunun 2.1.6-cı maddəsinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qanunun 2.1.9-cu maddəsinə görə aşağıdakı hallarda suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək): 2.1.9.1. quraşdırılmış suölçən cihaz dövlət standartlarının tələblərinə cavab vermədikdə; 2.1.9.2. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. “Su təchizatı və tullantı suları” haqqında Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz Beləliklə də, işin faktiki halları ilə müəyyən olur ki, cavabdeh tərəfindən su təhcizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi üçün hesablanmış borc 2025-ci ilədək hesablanmış borcdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 551.2 və 551.2.1-ci maddələrinə əsasən, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 552.1-ci maddəsinə əsasən, müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara qeyd olunan maddi hüquq normalarının tələblərinə qiymət verərək qeyd etməyi zəruri hesab edir ki, abonent haqqında məlumatlardan göründüyü kimi, iddiaçı tərəfindən tullantı suları üçün nəzərdə tutulmuş hesablamaya görə yazılmış borc əsassızdır. Cavabdeh də həmin hissədə iddianı qəbul etmişdir. Belə olan halda isə məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının cavabdehə olan 2025ci il tarixədək hesablanmış 556,78 manat məbləğində borcun 305 manatını Cavabdeh tərəfindən tələb edilə bilməz və belə olan halda da iddia qismən təmin olunmalı, qalan 66,18 manat abonent tərəfindən ödənilməlidir. Məhkəmə iddianın qismən təmin olunması hissəsində qiymət verərkən belə nəticəyə gəlir ki, abonent kartası üzrə hesablamalar aparılarkən əsassız hesablanmış borc 305 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Yevlax şəhəri, M.Hüseynzadə küçəsi, ev 40 ünvanında yaşayan (abonent kodu **********400, müqavilə nömrəsi ********) İddiaçı hesablanmış 305 (üç yüz beş) manat məbləğində borc Cavabdeh-nin “Yevlax Su meliorasiya Sistemlərinin İstismarı idarəsi tərəfindən silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar