Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-871/2023 25.07.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Ərizəçi1, onun vəkili Vəkil və digər Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Bəhrəman qızının şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, 20 dekabr 1983-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. İşin halları: Ərizə belə əsaslandırılmışdır ki, X4 anadangəlmə fiziki qüsurludur. Müntəzəm onda olan psixi pozuntu ilə bağlı müstəqil surətdə özünü idarə edə bilmir. Daim nəzarətə və köməyə ehtiyaclıdır. Bütün bunların sayəsində müntəzəm olaraq Mətanət Mehtiyevanı nəzarətdə saxlamaq məcburiyyətində qalmışlar. Mətanət Mehtiyeva ciddi psixi qüsurlu olduğundan həmişə nəzarət saxlanılır. O, faktiki olaraq fəaliyyət qabilliyyyəti olmayandır. Onun bu ciddi xəstəliyi səbəbindən əlil olduğu üçün həmişə pensiya və təqayüdünü olar almaq məcburiyyətində qalmışlar, çünki, şəxs heç nəyi tanımır. Həmişə diqqət və nəzarətə ehtiyacı var. Ciddi əliyi səbəbindən əlil olmuşdur. Ona qəyyum təyin edilməsi üçün Yevlax şəhəri Qəyyumluq və Himayə komissiyasına müraciət etmişlər, ancaq Mətanət fəaliyyət qabiliyyəti olmadığı üçün Qəyyumluq Komissiyası ona bacısı və yaxud anasını qəyyum etmir. Mətanət Mehdiyeva nəzarətsiz qaldığı zaman ətraf üçündə təhlükə və çətinlik yaradir. Onda olan əqli və psixoloji çatışmamazlıq, öz hərəkətlərini ölçüb-biçməmək qabiliyyəti ətrafdakılar üçün ciddi çətinliklər yaradır. Tərəflərin izahatları: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iclas zamanı ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, maraqlı şəxs Yevlax Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi iclasa gəlməmiş, bunu səbəbləri barədə məlumat verməmişlər. Sübutlar: AA0932605 №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X4 xx.xx.1983cü il tarixdə doğulmuşdur İX-ЖГ 441362-№li Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1983-cü il tarixdə Yevlax şəhərində anadan olmuş atası X5, anası Ərizəçi2dır. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının 3№-li Evlər komitəsi tərəfindən verilmiş 19 dekabr 2022-ci il tarixli arayışdan qeyd olunur ki, Ərizəçi1 ünvan 1 ünvanında yaşayır və İci qrup əlil olan bacısı X3 qulluq edir. Yevlax Rayon Mərkəzi X8 Şəxsi tərəfindən verilmiş 06 yanvar 2023-cü il tarixdə PHŞ- 51/23 №-li arayışdan görünür ki, Ərizəçi1 həqiqətən də o, Yevlax rayon Mərkəzi Xəstəxanasının psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanır. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının aparatı tərəfindən Ərizəçi1 ünvanlanmış 2540 №-li, 29 dekabr 2022-ci il tarixli məktubda qeyd olunur ki, qanunun tələbinə görə bacınız X4 məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmədiyi və müstəqil sürətdə öz hüquqlarını həyata keçirməyə və qanunvericiliyə əsasən müdafiə etməyə qadir olmadığını təsdiq edən sənədi təqdim etmədiyiniz üçün X1 üzərində qəyyum təyin edilə bilməzsiniz. X1 üzərində qəyyum təyin edilə bilməyiniz üçün onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün iddia ərizəsi ilə aidiyyəti məhkəməyə müraciət etməyinizi tövsiyə edirik. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Rayonlararası Psixonevroloji Dispanserinin ambulator məhkəmə psixiatrik ekspertizasının 317 №-li, 25 may 2023-cü il tarixli rəyində qeyd olunur ki, xx.xx.1983-cü il tarixdə anadan olmuş X4 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyildir. X4 fəaliyyət qabiliyyəti olmayan şəxsdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllə: Maddə 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Maddə 318.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Maddə 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iclası zamanı Mətanət Mehtiyevanın psixi qüsurları nəticəsində öz hərəkətlərinin mənasını anlaya və hərəkətlərini idarə edə bilməməsi işdə olan sənədlərlə və məhkəmə psixiatrik ekspertizasının rəyi ilə tam təsdiq olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, Mətanət Mehtiyevanın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə Ərizəçi1 ərizəsi təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 20 dekabr 1983-cü il tarixdə Yevlax şəhərində doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-871/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-871/2023
25.07.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver