Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-869/2024 16.04.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “cərimənin silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız və qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “R 307530” saylı akta əsasən hesablanan 1050 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Yevlax rayonu, Tanrıqulular kəndində ailə üzvüləri ilə birlikdə yaşayır. Yaşadığı evin çöl hasarında "xxxx" ASC tərəfindən elektrik sayğacı quraşdırılmışdır. Bu müddət ərzində istifadə etdiyi elektrik enerjinin sayğaca uyğun olaraq pulunu vaxtlı-vaxtında ödəmişdir. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən elektrik sayğacına baxış keçirilmiş və ona sayğaca müdaxilə olunduğu bildirilmişdir. "xxxx" ASC-nin nümayəndələr tərəfindən mütamadi olaraq elektrik sayğacına baxış keçirilmiş və hər hansı kənar müdaxilə olduğu müəyyən edilməmişdir. xx.xx.2023-cü il tarixdə elektrik sayğacına baxış keçirildikdə sonra idarənin nümayəndələri tərəfindən 307530 saylı akt tərtib edilmişdir. Akta əsasən bir fazalı elektrik sayğacının giriş xəttinin izolizasiyası pozularaq sayğacdan kənar xətt qoşulmuşdur. Ölçü aparılmış və 2.86 kvt əlavə elektrik enerjisi istifadə edildiyi müəyyən edilmişdir. "xxxx" ASC-nin əməkdaşları tərəfindən onlara 1050 manat borc hesablanmışdır. Qeyd edir ki, elektrik sayğacı həyətdən kənarda olduğundan ona nəzərət edə bilmir. Əlavə qoşulma olması ilə bağlı onlarda heç bir məlumat olmamışdır. Yəni həmin xətt və müdaxilə onlar tərəfindən edilməmişdir. Ümumiyyətlə belə bir müdaxilə olması həqiqəti əks etdirmir. Çünki mütamadi olaraq sayğaca baxış keçirilir və bu vəziyyətdə müdaxilə olunması haqiqəti əks etdirmir. Bu cərimə tamamilə ədalətsiz və qanunsuz olaraq hesablanmışdır. Hesablanmış borc ağır olan vəziyyətini daha da, çətinləşdirir. Onun heç bir yerdən gəliri yoxdur. Ailəsini güclə dolandırır. Özünün və ailə üzvlərinin pozulmuş hüquqularının bərpası üçün məhkəməyə mütaciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, bildirmişdir ki, iddiaçının kənar xəttin qoşulmasından məlumatı olmadığından aktı imzalamamış, ümumiyyətlə iddiaçının hazırda təqdim etdiyi videogörüntülərdə kənar xəttin qoşulması aydın müşahidə olunmur. İddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dair etirazda və izahatında göstərdi ki, iddiaçının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız olaraq hesablanmış 1050 manat borcun silinməsi tələbinə dair iddiasını qanunsuz və əsassız hesab edir. Belə ki, İddiaçı elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Yevlax EŞ-nin “Proqram bazasında” **********00971 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla yaşadığı Yevlax rayonu, Tanrıqulular kəndində yaşadığı fərdi yaşayış evində elektrik enerjisindən xx.xx.2021-ci il tarixdən bu günə kimi yaşayış evinə quraşdırılmış Paud MP106 tipli, zavod nömrəsi **********2 elektrik hesablama sayğacı vasitəsi ilə X1 etmişdir. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin təsis etdiyi “Mərkəzi Aran” RETSİ-nin struktur tərkibində olan Yevlax EŞ-nin əməkdaşları Elmir Qarayev, Rüfət Səfərli, Vüsal İsmayılov və Arif Məmmədov tərəfindən tərəfindən uyğun olaraq İddiaçı Yevlax rayonu Tanrıqulular kəndidə yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış zamanı abonetin elektrik hesablama sayğacının giriş xəttinin izolyasiyasının pozularaq sayğacdan kənar xətt qoşulması alkar edilmişdir. Kənar xəttdən keçən yük ölçüldükdə yükün 2.86 kvt olması müəyyən edilmişdir. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar İddiaçı barəsində “EEİQ” nin tələbinə uyğun olaraq akt R № 307530 saylı akt tərtib edilmişdir. Aktın tələb hissədində sayğacın giriş xətti bərpa edilsin, “kənar xətt” ləğv edildi, qeydiyyatı aparılmışdır. İddiaçı R.S,İsmayılovanın ona məxsus elektrik hesablama sayğacına baxış keçiriməsində və pozuntu faktı ilə əlaqədar akt təttib edilməsində iştirak etməsinə baxmayaraq akta imza etməkdən imtina etmişdir. Bu barədə aktın müvafiq hissəsində enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən imza edilməklə müvafiq qeydiyyat aparılmışdır. Pozuntu faktının mobil telefon vasitəsi ilə video çəkiliş aparılmışdır. Akta əsasən “Mərkəzi Aran” RETSİ də fəaliyyət göstərən “Aktlar üzrə Komissiya” tərəfindən sutkanın 24 saat nəzərə alınmaqla 180 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 1082.37 manat təşkil edən 8649 kvt saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. P=2.86 kvt W=2.86 kvt x 24 saat x 0.7 x 180 gün=8640 kvt, 600 kvt x0.08=48 manat, 300 kvt x 0.09=27 manat, 7749kvt x 0.13=1002,37 manat cəmi =1082.37 manat təşkil edir. İddiaçının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız olaraq hesablanmış 1050 manat borcun silinməsi tələbinə dair iddia tələbi əsassız və qanunsuz olduğuna görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 307530 №li aktından görünür ki, "xxxx" ASCnin əməkdaşları Elmir Qarayev, Rüfət Səfərli, Vüsal İsmayılov və Arif Məmmədov tərəfindən İddiaçı Yevlax rayonu Tanrıqulular kəndində yerləşən fərdi yaşayış yaşadığı mənzildə (abunə kodu **********00971) “X1 Qaydaları”na riayət olunması yoxlanılarkən müəyyən olunmuşdur ki, ünvanda olan 1 fazalı hesabat sayğacının hesab mexanizmi keçən yükü qeyd etmir, sayğac dayanıb, ölçmə zamanı dövrədən axan yük P=2.86 kvt W=2.86 kvt x 24 saat x 0.7 x 180 gün=8640 kvt, 600 kvt x0.08=48 manat, 300 kvt x 0.09=27 manat, 7749kvt x 0.13=1002,37 manat cəmi =1082.37 manat təşkil edir. Akta əsasən elektrik sayğacının yeni elektron tipli sayğacla əvəz olunması və uçot EEİQ-na uyğun olaraq bərpa edilməsi tələb edilmişdir. "xxxx" ASC-nin “Texniki sahə üzrə tələblər” adlı icra vərəqindən görünür ki, müvafiq olaraq 307530 №li xx.xx.2023-cü il tarixli akta əsasən aşkar edilmiş elektrik hesabat sayğacının işləməməsi halı ilə əlaqədar qeydə alınmamış elektrik enerjisinin miqdarı kimi istehlakçıya P=2.86 kvt W=2.86 kvt x 24 saat x 0.7 x 180 gün=8640 kvt, 600 kvt x0.08=48 manat, 300 kvt x 0.09=27 manat, 7749kvt x 0.13=1002,37 manat cəmi =1082.37 manat əlavə sərfiyyat hesablanmışdır. İş materiallarına əlavə olunmuş CD disklərdən görünür ki, xx.xx.2023-cü il tarixdə ”Azərişıq” ASC-nin əməkdaşları Elmir Qarayev, Rüfət Səfərli, Vüsal İsmayılov və Arif Məmmədov tərəfindən İddiaçı Yevlax rayonu Tanrıqulular kəndində yaşadığı evdə (abunə kodu **********00971) “X1 Qaydaları”na riayət olunması yoxlanılarkən həmin mənzildə bir fazalı Paud MP 106 tipli elektrik sayğacından kənar, yəni işıq dirəyindən birbaşa kənar xətt çəkildiyi aşkar edimiş, həmin fakt aşkarlanarkən iddiaçı da orada iştirak etmişdir. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən də Yevlax rayonu, Tanrıqulular kəndində yaşayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş X1 Qaydalarında dəyişiklik edilmişdir. Həmin Qərarla “Qaydalar”ın 8.32 və 8.33-cü bəndləri çıxarılaraq 8.17-ci bəndi yeni redaksiyada verilmişdir. Qaydalarının 8.17-ci bəndinə əsasən “İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablan. 8.17-1-ci bəndinə əsasən “ İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2-ci bəndinə əsasən “ İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydalarınci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş apamİomaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. ” Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə araşdırması zamanı iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunmuşdur ki, iddiaçıya məxsus ünvana verilən elektrik enerjisini qeydə alan elektrik xəttinə kənar müdaxilə olunaraq əlavə xətt quraşdırılmışdır ki, yuxarıda qeyd olunan “X1 Qaydaları”na görə bu hal yolverilməzdir. Bu barədə akt tərtib edilmişdir. Akt əsasında iddiaçıya 1082.37 manat cərimə hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmamalı, xx.xx.2023-cü il tarixli 307530 №li akta əsasən hesablanmış 1050 manat məbləğində elektrik enerjisi borcu İddiaçı abunə hesabından silinməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbi haqqında iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-869/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-869/2024
16.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver